2013-05-27

Hüseyn Abdullayevdən Cümhuriyyət gününə

Keçmiş deputat, “Oğuz eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayev yeni əsər yazıb. “Mənim Ölkəm” adlanan əsər Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunub. 

H.Abdullayev musavat.com-a eksklüziv olaraq Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı təbrik mətni də göndərib. Təbrikdə deyilir:

“28 May 1918-ci il... Bu, hər bir Azərbaycan türkü kimi, mənim də qürur duyduğum bir tarixdir. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı rəsmən elan edildi. Bu, Şərqin ilk demokratik respublikası idi. Bu, həm də tarixdə Azərbaycan adına qurulmuş ilk dövlət idi...

Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti cəmi 23 ay sürdü. Lakin əsarətlə barışmayan Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası uğrunda yenidən mübarizəyə qalxdı. Xoşbəxtlikdən Tanrı mənim də qismətimə bu əzablı, lakin şərəfli missiyanın iştirakçısı olmaq şansını yazdı. Bu mübarizədə hər kəsin arzusu ölkəmizi müstəqil ve xoşbəxt görmək idi.

Müstəqil və Demokratik Azərbaycan uğrunda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizlərə təqdim etdiyim “Mənim Ölkəm” əsərini Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə ithaf edirəm. Cümhuriyyət Günümüz mübarək!”

qaynaq : http://www.qafqazinfo.az/site/new.php?id=43653


Ankaradan Cümhuriyyət - 95 mesajı

"28 Mayıs 1918 tarihi Azerbaycan’da hürriyet ve istiklal yolunda başlatılan bir mücadele sonunda  milli devlet olmanın onuru  yaşanırken, demokrasi ve insan hakları gibi evrensel değerlerin kazanıldığı önemli bir gündür.

95 yıl önce  yoktan bir millet yaratanlar ve ona milli bir kimlik kazandıranlar, hürriyet ve istiklale giderken tek bir yolu Müsavatçı ideolojiyi rehber edinerek bu kutsal kazanımı Azerbaycan tarihinin en şanlı günü olarak gelecek nesillere emanet etmişlerdi.

Bugün büyük günü  yaratanları  yılda bir defa değil, her gün minnet ve şükranla anmak gereği vardır,çünkü onlar idealleri uğrunda  şahsi emellerini değil, canlarını ortaya koymuş büyük insanlardır.

Büyük insanların genel bir tespitini yapan  ünlü psikiyatr  ve yazar  Elizabeth  Ross şöyle der.

“Büyük insanlar; yenilgiyi, acıyı, mücadeleyi ve kaybı yaşamış olan ve diplerden çıkış yolunu kendileri bulmuş, romantik ve anarşist olan insanlardır. Bu kişiler, yaşama karşı geliştirdikleri kendine has  direniş, duyarlılık ve anlayışla şefkat, nezaket, bilgelik ve  derin sevgiden kaynaklanan bir ilgi ve sorumlulukla doludurlar. Büyük insanlar öyle kolay kolay ortaya çıkmazlar onlar halk kaynağında kendiliğinden oluşurlar.”

Kabul etmek gerekir ki; Milli Azerbaycan Cumhuriyetini kuran insanların tamamı  büyük insanlardı. Ne yazık ki, bu önemli şahsiyetlerin hiçbiri bugün Azerbaycan topraklarında değildir. Bu vesileyle Mehmet E.Resulzade,  Ali Merdan Topçubaşı, Fethali  Han Hoylu,  Nesipbey Yusufbeyli, Ahmet Ağaoglu ve Mirza bala Mehmetzade’yi  saygı ile anıyoruz.lık ve anlayışla; şefkat, nezaket, bilgelik ve derin sevgiden kaynaklanan bir ilgi ve sorumlulukla doludurlar. "Güzel insanlar öylece ortaya çıkmazlar; onlar, oluşurlar." Elisabeth K


95 yıl  önce başta Türkiye olmak üzere pek çok batılı devlette olmayan demokrasi vizyonuyla yola çıkan bu insanlar, Azerbaycan Türklerine  cumhuriyet rejimini kazandırmakla kalmayıp, bölgedeki mazlum milletlere de öncü ve önder olmuşlardır.
Mehmet Emin Resulzade ve arkadaşlarının gerçekleştirdiği  milli ideoloji  üç renkli bayrakta kendini ifade ederken,  20. yüzyılın başlarında demokrasi ve cumhuriyeti özümseyen ve yoktan bir millet yaratma eylemini teşkil eden  Müsavatçı ideoloji Azerbaycan coğrafyasında  demokrasi tarihinin başlangıcı olmakla kalmamış,27 Nisan 1921’de Bolşevikler tarafından işgal edilen milli devletin ortadan kaldırılmasıyla  süren  yetmiş yıllık işgalin  dağılma sürecinde  şahlanan bağımsızlık hareketinin temel dayanağı  Resulzade  ve Musavat ideolojisi olmuş, Azatlık  meydanında milyonların sesi olarak   yükselen üç renkli bayrak Azerbaycan Türklerine yeniden bağımsızlık yolunu açmıştır.
Bağımsızlığın önemini bilen ve milletine  öğreten Mehmet Emin Resulzade “bir kere yükselen bayrak bir daha inmez” sözüyle onu  kutsal bir değer, üç renkli bayrağın ise  sonsuzluğa gidecek bir ideal olduğunu  vurgulamakla kalmamış, Cumhuriyetin esasını teşkil etmede milli kültürün esas alınması şekliyle, devletin milli demokratik Türk devletçiliği  temeli üzerine tesis edildiğini ve Milli Azerbaycan  Cumhuriyetinin tarihteki ilk Müslüman Türk devleti olduğunu belirtmiştir.
Mehmet Emin Resulzade bugün kurduğu cumhuriyetin 95. yılında koyduğu  ilkelerle  Azerbaycan insanının gönlünde layık olduğu şekilde yaşadığı ve onun ilkelerini savunan kadroların iş başında büyük mücadele verdiklerine inanmaktayız.
Bu vesileyle sizin şahsınızda cumhuriyetin 95.yılında onu ve arkadaşlarını rahmetle anarken  Musavat Partisi yöneticilerinin ve Azerbaycan Türklerinin en büyük bayramını kutluyoruz". 
AZERBAYCAN KÜLTÜR DERNEĞİ MERKEZ YÖNETİM KURULU
Tuncer Kırhan Genel Sekreter, Cemil Ünal Genel Başkan



“Görün necə dövlət qurdular...”

