2012-12-19

2012-06-28

M.Ə.Rəsulzadə: “Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın…” – STENOQRAMA


Aydın Balayev
Tarix elmləri doktoru
Son zamanlar bizim onsuz da yüksək intellekt və əxlaqı ilə fərqlənməyən cəmiyyətimizdə qəribə hadisələr baş verir.
Məsələn, bizim üçüncü sektorun hörmətli nümayəndələri  – müstəqil və yarımüstəqil politoloqlar, hüquq müdafiəçiləri, hüquqşünaslar və hətta iqtisadçılar  belə, öz işlərini bir kənara atıb, bir anda “islam üzrə ekspertlərə” çevrilərək, onların fikrincə, guya ölümcül təhlükəyə məruz qalan dinimizi qorumaq üçün növbəyə dayanıblar. Hərçənd, onların uzun-uzadı və xeyli dərəcədə qarışıq bəyanatlarından anlamaq mümkün deyil ki, çoxəsrlik dinimizi bizim əlimizdən almaq istəyənlər kimlərdir.
Çünki bizim “islamçı”ların və onların üçüncü sektor təmsilçiləri və müxalifət liderlərinin simasındakı vəkillərinin fikirlərinə inansaq, o zaman ateistlər (müxalifət mətbuatının xeyir-duası ilə bu gün Azərbaycanda teokratik rejimin qurulmasına etiraz edənləri məhz belə adlandırırlar) cəmiyyətimizin cüzi bir hissəsini təşkil edirlər. Onların iddialarına görə, belələrinin sayı 100-dən çox deyil. Bu halda, sayı 100 nəfəri belə ötməyən, ən çoxu, bir neçə yüz nəfərə çatan bu adamların çoxəsrlik ənənələrim olan din üçün hansı təhlükəni törətdiyi aydın deyil.
Bu səbəbdən də, “…, karvan keçər” prinsipi ilə hərəkət edərək, üçüncü sektorun və müxalifətin vay-şivəninə diqqət yetirməmək də olardı – əgər bir məqam olmasaydı. Məsələ burasındadır ki, ümumi kontekstdən çıxarılan sitatların köməyilə müxalifətə yaxın bir qisim “qələm əhli” M.Ə.Rəsulzadəni qatı islamçı kimi qələmə verməyə cəhd edirlər. Etiraf etmək lazımdır ki, Şərqdə ilk dünyəvi dövlətin yaradıcısını islamçı elan etmək kimi iyrənclik və həyasızlıq indiyə kimi hətta M.Ə.Rəsulzadənin barışmaz düşmənlərinin belə ağlına gəlməyib.
Doğrudur, bir tərəfdən təqdirəlayiq haldır ki, M.Ə.Rəsulzadə yolunun çağdaş “davamçıları” nəhayət ki, onun zəngin ideya irsi ilə yaxından tanış olmaq fikrinə düşüblər. Amma narahatçılıq yaradan cəhət odur ki, görünür, onların səbri yalnız M.Ə.Rəsulzadənin əsərlər toplusunun birinci cildi ilə səthi tanışlığa çatıb. Xəbəri olmayanlar üçün qeyd edim ki, orada gənc Məmməd Əminin 1903-1909-cu illəri əhatə edən erkən yazıları toplanıb – o zaman Məmməd Əmin hələ siyasətdə öz istiqamətini tapmamışdı. Bu səbəbdən də, M.Ə.Rəsulzadənin dünyagörüşünün xarakteristikası üçün həmin dövrün ayrı-ayrı mühakimələrindən istifadə etmək düzgün deyil, çünki onun siyasi-ideoloji baxışları yalnız XX əsrin ikinci onilliyinin ortalarında formalaşmışdı. Dərinə getsək, XX ilk illərində M.Ə.Rəsulzadə islamçıdan daha çox marksist idi.
Fikrimizcə, əslində, Azərbaycan parlamentinin iclaslarından birində onunla islamçıların təmsilçisi S.M.Qənizadə arasında polemika M.Ə.Rəsulzadənin islamla bağlı yetkin baxışlarını əks etdirir. Bu polemikanın predmeti “Müəssislər Məclisinə seçkilər haqqında” qanun layihəsinin 96-cı bəndi idi, bu bənd din təmsilçilərinin məscidlərdə və kilsələrdə siyasi təbliğat aparmasını qadağan edirdi. Aşağıda həmin iclasın stenoqramını sizə təqdim edirik.
Aşağıda diqətinizə çatdırılan həmin polemikanın gedişində M.Ə.Rəsulzadənin söylədiklərinin mahiyyəti ondan ibarətdir ki,  islamı siyasi məqsədlərlə istifadə edən şəxs bununla onun müqəddəsliyinə xələl gətirir. Çünki islamı siyasi sahəyə çəkməklə avtomatik olaraq onu tənqid obyektinə və bir-birilə mübarizə aparan tərəflərin hücum hədəfinə çevirir.