Nəsiman Yaqublu: “Hacıbala Abutalıbovun diqqətinə çatdırmaq istəyirəm ki...”
“Rəsulzadənin nəvəsinə Novxanıda bir bağ yeri ayırıblar, ancaq hakimiyyətdə yüksək mövqe tutan bir adam gətirib oranı hasara alıb ki, “bura mənimdir”


Cümhuriyyət həftəsində Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla onun qurucuları olan böyük kişiləri xatırlamaq istədik. Düz 95 il öncə yoxdan bir bayraq qaldıran, müsəlman Şərqində ilk demokratik, hüquqi dövlətçiliyimizin əsasını qoyan bu insanlar illər keçdikdə daha çox xatırlanacaq, hörmətlə anılacaq. Elə biz də Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri, tarixçi alim Nəsiman Yaqublu ilə bu mövzuda söhbətləşdik.
- Nəsiman bəy, Xalq Cümhuriyyətinin 95 illiyinə sizin hədiyyəniz hazırlayıb ortaya qoyduğunuz Rəsulzadə Ensiklopediyası oldu, buna görə və bayram münasibətilə təbrik edirik. Bu ensiklopediyanı Rəsulzadə haqqında 25 illik araşdırmalarınızın sonu saymaq olar, yoxsa hələ bu irsin öyrənilməsi, tədqiqi üçün daha artıq zaman və fəaliyyət lazımdır?
- Mən əminəm ki, gələcəkdə də Rəsulzadə haqqında çox ciddi araşdırmalar ortalığa qoyulacaq. Bir daha aydın olacaq ki, həqiqətən də Rəsulzadə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli şəxsiyyət olub və bu şəxsiyyət bütün həyatını Azərbaycanın azadlığına həsr edib. Bu həm də mənəvi dəyər məsələsidir. Bu həm də ona görə vacibdir ki, qoy Azərbaycan xalqı bir daha bilsin ki, azadlıq uğrunda mübarizənin mücahidləri, böyük şəxsiyyətlər olub və Rəsulzadə bu mücadilənin başında duran ən böyük şəxsiyyətdir. Rəsulzadə irisi bitib-tükənmir və gələcəkdə də araşdırılacaq, öyrəniləcək böyük bir irsdir.
- Ancaq bu da var ki, Rəsulzadənin, bütövlükdə Cümhuriyyət dövrünün araşdırılması istiqamətində rəqabət mühiti gözə görünmür. Şirməmməd Hüseynov, Cəmil Həsənli, Nəsib Nəsibli, Aydın Balayev, Nəsiman Yaqubludan sonra yeni nəsil gəlmir bu dövrü araşdırmağa. Səbəb nədir, hansısa siyasi baryerlərmi var, ya xarici ölkələrin arxivlərimi gəncləri çəkindirir?
- Mənim doktorluq işimin müzakirəsi keçirilirdi. Çap olunan kitablarımı masanın üstünə qoymuşdum. O müzakirələrdə iştirak edənlər bir-bir içəri daxil olur, o kitablara baxandan sonra gedib əyləşirdilər. Hörmət etdiyim, çox görkəmli alimlərdən biri gəlib kitablarıma baxdı. Repressiyalardan, stalinizmin qurbanlarından bəhs edən “Ağrılı illər” kitabı haqqında soruşdu, dedim 25-26 yaşlarımda yazmışam. Baxdı kitaba, dedi mən bu yaşda bu işi görməzdim. Sonra Müsavat Partiyasının tarixi kitabına baxdı, soruşanda dedim 29-30 yaşlarımda yazmışam. Yenə dedi ki, mən bu yaşda bu işi görməzdim. Digər kitablara da baxandan sonra eyni fikri söylədi. Mən də qayıtdım ki, mən elə ona görə də bu günə qədər doktor, professor adını ala bilmirəm, işlədiyim Bakı Dövlət Universitetində adicə müəllim kimi qalmışam, dosent adını da ala bilmirəm ki, bu işləri görürəm, Rəsulzadə ilə bağlı bu araşdırmaları aparıram. Amma dedim siz bu işlərin heç birini görmədiyinizə görə bu gün professorsunuz və məndə olan məlumata görə, yaxın vaxtlarda akademik də olacaqsınız.
- Neçə illər apardığınız araşdırmalardan sonra Rəsulzadəyə qarşı qoyulan tabunun səbəbini öyrənə bildinizmi?
- Bu gün Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan cəmiyyətinə gəlişini, Rəsulzadənin kitablarının çapını, haqqında filmlər, televiziya verilişlərinin olmasını ona görə istəmirlər ki, onun irsinin, qoyub getdiyi dəyərlərin Azərbaycan cəmiyyətinə gəlişi ilə Azərbaycan cəmiyyətinin özü dəyişməlidir. Çünki bu cəmiyyətlə Rəsulzadənin qoyub getdiyi dəyərlər arasında böyük bir fərq var. Məsələn, bu gün tədris olunan Azərbaycan ədəbiyyatındakı şair və yazıçıların insanlara çatdırılması ilə Rəsulzadə araşdırmaları kəskin fərqlənmir. Rəsulzadənin Nizami Gəncəvi, Füzuli, yaxud Axundov, Şəhriyar haqqında yazdığı bir başqa şeydir, bu gün tədris olunan Nizami, ya Axundov bir başqa. Yəni Rəsulzadə irsinin gəlişi ilə bu ədəbiyyat yenidən yazılmalıdır. Bu da çoxlarına sərf etmədiyinə görə Rəsulzadəni Azərbaycan ədəbiyyatına daxil olmağa qoymaq istəmirlər. Azərbaycan tarixinə, Azərbaycanın teatr sənətinə, siyasətinə də yeni yanaşma Rəsulzadədədir. Mən Ensiklopediyada da vermişəm, bir neçə nəfər oxuyub zəng edir ki, Rəsulzadə nə qədər uzaqgörən olub, 1953-54-cü illərdə yazıb ki, sovet hökuməti dağılacaq, özü də Qafqazdan, milli məsələlərdən dağılacaq. Doğrudan da sovet hökuməti 1987-ci ildə Qafqazdan, özü də milli məsələlərdən dağıldı.
- Rəsulzadənin Səməd Vurğun, Süleyman Rüstəm kimi bu kateqoriyalı şair-yazıçılara münasibəti necə idi?
- Rəsulzadə böyük bir şəxsiyyət idi. Yəni bu yazıçılar, şairlər Rəsulzadə üçün tədqiqat obyekti olmayıb. Rəsulzadə üçün tədqiqat obyekti Hüseyn Cavid, Əhməd Cavad, Nizami Gəncəvi, Məhəmməd Füzuli olub. Epizodik olaraq bunların adlarını çəkib. Rəsulzadənin böyüklüyü ondan ibarət idi ki, hətta bunlara öz böyüklüyünü, qayğıkeşliyini bildirirdi. Mənə bir nəfər danışdı ki, biz ona deyəndə ki, axı Səməd Vurğun sənin əleyhinə danışıb, yazıb, Rəsulzadə qayıtdı ki, o, bunu ona görə edib ki, mənim adımı o yolla insanlarımıza çatdırsın. Siz bir böyüklüyə baxın. Yəni deyib ki, Səməd Vurğunun başqa yolu yox idi, ona görə də mənim adımı camaatımıza bir daha xatırlatmaq istəyib. Mən o mənada bu məsələlərə epizodik yanaşıram, çünki Rəsulzadə yaradıcılığında Azərbaycan insanına böyük sevgi var. O, Azərbaycanı fərd olaraq yox, böyük bir toplum olaraq sevirdi. Ordakı fərdin səhvlərini heç vaxt axtarmırdı və bütövlükdə xalqı sevirdi, xalqın içindəki hətta zərərdidə insanlara da sevgisi var idi, deyirdi ki, bu, bolşevizmdən törəmədir, bizim milli dəyərlərdən törəmə deyil.
- İllər keçir, ancaq üzərində Rəsulzadənin adı olan daş heykələ dönmür, şəhərin mərkəzində abidəsi qoyulmur, məzarı Ankaradan Bakıya köçürülmür. Digər Cümhuriyyət qurucularına da ögey münasibət var. Çıxış yolu nədir?
- Rəsulzadənin məzarının gətirilməsi, heykəllərinin qoyulması ilə bağlı biz 20 ilə yaxındır Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Axırıncı müraciətimə PA-dan cavab gəldi ki, bu, Mədəniyyət Nazirliyinə göndərilib, nazir baxacaq, dəyərləndirəcək. Təəssüf ki, bu günəcən heç bir dəyərləndirmə aparılmayıb, bu məsələ qalıb. Bu günlərdə çox sual verirlər ki, niyə Rəsulzadənin heykəli qoyulmur, məzarı niyə gətirilmir. Rəsulzadənin heykəli qoyulacaqsa, məzarı “Əsri” qəbiristanlığından Azərbaycana gətiriləcəksə, hər gün orda yüz minlərlə insan növbəyə dayanıb Rəsulzadəyə sayğısını bildirəcək. Əlində gül-çiçək balaca uşaqlar, ağsaqqallar, ağbirçəklər, Azərbaycanı sevən bütün insanlar o məzarı qucaqlayıb bağrına basacaq. Bu da bəzi adamlara, həmçinin bugünkü ideoloji sistemə sərf eləmir.