Sonda, özlərini “quzu balası” kimi təqdim edən islamçıların və onların üçüncü sektor təmsilçiləri qismində yeni peyda olmuş “himayədar”larının polemika aparmaq tərzi barədə də bir neçə kəlmə demək lazım gəlir. Bu tərz olduqca spesifikdir. Mübahisə predmetindən asılı olmayaraq, babasilin müalicəsindən tutmuş yüksək materiyalaradək – söhbət nədən gedirsə-getsin, onlar hər vəchlə mövzunu dini zəminə çəkməyə çalışırlar. Bu da təsadüfi deyil, çünki belədə opponenti islamofobluqda və ateizmdə ittiham etmək asandır. Halbuki, mahiyyət etibarı ilə, bu gün cəmiyyətdə gedən diskussiyanın predmeti islam dini deyil, ölkədə Tehran rejiminin qulbeçələrinin islamla pərdələnərək günü-gündən əl-qol açmasıdır. Və iş o yerə çatıb ki, bəzi müxalifət nəşrləri iranyönlü qüvvələrin primitiv təbliğat vərəqələrinə çevriliblər. Hərçənd, məşhur aforizmlərdən birində deyildiyi kimi, “qoyun olmaq olar, amma yadda saxlamaq lazımdır ki, onları nədən ötrü bəsləyirlər”.
Stenoqramma
Parlamentdəki “İttihadi-islam” fraksiyasının üzvü Sultan Məcid Qənizadə söz alaraq bildirir: “Mən bu maddə barədə danişmaq istərdim. Burada deyilir ki, kilsə və məscidlərdə möizə formasında ruhanilər tərəfindən təbliğat aparılmasın. Bu qadağa kilsəyə aid edilirsə, məscidə də aid olmalıdır. Halbuki, məscidlər kilsədən, mollalar isə keşişdən fərqlidir. Belə ki, keşişlər gəlib kilsədə dua edib gedirlər. Lakin ruhanilər böylə deyillər. Bizim mühüm məsələlərimiz həmişə məsciddə həll olunmuşdur. Ruhanilərimiz də həmişə cəmaət üçün rəhbər olmuşlar. Onlar nəinki dua və namaz işində, hətta dünyəvi işlərdə də, məsələn, ticarət və qeyri işlərdə cəmaətə rəhbər və yol göstərən olmuşlar. Çünki ruhani işlər ilə bərabər ticarət və sənət kimi dünyəvi işlər də gərək şəriət yolu ilə olsun. Belə olan halda, məscidlərin həyətində siyasi təbliğatı qadağan etməklə biz bir növ ruhanilərə ehtiramsızlıq göstəririk. Qabaqkı maddələrdən birində zabitləri və polisləri seçmək və seçilmək hüququndan məhrum etdik ki, onlar seçki işlərinə təsir göstərməsinlər. Bu qadağa ruhanilərə də tətbiq olunarsa, onda onları polis məmurları ilə eyniləşdirmiş olarıq, halbuki, polis seçki yerinə əlində qamçı ilə gəlir, ruhanilər isə möizə ilə gəlirlər. Əgər biz İslam səltənəti istəyiriksə, gərək əsasımız doğru yol ilə olsun. Bo doğru yolu isə bizə ruhanilər göstərəcək ki,  hansı yol savabdır. Onları nə üçün bu işdən uzaqlaşdıraq? Onlar hər zaman rəhbər olublar. Nə üçün Müəssislər Məclisinə seçkilərdə rəhbər olmasınlar? Gələcəkdə onlar millətin və cümhuriyyətin səadətinə zamindirlər. Mən xahiş edərdim ki, bu maddə qanundan çıxarılsın. Kilsələr münasibətdə qalsa da, məscidlərə aid edilməsin. Çünki islamiyyətdə məscid, kilsə kimi deyil. Məsciddə cəmaətin ümumi məsələləri həll olunur.
İclasa sədrlik edən Həsən bəy Ağayev: Son söz məruzəçi M.Ə. Rəsulzadəyə verilir.
Məmməd Əmin Rəsulzadə: Bu məsələyə əsas bir nöqteyi-nəzərlə baxmaq lazımdır. Burada üləma və ruhanilərin heysiyyətinə toxunacaq heç bir şey yoxdur. Birdəfəlik anlamalıyıq ki, indiki zamanda xalq cümhuriyyəti elan etmişiksə, bütün hakimiyyət millətin öz əlindədir və bütün qanunlar xalqın rəyilə hakimiyyəti milliyyə əsasında çıxarılacaq. Xalqın seçdiyi nümayəndələr millət və məmləkətin hansı üsulla idarə olunacağı xüsusunda qanunlar çıxaracaqlar. Belə bir zamanda əsrlərlə bundan əvvəl yaranmış əsasları qurmaq zamanı deyildir. O zaman çoxdan keçmişdir.