- Amma bu da var ki, xaricdə keçirilən rəsmi, qeyri-rəsmi tədbirdə Azərbaycanın tanıdılması üzərində qurulan çıxışlarda müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda Demokratik Cümhuriyyətin qurulduğu, qadınlara səsvermə hüququnun verildiyi qeyd olunur. Milli Hökumətin fəaliyyəti xaricdə təbliğ olunsa da, ölkə daxilində bir çoxları erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularına qısqanclıq davam edir. Niyə belədir?
- Bu, çox ciddi məsələdir. Bu günədək Azərbaycan hökumətini qurmuş heç bir insanın məzarı Azərbaycanda yoxdur. Məsələn, Əlimərdan bəy Topçubaşev Fransada, Parisdə dəfn edilib. Özü də böyük əzab-əziyyətlər bahasına Azərbaycanın müstəqilliyini tanıtmağa çalışan bir şəxsiyyət olub, Azərbaycan parlamentinə sədrlik edib. Həsənbəy Ağayev siz deyən kimi ermənilər tərəfindən Tiflisdə qətlə yetirilib. Fətəlixan Xoyski ermənilər tərəfindən Tiflisdə qətlə yetirilib, məzarı ordadır. Rəsulzadənin, Əhməd Ağaoğlunun məzarı Ankaradadır. Bizim dövlətçiliyimizin ideoloji əsaslarını qoyanlardan biri olan Əli bəy Hüseynzadənin məzarı İstanbuldadır. Bir dənə Cümhuriyyət qurucusunun məzarı gətirilib Azərbaycanda dəfn edilməyib ki, biz 28 mayda gedib ora bir dəstə gül qoyaq, onları xatırlayaq. Məsələn, gürcülər sovet hökuməti yıxılandan, müstəqil Gürcüstan dövlətini qurandan sonra onların ilk müstəqil dövlətini quran Noy Jordaniyanın məzarını gətirdilər və onun adını əbədiləşdirdilər. Ruslar Çadayevi, Denikini, Kerenskini gətirdilər. Bütün ölkələrdə bu proseslər baş verdi, amma bizdə olmadı. Nə bunların məzarı gətirilir, nə abidələri qoyulur. Bunlar hamısı bolşevizm ruhundan doğan yanaşmalardır. Azərbaycan üçün böyük işlər görmüş bu insanların adı əbədiləşdirilməlidir. Bu gün bizim tariximizdə nə yaxşı dəyərlər, uğurlar varsa, 1918-20-ci illərlə bağlıdır. O zaman Qarabağ tam şəkildə Azərbaycanın tərkibində idi, ərazi 114 min kv.km idi. Bu gün isə 20 faiz ərazimizin işğalından sonra 60 min kv.km-ə gəlib çıxıb. O vaxt biz elə bir cəmiyyət qurmuşduq ki, insanlarda vətən sevgisi vardı, dövlətin varlığı hiss olunurdu. Bu gün baxın, insanlar nə dərəcədə idarəetmədən narazıdırlar. Özü də AXC parlamentli respublika idi. Rəsulzadə yazmışdı ki, biz padşaha meylli xalqıq, birini gətirib ölkənin başına qoyursan, hamı başlayır ona əl çalmağa, onu fetişləşdirməyə, bu mənada bizə padşahlı, prezidentli ölkə lazım deyil, bizə parlamentli ölkə lazımdır ki, hər şey orda həll olunsun. O dövrün ən böyük üstünlüyü bizim parlamentli cümhuriyyətimizin qurulması idi. Ona görə də 23 ay nümunəvi dövr olaraq qalır. O zaman Azərbaycandakı 2 milyon 900 minlik əhalinin isə 1 mln. 900 minə qədəri müsəlmanlar, qalanı xristianlar idi. 1918-ci ildə Azərbaycanda 550-yə qədər savadlı insan, ali təhsilli şəxs var idi. Onun 250-yə yaxını Qori Seminariyasını, qalanları isə Avropa, Rusiya, Türkiyədə müxtəlif universitetləri bitirmişdilər. O insanlardan 30-a yaxını dövlət quruculuğunda iştirak etdi. Amma görün necə dövlət qurdular. Deməli, bəzən məsələni toplum yox, o toplumun qarşısında gedən fədakar bir qrup həll edir.
- Xarici şirkətə icarəyə verilən Məhəmməd Əmin Rəsulzadəyə məxsus mənzilin sahibinə qaytarılması ilə bağlı proseslər nə yerdədir?
- Bu mənzili aparıb bp-nin təlim mərkəzinə veriblər. Bu mənzil sahibinə qaytarılmalıdır. Əslində Elçibəy hökuməti dövründə bu mənzilin Rəsulzadənin ailəsinə verilməsi ilə bağlı sərəncam da imzalanmışdı. Ancaq sonradan kimlərsə Ağdamdan bir qaçqını gətirib orda yerləşdirdilər ki, çıxmasın, qalsın. Bir neçə dəfə getdik, orda çox xoşagəlməz halla rastlaşdıq. Bu gün Rəsulzadənin doğulduğu ev isə uşaq bağçasına verilib. Rəsulzadənin nəvəsinə Novxanıda bir bağ yeri ayırıblar, ancaq bu gün hakimiyyətdə yüksək mövqe tutan bir adam gətirib oranı hasara alıb ki, “bura mənimdir”. Bu cür yanaşmalar mənəvi dəyərləri pozan yanaşmalardır. Hacıbala Abutalıbovun diqqətinə çatdırmaq istəyirəm ki, bu boyda Bakıda bp-nin təlim mərkəzinə yer tapılmadımı gətirib Rəsulzadənin yaşadığı evi onlara veribsiniz? Hacıbala Abutalıbov məni qəbul etsin, həmin dövrün arxiv sənədini, evin ünvanını aparıb qoyum onun qabağına, göstərim ki, qardaş, bu, ünvan, bu, Rəsulzadənin yaşadığı, o dövrdə hökumət kabinəsinin verdiyi mənzil. Elə isə sən niyə onu sahibinə qaytarmırsan? Nə qədər insanlara öz mənzillərini qaytarmısınız, niyə Rəsulzadəyə qaytarmırsınız? Sadəcə, ortaya siyasi iradə qoyulmalı, dövlət başçısı bu haqda fikirləşməlidir ki, Cümhuriyyətin 95 illiyində Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində bir dənə ev muzeyi yoxdur, mənzili uşaqlarına qaytarılmır.
- Məhəmməd Əminin yadigarı, təvazökar insan Rəis Rəsulzadə gözəl rəssamdır, ancaq əsərləri uçuq-sökük bir emalatxanada yığılıb qalıb. Cümhuriyyət qurucusunun nəvəsinin əsərlərinin sərgisini dünya boyunca keçirmək olmazdımı?
- Əlbəttə ki, Cümhuriyyətin 95 illiyində Rəsulzadənin nəvəsinin böyük bir sərgisini keçirtmək olardı. Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı Rəis Rəsulzadənin sərgisini təşkil edə bilərdilər. Amma təəssüf ki, bunlar baş vermədi. Rəis bəy çox gözəl rəssamdır. Ancaq yalnız biz bir dəfə, təxminən 10 il əvvəl Müsavat Partiyasında onun sərgisini təşkil etmişik. Hansısa müğənniyə 3 otaqlı ev, ya “CEEP” maşın bağışlanılır, amma Rəsulzadənin nəvəsi indiyədək 35-40 il əvvəl olan sovet “Niva”sında gəzir, mənzilinin təmiri Cümhuriyyətin 95 illiyində yarımçıq qalıb, çünki maddi imkanı yoxdur. Dövlətin münasibəti öz yerində, amma nə qədər qorxaq iş adamları nəsli yetişib ölkədə. Vaxtilə Tağıyev, Musa Nağıyev, İsa bəy Aşurbəyov var idi ki, kifayət qədər ləyaqətli insanlar idi, köməksizlərə, ehtiyacı olanlara yardım edirdilər. Ancaq indinin iş adamlarının sanki Azərbaycana aidiyyəti yoxdur.
- Bu da var ki, eks-prezident Heydər Əliyevin Cümhuriyyət qurucularının adının əbədiləşdirilməsi ilə bağlı 1998-c il tarixli sərəncamı var. Bəlkə də o sərəncama əməl olunsa, hakimiyyətin Rəsulzadəyə, Müsavat hökumətinə münasibəti tam başqa olardı, elə deyilmi?
- Heydər Əliyevin Rəsulzadənin Ankaradakı məzarını qucaqlayıb öpdüyü yerdə bir fotosu var. “İrs” jurnalında həmin foto çap olunub, məndə də var. Hakimiyyətə gəlməmişdən öncə hətta Heydər Əliyev Azər Rəsulzadəni (M.Ə.Rəsulzadənin oğlu-E.P.) Şəhidlər Xiyabanında görüb. Deyib ki, mən hakimiyyətdə deyiləm, Naxçıvandayam, əgər hakimiyyətə gəlsəm, bilirsinizmi sizin atanızı nə qədər dəyərləndirərəm. Amma təəssüflər olsun ki, sonradan bütün bunlar baş vermədi. Mən inanıram ki, gün gələcək bütün bu işlər dəyərləndiriləcək, çünki Xalq Cümhuriyyətini inkar etmək mümkün deyil...
Elşad PAŞASOY
------------------------
musavat.com

2013-05-17

"Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası"nın təqdimatı olacaq


Mayın 18-də “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi” Nəsiman Yaqublunun yenicə çap edilmiş "Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası"nın təqdimatını keçirəcək. Bu ensiklopediya Azərbaycan Xalq Cumhuriyyətijin banisi, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunmuşdur. İlk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılıb, bütün yazıları və əsərlərinin ümumi biblioqrafiyası çap edilib. Kitabda çoxlu sayda fotolar, arxiv sənədləri və heç vaxt rast gəlmədiyiniz yeni məlumatlar var. Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər. Kitabın təqdimatından sonra satışı olacaq. Kitabın qiyməti 10 manatdır.
Kitabın təqdimatının keçiriləcəyi ünvan: Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllə, Azadlıq metrosunun yaxınlığında, Kəmalə-Nərmin şadlıq sarayıyla üzbə üz Müsavat Partiyasının Mərkəzi Qərargahıdır.
Nərimanov və Gənclik metrosundan qərargaha 10 nömrəli marşrut, Elmlər Akademiyasından 13 nömrəli marşrut, 20-ci sahədən - Mərkəzi Bankın qarşısından 88 nömrəli marşrut avtobuslarla gəlmək mümkündür.
“Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nın Türkiyə türkcəsində, ingilis, alman, fransız və rus dillərində nəşrini və internetdə ayrıca saytını hazırlanır. Eyni zamanda onun çap olunmamış əsərlərini və məqalələrini də toplayıb nəşr etdirməyi planlaşdırırıq. Məhəmməd Əmin Rəsulzadə MərkəziAzərbaycan iqtidarının bu işə diqqət göstərmədiyini nəzərə alıb vətəndaşlarıdan və Rəsulzadəsevərlərdən fəaliyyətinə dəstək göstərmələrini istəyir. Kömək edəcək vətəndaşlarımızın istəklərinə uyğun olaraq adları da nəşrlərdə çap edilə bilər.
Məhəmməd Əmin Rəsulzadə Mərkəzi, Bakı şəhəri.”
Əlaqə: (050) 331-36-32. Email: nasiman_yaqublu@mail.ru

Azərbaycan Beynəlxalq Bankı - hesab nömrəsi:
AZ12IBAZ33801019441606419202
Azərbaycan Beynəlxalq Bankı- hesab nömrəsi (valyuta ilə):
S.W.I.F.T.:CITIUS33

Beneficiary’s bank: The International Bank of Azerbaijan Republic
Binagadi branch
S.W.I.F.T.:IBAZAZ2X
Private: AZ33IBAZ33811018401606419202


----------------------------------
qaynaq : musavat.com

2013-05-08

"Məmməd Əmin davamlı Hitlerlə görüşür, bizə deyirdi ki, Azərbaycan müstəqil olacaq"



Alman ordusunda döyüşmüş Bəşir Əlizadə: "Ruslar davamlı “yoldaşı” deyə çağırırdılar bizi. Guya geri qalmış insanlarıq"

Sovet ordusunda döyüşmüş Bəkir Məmmədov:"Düzdür, ruslar belə söz demişdilər. Amma Bağırov buna görə cəbhəyə də getmişdi..." 


Nəsiman Yaqublu: "“SSRİ bizim vətənimiz olmayıb”"

İlham Tumas: "Məncə, legionerliyi ideallaşdırmaq lazım deyil.  Mən Nəsiman bəydə bunu hiss etdim".