Əfəndilər! Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir. Deyirlər ki, seçki də müqəddəsdir və belə bir müqəddəs işdən ruhaniləri məhrum etmək olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər başqa, dünya işləri isə bam-başqadır. Əgər diqqətli olsaz görərsiniz ki, dünyəvi məsələlərdə dini məsələlərə xas olan müqəddəslik qətiyyən yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir. Halbuki, siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey ki, tənqidə və mühakiməyə məhkumdur, onda müqəddəslik aramaq əbəsdir. Bir də gərək diqqət edəsiniz ki, seçkilər millətin azad rəyindən hasil olmalıdır. Ona görə də bütün polis məmurlarının, qorodovoyların və başqa hakimlərin seçki hüquqları əlindən alınır. Bu nə üçündür? Ölkə vətəndaşı olduqları halda onlar niyə süçkidən məhrum edilir? Ona görə ki, bununla başqalarının azad səs vermək hüququ təmin olunur.
Bizə deyirlər ki, qorodovoy, polis ağac ilə, qamçı ilə gəldikləri halda, ruhanilər vəz ilə gələcəklər. Fəqət, siz mənə təminat verə bilərsinizmi ki, qorodovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər? Qorodovoyun əlində zopa varsa, ruhanilərin də küfrü, lənəti var (Alqışlar).
Sultan Məcid yerindən: O ruhani deyil, o mərsiyaxandır.
M.Ə. Rəsulzadə üzünü S.M. Qənizadəyə tutaraq çıxışını davam etdirir: Əvət, keçən il bunun təcrübəsini gördük, sizə məxsus olan ruhaninin birinin nə elədiyini gördük. Ona görə də imkan vermərik ki. Allahın evindən istifadə edib, yenidən küfrlər yağdırıb, təşviqat yapmaqla məqsədlərinə nail olsunlar.
Bir də əfəndilər, bunu bilməlisiniz ki, üləmanın vəzifəsi bitərəf qalmaqla xalqı haqq yoluna çəkməkdir. Fəqət, insan bir siyasi firqəyə mənsub olursa, bitərəf qala bilməz. Bir zamandakı firqələr rəqabətə çıxmışlar, bir zamandakı emosiyalar coşmuşdur, bir zamandakı firqə şəriətə uyğun olan və olmayan bütün vasitələrlə qarşı tərəfi məğlub etmək istəyir, bir zamandakı əhalinin bir sinfi digərinə qarşı mübarizə və rəqabətə qalxmışdır, belə bir zamanda yeganə bir sülh yeri varsa ki, barışmaq üçün oraya müraciət edilməlidir, o da məsciddir. Belə zamanlarda üləma sülh sözü ilə gəlib firqələrə nəsihət etməlidir. Lakin üləmalar da bu keşməkeşdə desə ki, həqq filan firqənindir, filan firqə isə haqsızdır, o zaman məscidlər bir ixtilaf yeri olar və üləma sülh-səlahə çağırıb, xalqı barışdırmalı ikən, minbərlərdən doğru bilmədiyi firqələr üzərinə küfrlər yağdırmaqla odun üzərinə yağ tökəcəkdir. Çünki mənim məsləkimə minbərdən biri zidd gedərsə, əmin olunuz ki, həmin adam alim də olsa, mən ona etirazımı bildirəcəyəm. Ona qarşı hörmət bəsləməyəcəyəm. İndi söyləyiniz, qalarmı hörməti belə üləmanın? Qətiyyən qalmaz! Əgər istəyirsiniz ki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın… Bir alim ittihadçı, digəri müsavat, sosialist olursa, bir üləmanın biri çıxıb deyəcək ki, səsinizi filan firqəyə verin, ardınca da mərsiyaxan da çıxıb səsinizi filan firqəyə verin, o yalan deyir desə, o vaxt nə olar? Məhz bu nöqteyi-nəzərdən məscidləri mübarizə aparan siyasi firqələr arasında bir sülh amili kimi saxlamaqdan ötrü bu maddə qəbul edilməlidir ki, məscid ilə minbər bitərəf qalsın. Alimlər xaqlı sülh yoluna çağırsın, məscid də siyasi işlərdə iştirak etməsin.
Həsən bəy Ağayev: Əvvəl Qənizadənin təkilifini səsə qoyuram Təklif belədir: “Kilsə və məscid, habelə ruhanulərin möizəsi barədə maddə çıxarılsın”. Kim Sultan Məcid Qənizadənin təklifini qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Kim əleyhinədir. Əksəriyyətin rəyi ilə təklif qəbul olunmur. Hər kim 96-cı maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyətin rəyilə 96-cı maddə qəbul olunur.
-----------------------------------
qaynaq - ann.az