Cəmil Həsənli: “Legionerlərdən qəhrəman düzəltməyin əleyhinəyəm”


Azərbaycan legionerləri: nasist nökərləri, yoxsa azadlıq mücahidləri?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda bu suala cavab verdilər: tarixçi alimlər Cəmil Həsənli, Nəsiman Yaqublu, araşdırmaçı jurnalist İlham Tumas, İkinci Dünya Müharibəsinin iştirakçıları, almanlara qarşı döyüşmüş Bəkir Məmmədov, Həzi Məmmədov və Almaniyada yaşayan, əsir düşəndən sonra Azərbaycan legionunda xidmət etmiş Bəşir Əlizadə.

“Alman faşistlərinə qarışıb ana vətəninə qarşı mübarizə aparıbsa, mən şəxsən buna müsbət qiymət vermərəm”.

Bəkir Məmmədov:

- Biz onda o cür əsir düşən adamlar varmı-yoxmu bilməmişik. Müharibə qurtarandan sonra bilmişik. Onların həqiqi fikirlərindən də xəbərimiz olmayıb. Amma ümumiyyətlə, biz bunu pis hesab edirik. Çünki hər kəsin öz vətəni var, o vətən uğrunda da müharibəyə gedib. Əgər vətənini, ölkəsini müdafiə etməyi bacarmırsa, özünü bu yolda ölümə vermirsə, öz ölkəsinə - ana vətəninə qarşı çıxırsa, bu adam haqqında mənim fikrim yaxşı ola bilməz. Ona söz yox. Bir də var məcburiyyət qarşısında əsir düşüb və Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi partizanlara qoşulub, qəhrəmanlıq edib, vətənimizin adını ucaldıb, alman faşistlərinə qarşı müharibə aparıb, əlbəttə, bu ayrı söhbətdir. Ancaq kimsə alman faşistlərinə qarışıb ana vətəninə qarşı mübarizə aparıbsa, mən şəxsən buna müsbət qiymət vermərəm.

Həzi Məmmədov:

- Biz hücuma keçəndə özümüz haqqında düşünməmişik, “mənə güllə dəyməsin” deməmişik. Qaldı sizin sualınıza, nə əsirlərlə, nə legionerlərlə işim olmayıb.

Ş.Bəylərqızı:

- Bəkir Məmmədov da, Həzi Məmmədov da vətən yolunda vuruşduqlarını vurğulayırlar. Amma həmin legionerlər də vətənin - Azərbaycanın azadlığı uğrunda vuruşduqlarını, kommunizm əleyhinə mübarizə apardıqlarını deyirlər. Bu gündən baxanda onlara haqq qazandıra bilirsiz?

B.Məmmədov:

- Sovet hökumətində kommunist sözü müqəddəs idi. Hər dövrün öz hökmü var. O dövrün quruluşu ilə indiki eyni ola bilməz. Biz indi də döyüşə hazırıq. Bu gün bizim müqəddəs ölkəmiz var. O vətənə qulluq etmək bizim borcumuzdur.  O vaxt sovet hökuməti vardı, indisə həm ordumuz var, həm sərkərdəmiz.

Ş.Bəylərqızı:

-  Həmin adamlar da bu gün üçün çalışdıqlarını deyirdilər.

B.Məmmədov:

- O haqda onların fikrini oxuya bilmərik. Biz bunu bilmirik. (ardı aşağıda)

Bəkir Məmmədov və Həzi Məmmədov (sağda)
Bəkir Məmmədov və Həzi Məmmədov (sağda)
“Legionlara qoşulanları qamçılamaq və ya satqın adlandırmaq da düz deyil” 

İlham Tumas:

- Legionerlər haqda keçmiş Sovetlər Birliyində iki fikir geniş yayılıb. Birinci fikir budur ki, onlar Azərbaycanın müstəqilliyi uğrunda çalışmış mücahidlərdir. İkinci fikir odur ki, onlar faşistlərin nökərləridir. Əslində, legionerlərə “faşist nökəri” demək yanlışlıqdır. Legionerlik bir tarixi olaydır. Təxminən 40 minə yaxın azərbaycanlı legioner olub. Legionerliyi doğuran o dövrün siyasi şərtləri idi. Birincisi, müharibə başlayanda Azərbaycanın müstəqilliyindən cəmi 20 il keçmişdi və Azərbaycan insanı o müstəqilliyin şirinliyini unutmamışdı. İkincisi, Avropada çox güclü Azərbaycan lobbisi var idi. Sovetlərdə aparılan repressiyalardan da çox az vaxt keçmişdi. İnsanlar repressiya aparatından, totalitar rejimdən bezmişdilər. Yəni o mənada o insanları qınamaq da olmur. Onların seçimləri də məhdud idi. Ya onlar məhv olmalı, ya da alman tərəfə işləməliydilər. Mən təbii ki, birinci növbədə o insanlara hörmət edirəm ki,  Mixaylo – Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Həkim Cavadlı, Hollandiyalı Medo, Mirdaməd Seyidov kimi legioner olsalar da, fürsət düşən kimi partizanlar tərəfə keçərək qəhrəmanlıqlar ediblər. Ancaq legionlara qoşulanları qamçılamaq və ya satqın adlandırmaq da düz deyil.

Ş.Bəylərqızı:

- Almaniyada yaşayan keçmiş legioner Bəşir Əlizadəylə müsahibəmiz var, proqramdan əvvəl alınıb, onu da dinləyək. (ardı aşağıda)

Bəşir Əlizadə
Bəşir Əlizadə
“Əsir düşəndən sonra hürriyyətə qovuşmuş kimi olduq”

Bəşir Əlizadə:

- Mən 1942-ci ildə almanlara əsir düşdüm. Bizi Ukraynaya gətirdilər. Qızıl Orduda yemək yox idi, əynimiz-başımız pis idi, üstümüzdə bitlər yeriyirdi. Almanlar bizi təmizlədilər. Bizi Polşaya apardılar, Azərbaycan legionunda əsgəri təlim keçdik, alman əlbisəsi geyib, silahlandıq, hərbi and içdik, yəmin etdik. Dəmir yollarını mühafizə edirdik, partizanlarla vuruşurduq. 1945-ci ildə almanlar təslim oldular. Mən amerikan tərəfə keçdim, yoldaşlarımı itirdim, kim hara getdi bilmədim. Amerikanlar bizə yemək verdilər. Doğum yerimizi Türkiyə yazdırdıq. Qorxurduq ki, bizi birdən Rusiyaya təslim edərlər. Bir il bizə baxdılar, sonra dedilər ki, qüsura baxmayın, Türkiyə hərbə girmədiyi üçün buranı tərk etməlisiz...

- Siz legionerlər Azərbaycanın azadlığı uğrunda vuruşurduz, yoxsa əsirlikdən qurtarmaq, başınızı salamat saxlamaq üçün bunu edirdiz?

- Əslində bizim qayəmiz kommunizmə qarşı idi. O zaman Rəsulzadə Almaniyada idi və davamlı Hitlerlə görüşürdü. Onun sözlərinə görə, almanlar demiş ki, kommunizm çökdükdən sonra Azərbaycan müstəqil dövlət olacaq, Almaniya onlara istədiyi qədər yardım edəcək. Rəsulzadə hər zaman belə danışırdı, biz legionerlərlə görüşür, bizə bilgilər verirdi.

-  Sovet dövründə almanlara əsir düşənləri qınayırdılar və düşmən, dönük kimi baxırdılar.

-  Əsir düşəndən sonra hürriyyətə qovuşmuş kimi olduq. Almanlar bizə yaxşı baxdılar. Qayəmiz də Azərbaycanı kommunizmdən xilas etmək idi. Bu yolda çox vuruşduq, çox çalışdıq. Rus ordusunda olarkən ruslara nifrət etdim, bizə ikinci növ insan kimi baxırdılar. Davamlı “yoldaşı” deyə çağırırdılar bizi. Guya geri qalmış insanlarıq. Almanlar elə deyildilər, bizə heç fərq qoymadılar.

“Biz müharibədə bir vətən uğrunda vuruşurduq”

B.Məmmədov:

- O zaman alman faşistləri bizə kommunist ölkəsi olaraq vəhşi kimi baxırdı. Orda bir söz işlətdi: “yoldaşı”. Düzdür, ruslar belə söz demişdilər. Amma Mir Cəfər Bağırov buna görə cəbhəyə də getmişdi. O zaman kommunist ölkəsində fikirləşmirdik ki, bu saat sovetlərdən ayrılıb öz dövlətimizi yaradacağıq. Ya da almanlar bu şəraiti yaradacaqlar.  Soldatın vəzifəsi döyüşdür. Bir də ölməkdir. O, doğulduğu torpağı müdafiə etməlidir. Sonradan sovet hökuməti Berlinə qədər çıxdı, yaşadı, amma hazırda ayrı, müstəqil dövlətik.

Həzi Məmmədov:

- Biz müharibədə bir vətən uğrunda vuruşurduq. Hitler heç də Rusiya ilə kifayətlənmirdi, Azərbaycanı da alacaqdı. Azərbaycan oğulları da buna razı olmazdı. Biz də buna görə vuruşmuşuq. Qaldı ki, əsir düşənlərə, onların dediyindən xəbərimiz yoxdur, əsir adam nə desən onu edəcək, başqa çarəsi yoxdur. Biz Azərbaycanı qorumuşuq. Hitler Azərbaycan neftinin arzusunda idi. Bizim məqsədimiz aydın idi. Biz vətəni müdafiə etdik. (ardı aşağıda)

Nəsiman Yaqublu
Nəsiman Yaqublu
“SSRİ bizim vətənimiz olmayıb”

Nəsiman Yaqublu:

Bəşir bəy bizim sonuncu legionerlərdən biridir, onu şəxsən tanıyıram. Allah ona uzun ömürlər versin. Mən söhbətə studiyadakı bəyin sözündən başlamaq istəyirəm. Bəy, bizim ağsaqqalımız bayaqdan “vətən-vətən” deyir. O hansı vətəndən danışır, mən onu bilmirəm. Əvvəla, SSRİ bizim vətənimiz olmayıb. SSRİ 1922-ci ildə yaranıb. Buna qədərsə Azərbaycanda Xalq Cümhuriyyəti olub, 23-dək dövlət onun müstəqilliyini tanıyıb. 1920-ci ildə ağsaqqalın “vətən-vətən” dediyi ölkənin sahibləri - XI Qızıl Ordu Azərbaycanı işğal edib. Ona görə də vətən anlayışına ehtiyatlı yanaşmaq lazımdır. Azərbaycan da SSRİ-nin mövcudluğu dövründə müstəmləkə kimi yaşayıb. Ona görə də Hitlerin gəlib Rusiyanı, ya Azərbaycanı alması ilə 1920-ci ildə Qızıl Ordunun Azərbaycanı alması arasında heç bir fərq yoxdur. Hər ikisi də işğalçı idi. Mən başlıca mövzuya qayıtmaq istəyirəm. Həqiqətən də 1941-ci ildə müharibə başlayandan sonra çox sayda azərbaycanlı (bəzi mənbələrdə onların sayı 35, bəzilərində 70 min göstərilir) əsir düşdü və alman tərəfində yaşamaq məcburiyyətində qaldılar. Amma əsirlikdə olduqları müddətdə Azərbaycan adı uğrunda mübarizə apardılar, müxtəlif cəmiyyətlər, təşkilatlar qurdular,  “Azərbaycan” adlı qəzet buraxdılar. Bura onu da əlavə edim ki, 1945-ci ilin martında Almaniya Azərbaycanın, Gürcüstanın müstəqilliyini tanıdı, deməli, bu mübarizə elə-belə mübarizə olmayıb. İkinci tərəfdən Stalinin əsirlərlə bağlı 271 sayı əmri vardı deyə, əsir düşənlər geri qayıda bilmirdilər, onlar “vətən xaini” adını alırdılar. “Vətən xaini” isə güllələnirdi. Bu obyektiv səbəblər. Ancaq subyektiv səbəblər də vardı. Bunlar nisbətən yaşlı insanlarıydılar, müstəqil Azərbaycan dövlətini görmüşdülər, sovetlərdən ciddi şəkildə narazıydılar. Ona görə də imkan düşən kimi alman tərəfə keçirdilər, mübarizə aparırdılar. Azərbaycanlı legionerlərin mübarizəsi Azərbaycanın müstəqilliyi uğrundakı mübarizənin bir hissəsi idi.

Ş.Bəylərqızı:

- Əks tərəfin arqumenti budur ki, almanlar da Azərbaycana tam müstəqillik verməyəcəkdilər, Azərbaycan beləcə SSRİ müstəmləkəsi olmaqdan qurtulub Almaniyanın boyunduruğuna düşə bilərdi.

N.Yaqublu:

- Təsdiqedici fakt budur ki, almanlar Azərbaycanın müstəqilliyini tanıdılar. İkincisi, insan qul kimi yaşayırsa, o, köləlikdən azad olmaq uğrunda mübarizə aparmalıdır. Legionerlər də müstəmləkədən qurtulmağa çalışırdılar. Sonrasını zaman göstərəcəkdi. XX əsrdə iki qorxulu ideologiya olub: bolşevizm-kommunizm və faşizm. Sübut edirlər ki, bolşevizm bəşəriyyət üçün faşizmdən də qorxulu olub. Legionerlər də faşizmi müdafiə etmirdilər. Onlar azad, sülhsevər alman xalqı ilə birgə mübarizə aparırdılar. (ardı aşağıda)

Proqramdan sonra
Proqramdan sonra
“Legionerlər alman xalqı ilə yox, məhz Hitlerin generalları ilə bir yerdəydilər”

İ.Tumas:

- Məncə, legionerliyi ideallaşdırmaq lazım deyil.  Mən Nəsiman bəydə bunu hiss etdim. Nəsiman bəy deyir ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıdı. Əslində, o zaman 1945-ci ilin martında Almaniya artıq darmadağın olmuşdu və onun Azərbaycanın müstəqilliyini tanımasının adı yox idi. Almaniya Azərbaycanın və ya başqa ölkənin müstəqilliyini tanımaq belə istəməzdi. Nəsiman bəy bilir, 1943-cü ildə milli komitələrin yaradılması ilə bağlı Rəsulzadə ilə Düdəngiski arasında mübahisə yaranmışdı və ayrılmışdılar. Bundan sonra Rəsulzadə əsirlərin azad olunması ilə, sülhpərvər missiya ilə məşğul idi. Nəsiman bəy deyir ki, legionerlər alman xalqı ilə bir yerdəydi, üzr istəyirəm, bu həddən artıq qeyri-ciddi fikirdir. Alman xalqı ilə yox, məhz Hitlerin generalları ilə bir yerdəydilər. Nəsiman bəy necə ki SSRİ-nin vətən olmadığını deyir və onu qamçılayır, o cür də legionerləri ideallaşdırmamalıdır, guya onlar məhz Azərbaycanın müstəqilliyi uğrunda vuruşurdular. Onda niyə bəzi legionerlər imkan düşən kimi partizanlara qoşuldular?

N.Yaqublu:

- Burda heç kim legionerləri ideallaşdırmır. Mən əsirlərin legionlara düşməsini bir neçə səbəblə bağladım. Əsir düşənin azadlığı nə qədər ola bilər - hamımız bilirik. İkincisi, Stalinin əmri buna imkan vermirdi. Mən İlham bəyə legionerlərin buraxdığı “Azərbaycan” qəzetini oxumağı məsləhət görürəm, bu qəzetin komplektini mən Almaniyadan gətirib arxivə vermişəm. Bu qəzeti oxuyanda görəcək ki, bu insanlar müstəqil Azərbaycan uğrunda necə mübarizə aparıblar. O ki qaldı, legionerlərin bəzilərinin partizanlara qoşulmasına, bu, məsələnin başqa tərəfidir. Fətəli bəy Düdənginski kitabında yazırdı ki, Azərbaycan oğulları faşizmi ürəkdən qəbul etməyiblər. Sadəcə, onlara qoşulmağa məcbur olublar, amma bu zaman da Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Onlara faşistlərə qoşulub demək düz deyil. Rəsulzadə ilə Düdənginskinin münasibətlərinə gəlincə, yetərincə səmimi münasibətləri olub, biri siyasətçi, o biri hərbçi idi. Hər biri müxtəlif formada müstəqil Azərbaycan uğrunda mübarizə aparırdı və hər iki mübarizəni məqbul sayıram.

İ.Tumas:

- Mən legionerlərə xain demirəm. Amma bir şey var, Almaniya SRRİ ilə bağlı plan hazırlayanda respublikalar arasında milli məsələləri qabartmağı da nəzərdə tutmuşdu. Qəzet buraxmağa da onların karına gəldiyi üçün imkan verirdilər. Yəni legionerləri ideallaşdırıb, SSRİ üçün çalışan əsgərləri yerə vurmaq düz deyil. O adamlar sizin dediyiniz faşizm kimi böyük təhlükəyə qarşı vuruşublar. (ardı aşağıda)

Cəmil Həsənli
Cəmil Həsənli
“Legionerlərdən qəhrəman düzəltməyin əleyhinəyəm”

Cəmil Həsənli:

- Legionerlik spesifik sahədir, yanaşma da bu cür olmalıdır. Legionerlərin sovet dövründə olduğu kimi vətən xaini sayılması səhvdir. Amma eyni zamanda, legionerlərdən simvol düzəltmək də onun qədər səhvdir. İkinci Dünya Müharibəsinə baxışımızı formalaşdıranda düşünməliyik ki, Azərbaycan həmin savaşda hardaydı? Faşist koalisiyasında, yoxsa digərində? Sovet İttifaqı anti-faşist koalisyasında olduğundan Azərbaycan da bu cəbhədə yer almışdı. Həmin müharibə zamanı Azərbaycandan 640 min adam səfərbər olunmuşdu. Onların da təxminən yarıdan çoxu müharibədə həlak oldu, şikəst qaldı. Bu adamlar faşizmə qarşı mübarizədə həyatlarını, sağlamlıqlarını itirmişdilər. Ona görə də Azərbaycanın yerini anti-faşist koalisİyada axtarmaq lazım idi. Legionerlərə gəlincə, onların çoxu könüllü əsir düşməmişdi. Onların da seçim imkanı geniş deyildi, ya legioner olmalı, ya da ölməliydilər. Guya legionerlər Azərbaycanın müstəqilliyi uğrunda vuruşublar. Amma bu yanaşma bir o qədər də real deyil. Hələ 1930-cu illərdə bu mübahisə gedəndə Qafqaz Mühacir Dövlətləri faşizmlə bağlı qərar vermişdilər ki,  xalqları işğal edən dövlət başqalarına azadlıq verə bilməz. Bu doğru münasibət idi, tarix də bunu sübut etdi. Ancaq yenə də legionerlərə münasibətdə etik qaydaları gözləmək lazımdır. Şübhəsiz, onlar Azərbaycana biganə deyildilər. Bunu elə bu qədər də qəbul etmək lazImdır. Onlardan qəhrəman düzəltməyin əleyhinəyəm.

DİNLƏ

Şahnaz Bəylərqızı,Cavid Zeynallı
------------------------------------
azadliq.org

2013-05-07

Azərbaycan Cümhuriyyətində polyak izi…

-
«Polyaklar bizim ilk Cümhuriyyətimizin quruculuğuna öz töhfələrini veriblər».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Azərbaycanın Macarıstandakı səfiri, tanınmış araşdırıcıVilayət Quliyev söylədi.

ONLARIN ARASINDA UNİVERSİTET TƏHSİLLİ ADAMLAR VARDI

Varşavada polyak dilində yenicə çapdan çıxmış «Polyaklar Azərbaycan Demokratik Respublikasında» kitabı barədə proqramımıza danışan Vilayət Quliyev XX əsrin əvvəllərində Bakıda böyük bir polyak icmasının varlığını bildirdi:

«Onların böyük bir qismi rus imperiyasının əleyhdarı idi. Çünki Polşa da Azərbaycan kimi müstəmləkə idi. XIX əsrdə dəfələrlə Rusiya əleyhinə polyak üsyanları olmuşdu. Üsyanın iştirakçıları o zaman «isti Sibir» adlanan Qafqaza—Azərbaycana sürgün olunmuşdu. Təbii ki, azərbaycanlılar müstəqilliyini quranda, polyaklar bu işdə onların köməkçiləri oldular. Çünki onların arasında universitet təhsili görmüş, idarəçilik prinsiplərinə yiyələnmiş təcrübəli insanlar vardı. Polyaklar istər ordu quruculuğunda, istər dövlət idarələrində müstəqil Azərbaycan üçün çalışmağa başladılar».

RƏSULZADƏ XATIRLAYIR:

Verilişin qonağı M.Ə. Rəsulzadənin bu barədə dəqiq bilgilər verdiyini xatırlatdı:

«Rəsulzadə sonralar xatırlayırdı ki, təkcə Azərbaycanın Xarici İşlər Nazirliyi və Hərbi Nazirlik sistemində 20-dən çox polyak və mənşəcə Polşa tatarı olan türk çalışırdı. Onlar bizim ilk Cümhuriyyətimizin quruculuğuna öz töhfələrini vermişdilər».