Rəsulzadə: “Türkiyə bizim problemlərimizi çözməyə məcbur deyil”


Aydın Balayev
tarix elmləri doktoru
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması, şübhəsiz ki, tarixi ədalətin bərpası və Azərbaycan türklərinin öz dövlətlərinə olan təbii hüququnun gerçəkləşdirilməsi idi. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, “Azərbaycanın müstəqillik aktının” qəbulu o zaman üçün xeyli dərəcədə deklarativ xarakter daşıyırdı.
İlk növbədə bu onunla şərtləndirilirdi ki, ölkənin müstəqilliyi Azərbaycan hüdudlarından kənarda elan olunmuşdu. Və dövlət müstəqilliyinin real məzmun kəsb etməsi üçün milli hökumətin Tiflisdən ölkə hüdudlarına köçməsini təmin etmək və onun hüquqi qüvvəsini bütün Azərbaycan üzərində bərqərar etmək lazım idi. Bu baxımdan, milli hökumətin qarşısındakı ilk vəzifə ölkə paytaxtının – Bakının işğalçı bolşevik-daşnaklardan azad edilməsi idi.
Təsadüfi deyil ki, 6 sentyabr 1918-ci ildə M.Ə. Rəsulzadə İstanbuldan Azərbaycan xarici işlər naziri M.Hacınskiyə yazdığı məktubda vurğulayırdı ki, “Bakı məsələsi yalnız qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan. Bu səbəbdən də, nə olursa-olsun, siz Bakını almalısınız ki, hamını baş tutmuş fakt qarşısında qoyasınız”. Müxtəlif Avropa dövlətlərinin və Rusiyanın Bakının neft yataqları üzərində nəzarətini təmin etmək cəhdləri ilə bağlı prosesləri təhlil edərkən, o, inadla Azərbaycan hökumətindən “istənilən vasitə, istənilən yolla yaxın zamanlarda Bakının azad olunmasını” tələb edirdi.
Diqqətəlayiq haldır ki, o zaman İstanbulda olan M.Ə. Rəsulzadə Bakını Azərbaycan qüvvələrinin köməyilə azad etməyi israrla məsləhət görürdü, çünki Almaniya qarşısında müttəfiqlik öhdəlikləri olan Türkiyə bu məsələdə rəsmi şəkildə Azərbaycan Respublikasına hərbi dəstək göstərə bilməzdi. Bundan başqa, Almaniya Abşeronun neft yataqlarını işğal etmək niyyətində idi. Bundan irəli gələrək, M.Ə. Rəsulzadə hesab edirdi ki, “Bakı istiqamətində irəliləmə mütləq Azərbaycan hökumətinin adından olmalıdır, şəhəri Azərbaycan hökuməti azad etməlidir. Əks halda, çətinliklərin olması mümkündür”. Bu münasibətlə, o, Azərbaycan rəhbərlərini “siyasi təşəbbüs göstərməklə yanaşı, var qüvvəsi ilə hərbi işin təşkilinə çalışmağa” çağırırdı.
M.Ə. Rəsulzadə 1918-ci ilin yayında Nuru Paşanın birinci dəfə Bakını azad etmək üçün Azərbaycan könüllülərini toplamaq cəhdinin iflasa uğramasından çox narahat idi, çünki Ənvər Paşanın məlumatına görə, bu çağırışa üç milyonluq Azərbaycan əhalisindən cəmi 36 nəfər hay vermişdi. Bu şəraiti nəzərə alaraq, M.Ə. Rəsulzadə “20 yaşından 25 yaşınadək” hər kəsi orduya çağıraraq, məcburi hərbi xidmətə keçməyi təklif edirdi. O, İstanbuldakı əcnəbi diplomatlarla bütün görüşlərdə, bir faktı xüsusi qeyd edirdi ki, onların hamısı söhbətə bu sualla başlayırlar: ““Ordunu təşkil etməyə başlamısınızmı?” Bu sual hamını – dostları, düşmənləri, siyasətçiləri, əhalini – hamını narahat edir. Bu sual bütün sualların başlanğıcıdır”. Bu münasibətlə o, təcili şəkildə hərbi nazirliyi təsis etməyi təklif edirdi.
Amma bütün bunlar heç də o demək deyildi ki, M.Ə. Rəsulzadə türklərin hərbi yardımının əhəmiyyətini qiymətləndirmir və ya ondan ümumiyyətlə, imtina edir. Əksinə, İstanbulda olarkən M.Ə. Rəsulzadə yorulmadan Azərbaycana türklərin hərbi yardımının artırılmasına nail olmağa çalışır, dəfələrlə Osmanlı İmperiyası hökumətinin nümayəndələri qarşısında bu məsələni qaldırırdı. Amma eyni zamanda o, Azərbaycan hökumətinin üzvlərinin diqqətinə çatdırırdı ki, “bütün problemlərimizi Anadoludan gələn qoşunların köməyilə həll etmək olmaz”.
Əsl vətənpərvər olan M.Ə. Rəsulzadə Azərbaycanda ölkənin müstəqilliyini müdafiə etməyə qabil güclü, müasir ordunun yaranmasını arzu edirdi. Bu səbəbdən də, Azərbaycan türkləri arasında başqasına ümid olma əhval-ruhiyyəsinə qarşı çıxış edərək, o, milli hökumətə qısa müddət ərzində ümumi hərbi mükəlləfiyyət barədə qanun yaratmağı təklif edirdi: “Qoy, çağırış başlasın, yoxsa, hər şeyi “Anadolu məhmətciyindən” (türk əsgəri nəzərdə tutulur – A.B.) gözləmək düzgün olmazdı… Əhali düşünür ki, bizim bütün problemlərimizi Anadoludan gəlmiş qoşunlar həll edir”.
Bununla yanaşı, M.Ə. Rəsulzadə tam anlayırdı ki, milli silahlı qüvvələrin yaradılması zamanı ağlagəlməz çətinlikləri və əngəlləri aşmaq lazım gələcək. Axı hərbi sahə Azərbaycan türklərinin ən zəif yeri idi, çünki gürcü və ermənilərdən fərqli olaraq, onlar etibarsız ünsür kimi hərbi mükəlləfiyyətdən azad edilmişdilər.
Bu səbəbdən də, gürcülər və ermənilər qısqa müddət ərzində öz döyüşçülərini milli komanda tərkibi olan hazır milli hissələrə çevirə bildikləri halda, Azərbaycan türkləri yaxşı təlim görməmiş könüllülərlə kifayətlənməli olurdular. Beləliklə, Azərbaycanın müstəqilliyi elan olunduğu anda milli hökumətin azərbaycanlılardan ibarət çoxsaylı zabit kadrı yox idi.
Bununla belə, hətta bu cür əlverişsiz şərtlərdə belə, Azərbaycan hökuməti milli silahlı qüvvələrin onurğa sütununu yarada bildi. Şübhəsiz ki, ADR liderləri o qədər sadəlövh deyildilər iki ildən az vaxt ərzində bütün müasir tələblərə cavab verən döyüşqabiliyyətli ordu yaradacaqlarına ümid etsinlər. Özü də onilliklər boyu hərbi işdən kənarda saxlanan əhali ilə.
Bununla belə, çoxsaylı çətinliklərə və ilk növbədə, maddi vəsaitin və peşəkar hərbi kadrların çatışmazlığına rəğmən, nisbətən qısa zaman ərzində Azərbaycan hərbi qüvvələrinin quruculuğu işində əhəmiyyətli uğurlara nail ola bildilər.
Azərbaycan ordusunun 1920-ci ilin yazında Əsgəran ətrafında daşnak qiyamçıları üzərində parlaq qələbəsi buna sübutdur. Bu münasibətlə qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərinin sonları- 90-cı illərin əvvəllərində Azərbaycan-Ermənistan hərbi münaqişəsinin gedişində çoxsaylı cəhdlərə baxmayaraq, Azərbaycan qüvvələri Əsgəranı ala bilmədilər.
Həmin vaxtın Azərbaycan ordusu haqqında danışarkən, onu da unutmaq lazım deyil ki, məhz milli qoşun hissələrinin əsgər və zabitləri bolşevik üsyançılarına qarşı Gəncə və Qarabağ üsyanlarında aparıcı rol oynamışdılar. Bu baxımdan, 26 iyun 1918-ci il – müstəqil Azərbaycan korpusunun yarandığı gündür və bu, Azərbaycanın yeni tarixindəki ən şərəfli tarixlərdən biridir.
---------------------------
qaynaq - ann.az