13 MİN NƏFƏRDƏN 20 GENERAL ÇIXIB

Vilayət Quliyev kitabda adları ayrıca fərqləndirilənlərdən də danışdı:

«Onlar daha çox Polşa tatarlarıdır. Tatarlar Polşada XV yüzildən yaşamağa başlayıblar və Polşanın hərb tarixində çox böyük iz qoyublar. 1897-ci il siyahıyaalınmasında tatarların sayı 13 min nəfər göstərilir və onların içindən 20-dən çox rus ordusunun generalının yetişdiyi bildirilir. Yəni, bu xalq həmişə hərbçi olub, silahla, atla gözəl rəftar etməyi bacarıb».

AZƏRBAYCAN ORDUSUNUN İLK BAŞ ŞTAB RƏİSİ SULKEVİÇ

Araşdırıcı elə bu üzdən onların Azərbaycan milli ordu quruculuğunda yaxından iştirak etdiyini söylədi:

«Azərbaycan ordusunun ilk baş ştab rəisi general-leytenant Mosey Sulkeviç olub.
Azərbaycan parlamenti, 1918Azərbaycan parlamenti, 1918
O, əslən Polşa tatarı idi. Azərbaycanın görkəmli hərbçisi Əliağa Şıxlinski ilə 1905-ci ildən—rus-yapon müharibəsindən tanış idi. O cümlədən, Səməd bəy Mehmandarovla bir cəbhədə döyüşmüşdü. Onlar müstəqil dövlətin ordusunu qurarkən, Sulkeviçi bu işə cəlb etmişdilər. O, 1918-ci ildə Azərbaycana gəlib baş ştaba rəhbərlik etməyə başlamışdı. Ordunun yenidən qurulmasında, ciddi nizam-intizam, əsl hərbi sistem yaradılmasında böyük rolu olmuşdu. Sulkeviçi 1920-ci ilin iyununda bolşeviklər güllələmişdi…».

HƏMİŞƏLİK AZƏRBAYCANIN DOSTU QALDILAR

Qonağımız Azərbaycan Cümhuriyyətinin digər müəssisələrində çalışan polyaklardan da söz açdı:

«Onların sırasında iki Polşa tatarını fərqləndirmək olar. Onlar Leon və Olgert Kriçinski qardaşları idi. Olgert Kriçinski Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirinin müavini idi. Ölkədə ədliyyə sisteminin qurulmasında mühüm xidmətləri olmuşdu. Bir sıra beynəlxalq sənədlərin hazırlanmasında və danışıqlarda rolu olub. Onun kiçik qardaşı Leon Kriçinski isə Nazirlər Kabinetinin dəftərxana rəisi idi. Nazirlər arasındakı bütün yazışmalar onun əlindən keçirdi. Qardaşlar hər ikisi Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdilər. Çox hazırlıqlı idilər. Rus dilini, bir sıra xarici dili, o cümlədən Azərbaycan dilini yaxşı bilirdilər. Onlar Polşaya qayıtdıqdan sonra da Azərbaycanın dostu olaraq qalmışdılar. 30-cu illərdə Polşa mətbuatında Azərbaycan Cümhuriyyəti barədə, Fətəli xan Xoyski və digər qurucular haqqında maraqlı məqalələr dərc etdirmişdilər».

POLYAK HƏRBÇİLƏR GƏNCƏ ÜSYANINDA…

Araşdırmaçı polyak hərbçilərin 1920-ci il Gəncə üsyanındakı fəaliyyətlərindən də danışdı:

«Onlar Gəncə üsyanında azərbaycanlıların tərəfində vuruşurdular. Polkovnik Stankeviç hətta üsyanın gedişində aparıcı sima olmuşdu və döyüş zamanı həlak olmuşdu… Dediyim kimi, dövlət idarələrində, tibb sahəsində, neftçıxarma sahəsində bu qədər yüksək rütbəyə yüksəlməyən, amma öz əməyilə, Azərbaycana dost münasibətilə Cümhuriyyətə kömək edən polyaklar olmuşdu».

RƏSULZADƏNİN POLŞADA YERLƏŞMƏSİNDƏ POLYAKLARIN ROLU

Vilayət Quliyev «Məhəmməd Əmin Rəsulzadənin bir müddət məhz Polşada məskunlaşmasında polyakların və ümumən polşalıların rolu nə qədərdir» sualını da cavablandırdı:
Məhəmməd Əmin RəsulzadəMəhəmməd Əmin Rəsulzadə

«Burada iki amili fərqləndirmək lazımdır. Əvvəla, Polşanın o zamankı dövlət başçısı Yozef Pilsudski Sovetlərə qarşı son dərəcə qətiyyətli mövqe tuturdu və Sovet İttifaqını Rusiya imperiyasının yenidən dirçəldilmiş variantı sayırdı. Ona görə də, Sovetlərdən olan mühacirlərə Polşada yardım göstərilirdi. 20-ci illərin sonlarında Polşada müasir Sovetologiya institutlarını xatırladan müəssisələr qurulmuşdu. Onların qarşıya qoyduqları məqsədlərdən biri də keçmiş Sovet respublikalarından olan mühacirlərin fəaliyyətini koordinasiya etmək idi».

POLŞADA RƏSULZADƏNİ HƏQİQİ LİDER KİMİ GÖRÜRDÜLƏR

Araşdırıcı Azərbaycan mühacirətinin 30-cu illərə qədər məhz Türkiyədə cəmləşdiyini xatırlatdı:

«Mühacirətin burada mətbuat orqanları vardı və öz mübarizəsini aparırdı. Bu da, təbii ki Stalini narahat etməyə bilməzdi. Odur ki, 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illiyi qeyd olunanda, Stalin özünün iki tanınmış sərkərdəsini—Budyonnı və Voroşilovu bayram tədbirlərində iştirak etməyə göndərdi. O, Atatürkə xüsusi mesaj da göndərmişdi ki, mühacirləri, xüsusən də azərbaycanlı mühacirləri ölkədən çıxarsın…Buna görə də, 1933-cü ildən sonra istər Rəsulzadə, istərsə də mühacirətin digər üzvləri Polşaya üz tutmağa məcbur oldular. Bir tərəfdən Pilsudskinin tutduğu siyasi xəttin, bir tərəfdən də polyak dostların böyük yardımı dəydi. Və deməliyəm ki, M.Ə. Rəsulzadə o vaxt Polşada kifayət qədər siyasi nüfuza malik idi. Mən onun Polşadakı izlərini araşdırarkən, müxtəlif polyak dövlət adamlarına, elm-təhsil müəssisələrinin rəhbərlərinə yazdığı məktubları aşkara çıxardım və gördüm ki, onlar Məhəmməd Əmin bəyin simasında həqiqətən də, Azərbaycan xalqının bir liderini görürdülər və onunla çox ehtiramla rəftar edirdilər».

Sevda İsmayıllı 
azadliq.org