2012-06-21

Rəsulzadəyə qarşı böyük hörmətsizlik






Onun adı zibil qutularının üzərinə yazılıb

Paytaxt sakinlərindən birinin Binəqədi rayonu ərazisində zibil qutularının üzərinə "M.Ə. Rəsulzadə qəsəbəsi" yazılmasını xəbər verəndə, əvvəlcə buna inanmadıq. Amma qəsəbə ərazisinə gəlib deyilənlərin doğru olduğunu görəndə, təəccübdən donduq. Binəqədi rayonunun Ağamalıoğlu küçəsinin tininə qoyulan zibil qutularının üzərinə həqiqətən də görkəmli dövlət xadiminin adı, daha dəqiqi M.Ə. Rəsulzadə qəsəbəsi sözlərini yazıblar. Qəsəbənin ərazisindəki Hacıyev küçəsində də eyni mənzərə ilə qarşılaşdıq. Rəsulzadənin adının zibil qutularının üzərində əks olunması elə ərazidə yaşayan sakinləri də narazı salıb.

Zibil qutularının yaşayış yerinin adı ilə adlandırılmasını araşdırmaq üçün paytaxtın müxtəlif rayon və qəsəbələrində çəkilişlər apardıq. Dahi şairimiz Mikayıl Müşfiqin adını daşıyan qəsəbədə heç bir zibil qutusunda onun adına rast gəlmədik. Qəsəbə ərazisindəki bütün küçələrdəki zibil qabları vaxtında daşınmasa da, heç olmasa üzərində yalnız əraziyə xidmət edən Mənzil Kommunal İstismar sahəsinin nömrəsi yazılmışdı. Yasamal rayonu ərazisində də oxşar mənzərənin şahidi olduq, yeşiklərin üzərində MKİS-nin nömrəsi əks olunmuşdu. Bu dəfə yolumuzu Biləcəri qəsəbəsindən saldıq. Burada isə əksinə, qəsəbənin adının zibil qutularının üzərində həkk olunduğunun şahidi olduq. Yenidən M.Ə. Rəsulzadə qəsəbəsinə baş çəkib məsələ ilə bağlı əlaqədar qurumların mövqeyini öyrənmək istədikdə, gördükərimiz bizi çaşdırdı. Belə ki, dünən çəkiliş apardığımız ərazidə üzərində M.Ə. Rəsulzadə qəsəbəsi yazılan zibil qutularının bəzilərinin yazısı rənglənərək pozulmuşdu. Yazını pozmağa çalışanlar eyiblərini ört-basdır etməyə çalışsalar da, buna bir o qədər müvəffəq olmamışdılar. Çünki yazı yenə aydınca oxunur.

Məsələ ilə əlaqədar Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi İcra Nümayəndəliyindən mövqe öyrənmək istəsək də, idarədə bir səlahiyyətli nümayəndə tapmadıq. Yalnız onu öyrəndik ki, İcra Nümyəndəliyi tullantıların daşınması işini "Yüksəl" adlı şirkətə həvalə edib. Həmin şirkətin nümayəndəsi isə telefon zənglərimizə cavab vermədi. Azərbaycanın görkəmli mütəfəkkirinin adının zibil qutularının üzərində görünməsinə ictimai-mədəni xadimlərin də münasibəti birmənalı oldu.

Hər bir halda ölkənin ictimai-mədəni tarixində xüsusi rolu olan şəxsiyyətlərin adına belə ləyaqətsiz münasibət bağışlanan deyil. Və bu səhvi düzəltmək üçün yalnız boyalamaq kifayət deyil.

-------------------------------
qaynaq - anspress.com



2012-05-10

Мамед Эмин Расулзаде (1884-1955) - Айдын Балаев


Серия: Мемуары. Биографии
Издательство: Флинта (2009)
ISBN: 978-5-9765-07, 978-5-9765-0785-2
Объём: 304 стр.
Формат: 60x88/16
В книге рассказывается об одной из ярчайших фигур политической истории Азербайджана XX столетия - Мамеде Эмине Расулзаде. Он был основателем идеологии азербайджанизма, послужившей теоретической основой для создания современной азербайджанской государственности в мае 1918 года. Книга охватывает различные этапы жизни и деятельности М.Э.Расулзаде - от первых его шагов на политической арене до периода эмиграции, когда он в тяжелейших условиях чужбины продолжал свою бескомпромиссную борьбу за азербайджанский идеал. Особое внимание в книге уделено деятельности М.Э.Расулзаде в 1917-1920 годах. В эти годы, будучи признанным лидером освободительной борьбы азербайджанских тюрков, он не только определял стратегическую линию национального движения, но и непосредственно руководил процессом зарождения и становления Азербайджанской Демократической Республики, первой республики на всем мусульманском Востоке.
Зона ИКС

Rəsulzadə sevgisi


2012-03-06

Rus müəllifləri Rəsulzadəni niyə gözdən salmaq istəyirlər?


Moskvada təzəcə çapdan çıxan «А.М. Топчубашы и М.А. Расулзаде – переписка 1923-1926» («Ə.M.Topçubaşı və M.Ə.Rəsulzadə -- Yazışmalar. 1923-1926-cı illər») kitabının tərtibçisi, önsöz və qeydlərinin müəllifi Salavat İshakovdan AzadlıqRadiosu üçün müsahibə alacağımızı bildirmişdik. Çox hörmətli ziyalımız Ramiz Abutalıbovun yardımları ilə baş tutan bu müsahibəni diqqətinizə yetiririk:

- Azərbaycan tarixinə marağınız nədən qaynaqlanır?

- Marağa yol açan səbəblər bunlardır: Keçmiş imperiya torpaqlarında gedən vətəndaş savaşından, bolşeviklər müsəlman xalqlarının bütün qeyri-sovet hökumətlərini darmadağın edəndən sonra onların, o sıradan Azərbaycan xalqının dirənişi kəsilmədi və burada daxili gərginlik artdı.

LUBYANKA STALİNƏ NƏ DEDİ?

Kremlin «milli» siyasətinə qarşı etirazlar Azərbaycan xalqının Avropada mühacir həyatı yaşamağa məcbur qalan liderlərinə də bolşevik rəhbərlərin davranışlarını müxtəlif dövri nəşrlərin səhifələrində kəskin tənqidə tutmağa ciddi əsas verirdi. Məsələn, 1922-ci ilin oktyabrında Lubyankanın (Moskvada bolşevik xüsusi xidmətləri mərkəzi idarəsinin yerləşdiyi küçənin adı – S.İ.) Stalinə verdiyi məlumata görə, Parisdə müsavatçılarla quzey qafqazlıların daxil olduğu və Fransa hökuməti, rus mühacirəti, eləcə də ağqvardiyaçı generallarla işbirliyi quran mərkəz fəaliyyət göstərirmiş.  Fransa 1920-ci illərdə təkcə rus mühacirətinin deyil, müsəlman, o sıradan Azərbaycan mühacirətinin də siyasi və mədəni mərkəzinə çevrilibmiş.

2012-01-31

Rəsulzadə Novxanıda anıldı (Rəsulzadənin səsi)


«İki il sonra Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi qeyd olunacaq. Biz  Rəsulzadənin 120, 125 illiklərini də yalnız bura gəlməklə və şəhərdə kiçik otaqlarda qeyd etmişik. Ancaq Rəsulzadənin ad günü bu cür yox, daha möhtəşəm keçirilməlidir».
Bunu M.Ə. Rəsulzadə İrsini Araşdırma Fondunun sədri Nəsiman Yaqublu Rəsulzadənin doğum günü ilə bağlı yanvarın 31-də Novxanı kəndindəki abidəsi önündə keçirilən tədbirdə deyib.
Tədbirdə İctimai Palatanın üzvləri, NİDA Vətəndaş Hərəkatı, Azad Gənclik təşkilatı, Vətəndaş Həmrəyliyi partiyalarının üzvləri iştirak ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Rəsulzadə cümhuriyyətin Milli Şurasının ilk sədri olub.
---------------------------
qaynaq - azadliq.org

Rəsulzadənin məxfi məktublarının toplandığı kitab çıxdı

Moskvanın “Mısl” nəşriyyatında “Ə.Topçubaşı və M.Rəsulzadə. Yazışmalar. 1923-1926-cı illər” adlı kitab çapdan çıxıb.
Kitabın tərtibçisi, ön sözün və qeydlərin müəllifi Azərbaycan mühacirət irsinin araşdırıcısı, professor Salavat İshakovdur.
Topluda ötən il gurcu alimi Georgi Mamulianın Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid Parisdən tapdığı 35 məktub yer alıb.
Parisdə yaşayan Azərbaycan parlamentinin sabiq sədri Əlimərdan bəy Topçubaşıyla Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yazışması 1923-26 cı illəri əhatə edir.
Məktublar Rəsulzadə və Toçubaşının mühacirətdə müstəqil Azərbaycan uğrunda savaşı davam etdirməsi, Qafqaz Konfederasiyası yaratmaq uğrunda cəhdləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirir.
Məktublar bu yaxınlarda Ə.M.Topçubaşının Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Ali Sosial Araşdırmalar Məktəbinin Tədqiqatlar Mərkəzinin şəxsi fondundan tapılıb.

RAİS RƏSULZADƏ: “İMTİYAZLAR QAYTARILMALIDIR”

Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının yeni prezidenti Rais Rəsulzadə “Media forum” saytının əməkdaşı ilə söhbətində bildirib ki, assosiasiyanın həyata keçməyən layihələrinə bir daha qayıdacaq, həmin layihələri reallaşdırmağa çalışacaqlar. R.Rəsulzadə repressiya qurbanlarının ləğv edilmiş imtiyazlarının qaytarılması istiqamətində də işləyəcəklərini deyib: “Bizim assosiasiya sovet dövründə, 1991-ci il aprelin 20-də ümumittifaq assosiasiyasının tərkib hissəsi kimi yaradılıb. Həmin vaxtdan rəsmi səviyyədə repressiya qurbanlarına müxtəlif yardımlar ediblər, yəni onların problemlərinin həlli ilə məşğul olublar. Amma son illər repressiya qurbanları yaddan çıxıb. Onları, onların problemlərini yada salmaq, həmin problemlərinin həlli məsələlərini yenidən qaldırmaq lazımdır. Repressiya qurbanlarının əlindən alınmış imtiyazlar qaytarılmalıdır”.

“Bir gün həqiqət parlayacaq...”

128 illik işığın ziyası
“...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”(M.Ə.Rəsulzadə)
Bu gün Onun doğum günüdür. Onun işıq dolu həyatından bu günümüzə qədər gələn yol 128 illik bir tarixdir. Onun adı Azərbaycanın var olduğu tarix boyunca əbədi yaşayacaq. Onun adı bir millətin istiqlaliyyəti, azadlıq mübarizəsi və müstəqillik savaşında qürurla xatırlana biləcək ən böyük addır. Şərqdə ilk demokratik müstəqil dövlətin yaradıcılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məmməd Əmin Rəsulzadə. Yaşadığı ömür yolu bir millət üçün  şərəf nümunəsi olan böyük şəxsiyyət. Qanıyla, canıyla, bütün varlığıyla Azərbaycan olan bir millət fədaisi. Həyatı mübarizələrdə, keşməkeşlərdə, alovlarda, mühacir yollarında yana-yana, Azərbaycan eşqinə əriyə-əriyə tamamlanan bir insan.

Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.ÿ Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.

Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi.ÿ Bu, onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gəncÿ çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli, Azərbaycanÿ əsgəri” deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binasıÿ üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə ÿenmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünüÿ görüncə onun tərəfinə keçəcək, ya qazi, ya da şəhid olacaqsan!.


Lahıc, iyul 1920
Məhəmməd Əmin  Rəsulzadə

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (VİDEO)

Bu gün şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 128 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məhəmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib.