2014-02-17

Məhəmməd Əmin Rəsulzadənin yubileyinə sözardı


“Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir”.

Tadeuş Svyatoxovski

Prezidentin sərəncamı ruh yüksəkliyi ilə qarşılandı, amma yubiley tədbirləri sönük keçdi. Deyəsən, yağan qarın da təsiri oldu, toplantı, görüş və çıxışlarda sevgi işarmadı, bir soyuqluq, candərdilik duyuldu. Sanki insanlar nəyi isə demək istəyir, amma kimdənsə ehtiyatlanır, qorxur və ya xoflanırdılar. Ürəklərində həqiqətin nə olduğunu bilir, cümhuriyyət banisinin könüllərdəki yerini anlayır, amma onu dillərinə gətirməkdən çəkinirdilər. Bir şey də aydınca duyulurdu: M.Ə.Rəsulzadə şəxsiyyətinin miqyasını kiçiltməyə cəhd. Onun publisist fəaliyyətindən, yazılarının kəsərindən danışır, ədəbiyyat və tarixlə bağlı araşdırmalarını qabardır, amma siyasi fəaliyyətinə çox da toxunmurdular. Hətta belə təsəvvür yaranırdı ki, Azərbaycan siyasi təfəkkürünün daşıyıcısı olan bu böyük şəxsiyyət ömür boyu, sadəcə, qəzetçiliklə, elmi və ədəbi fəaliyyətlə məşğul olubmuş, cümhuriyyətlə ilişkisi isə elə-belə, bir təsadüf imiş…

Qüsura baxmayın, cənablar, siz yanılırsınız!

* * *

Ağlını itirmişlərdən başqa heç kəs dana bilməz ki, bu gün sahib olduğumuz müstəqil dövlət üçün biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanlara, tarixin fırtınalı dövründə onu yaşadanlara borcluyuq. Bu cümhuriyyət ötən əsrin keşməkeşli illərində quruldu, müsəlman dünyasında ilk parlamentli respublika kimi qısa müddətdə yaşadı, şüurlarda parlaq iz qoydu və dünyaya “müstəqil Azərbaycan” mesajı verərək tarixə qovuşdu.


Bu müstəqillik M.F.Axundzadə və H.B.Zərdabi ilə başlanmış yeni ruzgarın, bu ruzgarım XX əsrin əvvəllərində yaratdığı milli intibahın nəticəsi, həm də yeni ictimai mühitdə kollektiv zəkanın formalaşdırdığı istiqlal düşüncəsinin məhsulu idi. Əlbəttə, bu dövr tariximiz xalqın milli-ictimai şüurunun oyanmasında misilsiz xidmətlər göstərmiş parlaq simalarla zəngindir. Bu prosesdə Sabirin şeirləri də, Mirzə Cəlil, Ü.Hacıbəyli və Ə.Ağaoğlunun publisistikası da, Ə.Hüseynzadənin fəlsəfi baxışları da, F.Köçərlinin, A.Səhhətin ədəbi düşüncələri də, N.Yusifbəyli, N.Nərimanov, F.Xoyski, Ə.Topçubaşov və başqalarının siyasi fəaliyyəti də, H.Z.Tağıyevin xeyriyyəçilik missiyası da misilsiz rol oynayıb. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın müstəqilliyi ideyasının formalaşması və ən əsası, bu ideyanın gerçəkləşdirilməsində aparıcı rol məhz M.Ə.Rəsulzadəyə məxsusdur.

2014-02-15

Moskva M.Ə.Rəsulzadəni təntənə ilə andı

Anomal Moskva soyuğu bir cənub çəhərində doğulub, millətinin imzasını imzalara qatan cümhuriyyət yaradıcısının bu gün qoyduğu dövlətçilik rəmzi olanlar-himninin sədası, üçrəngli bayrağının altında toplaşanların hərarətiylə isindi. Azərbaycan Demokratik Cümhiyiyyətinin banisi M.Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş bu ovqatlı yubiley Moskvanın “Prezident oteli”ndə keçirildi.


Təntənəli yubiley gecəsi Azərbaycan himninin sədaları altinda Demokratik Cümhuriyyətimizin yaradıcısının “bir kərə qaldırdığı” üçrəngli bayrağımızın səhnəyə gətirilməsini ilə başaldı. “Dərviş” teatrının aktyoru milli geyimli Şirzad Əsəd başı üzərində qaldırdığı bayrağı “Azərbaycan oğluyam” şeirini şöyləyərək səhnədə daığalandıraraq məclisin baş köşəsinə sancdı. Tamaşaçıları duyğulandıran, qürurlandıran açılışla başlanan yubileydə sonra ekrana M.Ə.Rəsulzadə haqqında sənədli kadrlar verildi.

Gecənin aparıcıları prezident İlham Əliyevin Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 22 noyabr 2013-cü il tarixli sərəncamı oxudular. Həmin sərəncama uygun olaraq Moskvadakı Azərbaycan ictimaiyyəti də bu çağırışa qoşulub bu gün birlikdə M.Ə.Rəsulzadəni yad etmək üçün burdayıq-deyib təntənəli bayram gecənimə başlayırıq-dedilər.


Çıxış üşün ilk söz M.Ə. Rəsulzadə irsinin araşdırcısı, “M.Ə. Rəsulzadə ensiklopdiyası” kitabının müəllifi, Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqubluya verildi. O, Azərbaycan dövlətinin əsasını qoyan M.Ə.Rəsulzadənin yubileyinin Moskvada keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

“M.Ə. Rəsulzadənin bir müddət Moskvada yaşamış, 1917-ci ildə burada keçirilən qurultayda iştirak etmişdi. Elə o zaman Zaqafqaziyada Azərbaycanın müxtariyyəti məsələsini bu qurultayda qaldırmışdı”-deyə xatırlatdı N. Yaqublu.

2014-01-31

Rəsulzadəni satan adamı siz də tanıyın – KQB arxivindən

Görkəmli araşdırmaçı Ədalət Tahirzadə Məhəmməd Əmin Rəsulzadənin həyatı ilə bağlı yeni tarixi faktları üzə çıxarıb.   “Axar.az”a açıqlamasında tarixçi M.Ə.Rəsulzadənin həbsinə yardım edən şəxsin şəkillərini də təqdim edib: 


Səfərbəyov Əliabbas
Nəsrulla oğlu
  ​“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.  

 Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib: “Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var.  Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.    



Musa Carulla Bigiyev
Ə.Tahirzadə eyni zamanda M.Ə.Rəsulzadəni həbsdən azad edildikdən sonra xaricə getməsinə yardım edən iki şəxsin xidmətlərini də vurğulayıb. Onun dediyinə görə, müsavatçı həkim Dadaş Həsənzadə və Kazan türklərinin görkəmli ilahiyyatçısı Musa Carulla Bigiyev Rəsulzadənin Sankt-Peterburqdan Finlandiyaya qaçmasına  kömək ediblər.                                  
Dadaş Həsənzadə

 “Məhəmməd Əminin Sank-Peterburqdan Finlandiyaya qaçışını təşkil edənlər içərisində müsavatçı Dadaş Həsənzadə də olub. Onlar Rəsulzadəni qayıqla Finlandiyaya aparıb çıxarıblar. Bu işdə ona Kazanda yaşayan ilahiyyatçı Musa Bigiyev də yaxından iştirak edib. Kommunustlər sonra D.Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər. Lakin təəssüf  ki, onun haqqında indiyədək bir məqalə yazılmayıb”.   


Qeyd edək ki, M.Bigiyev “Qurani-Kərim”i Kazan türklərinin ana dillərinə tərcümə edərək hələ 1912-ci ildə nəşrinə nail olub. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsü ilə yenidən çap olunub.   Hazırda Musa Bigiyevin nəvəsi ilə dostluq əlaqələri olan Ə.Tahirzadə görkəmli ilahiyyatçının Azərbaycanda da tanınmasına çalışdığını deyib

------------------------
qaynaq - axar.az 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.
APA-nın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.


29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti  Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.


22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.


Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilir

------------------
qaynaq - 525.az

Rəsulzadə irsinə ehtiramın ifadəsi - MÜNASİBƏT

Mübariz Qurbanlı: “Prezidentimizin sərəncamı cümhuriyyət qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir”

Aydın Mirzəzadə: “Sərəncamda Rəsulzadənin Azərbaycan tarixində böyük rolu olduğu vurğulanır”


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Artıq bir neçə gündür ki, Rəsulzadənin yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirilir, elmi-praktik konfranslar düzənlənir. 

Bu tədbirlərin keçirilməsi isə ötən ilin noyabrın 22-də imzalanmış “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” prezident sərəncamına dayanır. M. Ə. Rəsulzadə sərəncamda xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim adlandırılır. 

Bəs, Rəsulzadə irsinə qayğının ifadəsi olan bu sərəncam, ümumiyyətlə, prezident İlham Əliyevin AXC qurucularının xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzaladığı digər fərman və sərəncamları nə cür qiymətləndirilir? 

M.Ə.Rəsulzadəni məzara endirən adam danışır

Artıq M.Ə.Rəsulzadə və onun silahdaşları ilə birbaşa ünsiyyətdə olan insanların sayı demək olar ki, azalıb. Nə yazıq ki, bu insanların yaddaşlarında o illərlə bağlı canlı qalan tarix də onlarla birlikdə gedir.

 Bu insanlardan biri də Ankarada yaşayan professor Yəhya Taşdələndir."Axar.az" olaraq Yəhya bəylə Rəsulzadə, onunla tanışlığı və dəfni haqqında xatirələrini bölüşdük. 


 Bəlli oldu ki, Yəhya bəy M.Ə.Rəsulzadə ilə 1952-ci ildə tanış olub: “Rəsulzadə 1950-ci ildə Ankaraya gəldiyi vaxt mən tələbə idim. Azərbaycan Kültür Dərnəyində Rəsulzadənin Həmid adlı çox yaxın dostu var idi. O mənə dərnəyə yazılmağı tövsiyyə etdi və mən məhz burada Rəsulzadə ilə tanış oldum. Rəsulzadənin əlindən öpdüm, o da mənim üzümdən”. Bu görüşdən sonra Rəsulzadə ilə davamlı təmasda olan Yəhya bəy Azərbaycanı sevməyi məhz bu böyük öndərdən öyrəndiyini deyir: “O zamanlar 22 yaşlı bir gəncdim, kargüzarlıq işlərində könüllü iştirak edir, onun yanında təcrübə keçməkdən qürur duyurdum. Öz övladı kimi məni sevərdi . Bir gün getməyəndə isə, “Ay balam, harada qaldın? Özlətdin özünü...” deyərdi. Sonralar mən onun xanımını da gördüm, əllərindən öpdüm“. Onda bir inam vardı ki, Azərbaycanı gənclik xilas edəcək Yəhya bəy 1955-ci ildə Rəsulzadə vəfat etdiyi zaman cənazə mərasimində iştirak edib və dediyinə görə həmin günü indiki kimi xatırlayır. Gənc olduğum üçün onun cənazəsini dostları ilə birgə məzara endirənlərdən biri olub: “Mən məzara enib onun endirilməsinə yardım etdim. Cümhur başqanının cənazə törəninin Hacı Bayram camisindən məzarlığa gedənə qədər şəkillərini də mən çəkmişəm. O şəkilləri Xalid Bahadıra göndərmişəm. Sabah-biri gün böyük öndərin muzeyi açılarsa, o şəkilləri qoymaq olar. Həmin mərasimdə çox adam vardı. Azərbaycanı və öndəri sevənlərin hamısı orda iştirak edirdi. Çoxlu çələnglər, qərənfillər vardı”. Sonda isə Yəhya bəy M.Ə. Rəsulzadəni Atatürk qədər sevdiyini bildirdi: “Çünki Rəsulzadə mənimçün Atatürklə eynidir”.

-----------------
qaynaq - axar.az

130 yaşlı istiqlal mücahidi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan  Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür.
  Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə uşaqlıq illərində


Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Siyasi fəaliyyəti

Rəsulzadənin Polşa həyatından maraqlı fakt

“Ömür boyu ona sadiq qalan Vanda xanıma Rəsulzadə Leyla adını vermişdir”

Bildiyimiz kimi, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə Türkiyə və İranla yanaşı, Avropa ölkələri ilə də sıx əlaqədə olmuşdur. Bu ölkələrin sırasında Şərqi Avropa ölkəsi olan Polşa Respublikası da var. Bunun da səbəbi Polşa hökuməti ilə Rus imperiyası arasındakı problemlər idi. 

O dövrdə Polşa dövlətinin başçısı olan Jozef Pilsudski ilə Məhəmməd Əmin Rəsulzadə arasında ciddi məktublaşmalar olub. Bu məktublaşmanın əsasını Azərbaycanın azad edilməsi məsələsi təşkil edirdi. Nə üçün Rəsulzadə Pilsudski  ilə məktublaşmağa önəm verirdi? 

Birincisi ondan ibarət idi ki, Polşa dövləti bolşevizmə qarşı böyük bir mübarizə aparırdı. Pilsudskinin məqsədi Rusiya İmperiyası, bolşeviklər tərəfindən işğal olunmuş ölkələrin, vilayətlərin, məmləkətlərin irəlidə, öndə gedən şəxsiyyətlərini toplayaraq onların gücündən faydalanıb bolşevizmə qarşı mübarizə aparmaq idi. Onun əsas planı bu idi və bu plana da uyğun olaraq Rəsulzadə kimi şəxsiyyətlərlə əlaqələr qururdu.

Bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür


Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.

Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

Azərbaycan Prezidentinin sərəncamı ilə Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi dövlət səviyyəsində qeyd olunur.

-----------------
qaynaq - apa.az

Məhəmməd Əmin Rəsulzadənin doğumundan 130 il ötür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.

APA-nın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Ölərkən “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyən Azərbaycanlı

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür. 

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığını da davam etdirən M.Ə.Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. Ə.Rəsulzadənin Əli bəy Hüsenzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını

XİN rəsmisi: “Səfirliklərimizdə Rəsulzadənin yubiley tədbirlərinə başlanılıb”

“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Kanadada tədbir keçirilib”. Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

"Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan prezidentinin 2013-cü il 22 noyabr tarixli sərəncamına uyğun olaraq, Kanadanın Karlton Universitetində “Azərbaycan: dünən və bu gün” adlı konfrans keçirilib”.

Onun sözlərinə görə, Rəsulzadənin 130 illik yubileyinin hansı xarici ölkələrdə keçirilməsi haqqında qabaqcadan məlumat vermək doğru deyil: “Bildiyiniz kimi, xarici ölkələrdə tədbirlərin keçirilməsinə başlanılıb. Diplomatik nümayəndəliyimiz də bununla bağlı tədbirlər keçirə biləcəyik. Amma, tədbir keçirilmədən heç nə deyə bilmərəm. Tədbir keçirildikcə məlumat verəcəyik”.

Qeyd edək ki, yanvarın 31-i Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək.

----------------------------
qaynaq - musavat.com

Müsavatda möhtəşəm Rəsulzadə yubileyi keçirildi

Cəmil Ünalın da qatıldığı tədbirdə böyük öndərin həyat və fəaliyyəti haqda danışıldı
Yanvarın 30-da Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə böyük mərasim keçirildi. 
Müsavat Partiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, xanımı Nesrin Ünal, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Milli Şuranın sədri Cəmil Həsənli, istiqlalçı deputatlar, bir sıra siyasi partiya liderləri, ziyalılar, ictimai xadimlər, o cümlədən, müsavatçılar iştirak edirdilər. 

Mərasim Azərbaycanın dövlət himninin oxunması və M.Ə.Rəsulzadə başda olmaqla, həyatını Azərbaycan uğurunda fəda etmiş və şəhid olmuş bütün soydaşlarımızın xatirəsinin sayğı duruşu ilə yad edilməsi ilə başlandı.

Müsavat başqanı İsa Qəmbər çıxış edərək bildirdi ki, Azərbaycan tarixində M.Ə.Rəsulzadəyə bərabər ikinci bir şəxsiyyət tanımır: “Bu şəxsiyyət Azərbaycanın ideologiyasını - müsavatçılıq ideologiyasını yaradıb. Elə bir ideologiya ki, Azərbaycanın xoşbəxtliyini istəyən qüvvə, şəxs bu ideologiyadan kənara çıxa bilməz. Bu şəxsiyyət Müsavat Partiyası kimi bir partiya yaradıb. Elə bir partiya ki, 100 ildən artıqdır mövcuddur və bu partiya mövcud olduqca Azərbaycanda heç bir partiya bu partiya ilə rəqabətə girə bilməz, girərsə də itirər. Yalnız bu partiyanın müttəfiqləri qazana bilərlər, o halda da Azərbaycan qazana bilər. Bu şəxsiyyət Azərbaycanın dövlət himnini, gerbini, bayrağını yaradıb. Bu şəxsiyyət Cümhuriyyətin çöküşündən sonra da ömrünün sonuna qədər millətinə, Azərbaycana xidmətini davam etdirib. Mühacirətdə olduğu dövrdə yaratdığı təşkilatların, qurumların, media strukturlarının sayı-hesabı yoxdur. Türkiyədə qurduğu Azərbaycan Kültür Dərnəyini biz hər zaman böyük ehtiramla yad edirik. Bu gün çox sevinirəm ki, Azərbaycan Kültür Dərnəyinin başqanı, Azərbaycan xalqının böyük ağsaqqallarından biri Cəmil Ünal bu gün Rəsulzadənin yubiley tədbirlərində iştirak edir. Cəmil Ünal Məhəmməd Əmin Rəsulzadənin son silahdaşlarından biridir. Cəmil Ünal Rəsulzadədən təhvil aldıqları Müsavat Partiyasını, bu cür müqəddəs bir irsi 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan nəslə çatdıran, təqdim edən böyük kişilərdən biridir. Allah Mehmet Kəngərliyə, Əhməd Qaracaya, başqa böyüklərimizə rəhmət eləsin”.

Rəsulzadə kimdir? Tarixçilərin gözü ilə


«İşdən Sonra» verilişində tarixçi-alimlər Cəmil Həsənli və Altay Göyüşov Rəsulzadənin Azərbaycan tarixindəki yeri və rolu haqda danışıblar.

Cəmil Həsənli M.Ə.Rəsulzadənin kimliyini belə ifadə edir:

«M.Ə.Rəsulzadə milli məfkurənin banisi, milli Azərbaycan dövləti ideyasının ideoloqu və praktikidir. O, millətə, dövlətə, xalqa xidmətin təkrarsız nümunəsidir. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycan varsa, millətimiz M.Ə.Rəsulzadəyə minnətdar olmalıdır».

«BU SƏRƏNCAM DA KAĞIZ ÜZƏRİNDƏ QALDI»

Cəmil Həsənlinin fikrincə, Azərbaycanda indiki hakimiyyətin dəyərləri ilə M.Ə.Rəsulzadənin ideyaları uzlaşmır:

«Hakimiyyətin içərisində Rəsulzadə sevgisi yoxdur. Bu hakimiyyətin dəyərləri ilə onun ideyaları tamam fərqlidir. Bugünkü hakimiyyət kriminal əsaslar, hakimiyyətin mənimsənilməsi, anti-demokratiya, diktatorluq üzərində qurulub. M.Ə.Rəsulzadənin qurduğu dövlətdə isə millətin sərvəti millətə məxsus idi. Verilmiş sərəncam da ictimai qınağın, təzyiqin nəticəsidir. Bu sərəncam da kağız üzərində qaldı. Fərqli addımlar atılmadı. Görülən tədbirlər sərəncam olmadan da baş tuturdu».

Altay Göyüşov M.Ə.Rəsulzadəni belə səciyyələndirir:

«M.Ə.Rəsulzadə o dövrdə formalaşmış Azərbaycan siyasi elitasının ən önəmli simalarından biridir. O, cümhuriyyətlə Azərbaycan kimliyini yaradıb. Cümhuriyyət bizim kimliyimizdirsə, M.Ə.Rəsulzadə onun pasportudur».

«DEMOKRATİK PARLAMENT ATRİBUTUNU BƏRPA EDƏ BİLMƏMİŞİK»

«M.Ə.Rəsulzadəyə münasibət birmənalı deyil. Hökumət sanki onu gözdən salmaq üçün bir nöqsan axtarır. Heydər Əliyevlə bağlı təbliğat aşırı olduqda, digər görkəmli şəxslər kölgədə qalır. AXC istiqlal və demokratiya üzərində qurulmuşdu. Bu gün müstəqil olsaq da, ikinci istiqamətdə nailiyyətimiz yoxdur. AXC dövründə parlamentdə Azərbaycan siyasi spektri bütövlükdə təmsil olunurdu. Biz demokratik parlament atributunu bu gün bərpa edə bilməmişik» - Altay Göyüşov deyir.


---------------------------
qaynaq - azadliq.org

Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (3-cü yazı)

Məhəmməd Əmin Rəsulzadə haqqında bildiklərini yoxla

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyidir. Bununla bağlı hazırladığımız viktorinada Rəsulzadənin həyatından müxtəlif məlumatlar əksini tapır. Suallara cavab verməklə öz bildiklərini sınaqdan keçirə bilərsən
AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı? 

Şirməmməd Hüseynov –Azərbaycan

«AMERİKALILAR ÜÇÜN VAŞİNQTON KİMDİRSƏ...»


1. Bu sualın ən qısa cavabını Amerika alimi  Tadeuş Svyatoxovski verib. O yazıb ki, amerikalılar üçün Corc Vaşinqton kimdirsə, azərbaycanlılar üçün də Məhəmməd Əmin həmin şəxsiyyətdir. Mustafa Kamal Atatürk deyib: Mən dünyaya Səndən 3 sənə erkən göz açmışam. Ancaq türk aləmində türkün İstiqlal bayrağını sən ucaltmısan.  Bu bayraq enməsin deyə, mən onu Sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz--demişsən, bu bayraq enməyəcəkdir!  Bundan artıq kim nə deyə bilər ki?!

2014-01-30

Rəsulzadəyə sizə bir dövlət quran böyük kimi sahib çıxın

Cəmil Ünal: “Kökü inkar etməklə siz köksüz duruma düşürsünüz, fərqində deyilsiniz”

“İstərdim ki, bugünki hakimiyyət 2014-cü ili “Məmməd Əmin Rəsulzadə ili” elan etsin”

Böyük öndərimiz, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin  130 illik yubiley tədbirlərində iştirak etmək üçün Türkiyədən ölkəmizə gələn Azərbaycan Kültür Dərnəyinin rəhbəri, M.Ə.Rəsulzadənin silahdaşı Cəmil Ünal və xanımı “Yeni Müsavat”ı ziyarət etdilər. Fürsətdən istifadə edib, Azərbaycan sevdalı bu tarixi şəxsiyyətlə, Azərbaycan dövlətinin qurucusunu şəxsən görən, onunla birgə tədbirlərdə iştirak edən əslində canlı tariximiz olan bu gözəl insanla həmsöhbət olduq. Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun da iştirakçısı olduğu söhbətdə Cəmil Ünal “Yeni Müsavat”a və “Publika.az” saytına paralel müsahibə verdi, dəyərli fikirlərini bizimlə bölüşdü. 

- Cəmil bəy, qəzetimizə, öz məmləkətinizə, Azərbaycana xoş gəldiniz... 

- Müsavat bizim öz qərargahımızdır. Sizlər də haqqın səsi olaraq “Yeni Müsavat” qəzeti ilə bizim ürəyimizdəki fikirləri burda yaşadırsınız, çatdırırsınız. O baxımdan əlbəttə ki, Müsavatı, sizləri ziyarət etmək bizim boynumuzun borcudur. Müsavatın bizim ürəyimizdə ayrı yeri var. Bundan əvvəl də gəlmişdik, sizləri ziyarət etmişdik. Allah sizlərə güc-qüvvət versin. İstər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycan xalqının baxış və diləklərini ən yaxşı dilə gətirənlərdən qəzetlərdən birisiniz. Allah sayınızı daim qılsın.

Üzeyir Hacıbəyli Rəsulzadə haqqında nə yazmışdı?

Şirməmməd Hüseynov Cümhuriyyət qurucusu haqqında ilginc fakt açıqladı

“1919-cu ilin yanvarında Üzeyir bəy Hacıbəyli Parisdə olan qardaşı Ceyhun bəyə yazırdı ki, daha mən sənin maaşını göndərə bilməyəcəyəm. Çünki Nəsib bəy Yusifbəyli məni çağırdı, dedi ki, sən indi Ceyhunun əvəzində redaktorsan. Onun məvacibini sən alacaqsan. Sənin məvacibini isə Məhəmməd Əmin Rəsulzadə alacaq”.

Dəyərli araşdırmaçı, profesor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında danışarkən bunları bildirib. O, böyük ictimai-siyasi xadim, yazıçı-publisist, jurnalist olan Rəsulzadənin hətta Azərbaycan dövlətinin birinci şəxsi olduğu dönəmdə də ağır vəziyyətdə yaşadığını, bu səbəbdən o zaman paralel olaraq “Azərbaycan” qəzetində çalışdığını və buna görə məvacib aldığını xatırladıb: “Azərbaycan” qəzetinin redaksiya heyətinin bunu sübut edən şəkli də var. Orda redaktor stulunda Məhəmməd Əmin oturub, onun da böyründə Üzeyir bəy əyləşib. Üzeyir bəy qardaşına yazırdı ki, qəzetin texniki işləri ilə mən məşğulam, məqalələri Məhəmməd Əmin yazır. Onu da yazır ki, hər sətrə 1 manat qonorar alırıq. Nəsib bəy Yusifbəyli hökuməti bunlara smeta təyin etmişdi”.

Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (2-ci hissə)

AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı? 

«NƏ ƏCAİB SÜRÜ YAHU BUNLAR!»

Cəmil Həsənli - Azərbaycan

1.
 Rəsulzadə örnəkdir: bir jurnalist kimi qələmin müqəddəs vəzifəsini millətə xidmətdə görməyin, bir ideoloq kimi milli Azərbaycan ideyasını irəli sürməyin, yoxdan bir bayraq ucaldıb Azərbaycan Xalq Cümhuriyyəti adlı dövləti yaratmağın, mühacirətdə öz xalqına və ideallarına xidmət etməyin canlı örnəyi.

BİZİ HƏP ALDADIYOR, ALDADIYOR...

2.
 Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?
Cəmil HəsənliCəmil Həsənli

Ən xoş söz: -- Bir kərə yüksələn bayraq bir daha enməz!
Ən acı söz: -- Nə əcaib sürü, yahu, bunlar!
Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər meymunlar.
Cühəla elm, fəzilət satıyor.
Bizi həp aldadıyor, aldadıyor.
Kəndi əxlaqi sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, hər yerdə
Göz boyar həp bu qaranlıq pərdə.
Hankı bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm o, huşyarlıqdan.

100 illik mübahisə bitdimi?

Dövlət xadimi, yazıçı, publisist Məhəmməd Əmin Rəsulzadə ilə bağlı az qala 100 illik mübahisə bitdimi?

Sovet hökuməti dövründə yamanlanan, müstəqillik dövründə isə irsi, fəaliyyəti ilə bağlı mübahisələr səngiməyən Rəsulzadə axır ki, Azərbaycan tarixində birmənalı qiymətini aldımı?

Prezident İlham Əliyevin onun 130 illik yubileyinin qeyd olunması haqda sərəncamı nəyi dəyişir?

Bu o deməkdirmi ki, indiki hökumətin Rəsulzadəyə qısqanc münasibəti haqda son 20 ildə səslənmiş iddialar təsdiqini tapmadı?

Bakıda ona Heydər Əliyev, Nəriman Nərimanov kimi heykəl qoyulacaq, qəbri Bakıya gətiriləcək, yoxsa barəsində dövlət sifarişi ilə film çəkiləcək?

Bu mövzunu Azərbaycan tarixi üzrə tədqiqatçı Adıgözəl Məmmədov, ADP-nin keçmiş sədri Sərdar Cəlaloğlu, tarixçi Faiq Qəzənfəroğlu və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı - tarixçi Nəsiman Yaqublu ilə müzakirə edirik.



---------------------
qaynaq - azadlıq.org

“Davamız, Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır”

«...tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir»
 (M.Ə.Rəsulzadə)


Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə onun haqqında nədən yazacağımı düşündüm. Yenə də özünə, yazdıqlarına üz tutdum və diqqətimi ilk andaca “Azərbaycan davası” adlı məqaləsi cəlb etdi...  Bu məqalə 1954-cü ildə Ankarada, “Azərbaycan” kültür dərgisində dərc olunub. Üstündən 60 il ötsə də elə bil indiki halımız üçün yazılıb. Adətən M.Ə.Rəsulzadənin əsərlərində onun sanki bugünkü siyasi sistemə yönəlik tənqidi fikirlərini toplayar, ayrıca bir məqaləyə çevirərdim. “Azərbaycan davası”nda isə bu gün avtoritar hakimiyyətə qarşı savaşdığını iddia edən, lakin elə hakimiyyətin sifarişi ilə milli birliyimizi pozan qüvvələrə də pay düşən fikirlərə rast gəldim... 
Daha önəmli bir tapıntı isə tarixi şəxslərin bütləşdirilməsi, onların şəxsiyyətinə pərəstişin təbliği ilə bağlı oldu. Indiki siyasi sistemin banisinin də “ümummilli lider” adı altında bütləşdirildiyini və bunun cəmiyyətdə hansı fəsadlar törətdiyini görüb, nə zamansa M.Ə.Rəsulzadənin də şəxsiyyətinə pərəstişin təbliğ ediləcəyindən narahat idim. Ancaq əbəs yerə, çünki sağlığında real həyat yaşamış şəxsiyyət ölümündən sonra bütləşməz. O şəxslər ki, bu gün bütə çevrilib, onlar elə sağ ikən də büt olublar; real həyatdan və xalqdan uzaq! 

“Ölkə başçısı özü şərait yaradıb ki...”

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini əks etdirən «Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası» görkəmli şəxsiyyət haqqında elmi qaynaq hesab edilir. M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarixçi Nəsiman Yaqublunun nəşr etdirdiyi ensiklopediya 600 səhifədən ibarətdir və nəşrdə tarixi şəxsiyyətin mühacirətdəki fəaliyyəti də əks etdirilib. N.Yaqublu “Kaspi”yə müsahibəsində M.Ə.Rəsulzadə haqqında araşdırmaların daha da genişlənəcəyini bildirib.

- Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunan ensiklopediyasının nəşri üzərində 25 il çalışmısınız. Kitabın nəşri niyə bu qədər uzun çəkdi?

- Əvvəla, ensiklopediya yazmaq çox ciddi işdir. 71 il ömür sürən Rəsulzadənin fəaliyyəti haqqında bilgilər əldə etmək, sənədlər toplamaq və oxuculara geniş informasiya vermək çox çətindir. Bir var ki, Rəsulzadənin həyatının müəyyən bir dövrünü araşdırırsan – bu bir qədər asandır, bir də var bütün fəaliyyətini araşdırırsan – bu isə çətindir. Rəsulzadənin 1200-ə yaxın məqaləsi var. Bu məqalələrin hamısı tarixi, nəzəri, Azərbaycan mədəniyyətinə və tarixinə yeni baxışlar sistemidir.

“Rəsulzadə bütövlüyümüzün simvoludur”

Ümid Partiyasının sədr müavini Rüfət Muradlı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı yazı yazıb.

"Qafqazinfo" həmin yazını təqdim edir:

Bu günlər Azərbaycan ictimaiyyəti , özəlliklə siyasi dairələr Azərbaycan Xalq Cümhuriyyətinin ,yeni Azərbaycan adlı ilk dövlətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirlərini keçirməkdədirlər.Şübhəsiz bu tədbirlərin əsas ağırlığı müxalif kəsimin öhdəsinə düşüb. Noyabr ayinin 22-də Milli liderimizin yubiley tədbirinin keçirilməsi ilə bağı prezident sərəncamı imzalansa da, bu yöndə hakimiyyət dairələrinin passivliyi təəssüf doğurur. Şəxsən mənim qənaətimcə Məhəmməd Emin Rəsulzadə şəxsiyyətinin hakimiyyət –müxalifət müstəvisində dəyərləndirilməsi kökündən yanlışdır. Yəni bu yöndə müxalifət düşərgəsində də ar- sıra fikirlər səsləndirilir. Çünki Məhəmməd Əmin Rəsulzadə məhz elə millətin özüdür. Əgər bu gün Azərbaycan hakimiyyəti Rəsulzadə gerçəyini qəbul edirsə, bu həm də dövlətlə millətin bütünləsməsinin göstəricisi ola bilər. Çünki dünya tarixi və dövlətçilik təcrübələri sübut edir ki, dövlət-millət bütünləşməsi dövlətin güclü olmasını şərtləndirən əsas elementlərdən biri, bəlkə de birincisidir. Təsadüfi deyil ki, tariximizin ayrı-ayrı dönəmlərində Azərbaycan coğrafiyasında mövcud olan dövlətlərin yaşadığı ən önəmli problemlərindən biri hakim zümrələrin məhz millətdən, milli düşüncədən uzaq düşmələri olmuşdur. Sonuc isə malik olduğumuz dövlətlərin mahiyyətinin dəyişməsi, bezi hallarda isə itirilməsi olmuşdur. Bu paradiqmanı Səfəvi və Qacar imperatorluqlarının taleyində axtara və müşahidə edə bilərik. Burada onu da qeyd etmək

Rəsulzadənin heykəlini yaradan kişi

“M.Ə. Rəsulzadənin abidəsini yaratmaq istəyi məndə 1989-cu ildən yaranmışdı”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına Azərbaycan istiqlalının banisi M. Ə. Rəsulzadənin Vətənində olan yeganə abidəsinin yaradıcısı Cavanşir Dadaşov deyib. Onun sözlərinə görə, abidəni ucaltmaq istəyi bir təsadüfdən doğub: “Bir dəfə böyük şairimiz Bəxtiyar Vahabzadəni və Şirməmməd Hüseynovu Novxanıda gördüm. Onlar M.Ə. Rəsulzadənin atası Axund Molla Ələkbərin məzarını ziyarətə gəlmişdilər. Onlarla görüşdüm və çay süfrəsinə oturduq. Xeyli söhbət elədik. Mən onlardan M.Ə. Rəsulzadə haqqında geniş məlumat aldım və abidəni yaratmaq ideyası da həmin gün yarandı”.

Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib: “Bir neçə variantda hazırladım. 1991-ci ildə isə artıq abidənin üzərində işləməyə başladım. Vəsaiti Bakı Kəndlər Birliyi və Novxanı camaatı topladı. Beləliklə, Ukraynadan gəlmiş qranitdən Rəsulzadənin abidəsini yaratdım. 1993-cü ildə abidənin açılışı oldu”.

AzadlıqRadiosu müxbirinin “Bu böyük zaman kəsiyində heç sizi axtaran, abidəyə görə sizinlə maraqlanan olubmu”- sualına heykəltəraş belə cavab verdi: “Sözün düzü, yox...Məhəmməd Əmin böyük tarixi şəxsiyyətdir. Mənim istəyim onun doğulduğu Novxanı kəndində abidəsini ucaldıb gələcək nəsillərə tanıtdırmaq idi...İstəyirdim ki, bizdən sonrakı nəsil də bu abidəni görsün və həmişə Məhəmməd Əmini xatırlasın”.

Cavanşir Dadaşov Xarkov Rəssamlıq İnstitutunu bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Xarkovda oxuyub yaşadığı illərdə yazıçı Nikolay Ostrovskiyə və 1941-45-ci illər müharibəsində həlak olmuş tələbələrə ucaldılan abidələrin müəllifi olub. 2010-cu ildə Bakıda 20 Yanvar abidəsini yaradıb. Milli Qəhrəman Koroğlu Rəhimovun büstü də onun əlindən çıxıb. Şamaxı şəhərində İmaməddin Nəsiminin, Göygöl rayonunda Səməd Vurğunun abidəsi də Cavanşir Dadaşovundur.



----------------------
qaynaq - qafqaz.info

Cəmil Çiçək Rəsulzadəni ÖRNƏK ŞƏXSİYYƏT adlandırdı

“Türk dünyasının birləşdirici simalarından biri olan mərhum Rəsulzadəni hörmətlə anıram”

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə APA-ya eksklüziv açıqlama verib. Açıqlamada deyilir:

“Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ili münasibətilə tədbirlər keçirilir, mən də Rəsulzadəni hörmətlə anıram. Yazdığı kitablar, çıxardığı dərgi və qəzetlərlə azəri qardaşlarımızı aydınlatmağa çalışan Rəsulzadə təkcə Azərbaycanın yox, bütün türk dünyasının öncül aydınlarındandır. İmperialist qüvvələrin bütün dünyanı mühasirəyə aldığı XX əsrin birinci rübündə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmış Məhəmməd Əmin Rəsulzadə Anadolu türkləri ilə tale müştərəkliyi yaratmış Azərbaycanın qurucu lideridir. Sovet işğalına qarşı əyilmədiyinə görə həbsdə yatan və həyatını vətənindən uzaqda başa vurmaq məcburiyyətində qoyulan mərhum Rəsulzadə gənc nəsillər üçün də örnək alınacaq bir şəxsiyyətdir. Azəri qardaşlarımızın azadlığı və Azərbaycanın müstəqilliyi üçün hər çətinliyə sinə gərən böyük mübarizə adamı Məhəmməd Əmin Rəsulzadə gənc nəsillər tərəfindən nümunə götürülməsi lazım olan önəmli bir liderdir. Azərbaycanın əbədi şəkildə müstəqil qalması üçün zəmanəsinin ən önəmli fikir və əməl adamlarından biri olan Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130-cu ili münasibətilə keçiriləcək tədbirlər çox önəmlidir. Türk dünyasının birləşdirici simalarından biri olan mərhum Məhəmməd Əmin Rəsulzadəni hörmətlə anıram”.

-----------------------
qaynaq - musavat.com

M.Ə.Rəsulzadənin Türkiyədəki fəaliyyəti


Böyük öndərin Türkiyədəki fəaliyyəti onun İrandan çıxarılması, gizli şəraitdə Bakıya gəlib burada bir müddət qalıb getməsindən sonra başlayır O, “Milli Mərkəz” təşkil edib, müsavatçı olmayan siyasətçiləri də bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən “Yeni Qafqasiya” jurnalını nəşr etdi. Az müddət içərisində M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti, (keyfiyyəti-təşəkkülü, şimdiki vəziyyəti)” əsərini yazıb çap etdirdi. Əsər böyük maraqla qarşılandı. Vyanada çıxan “Doyçe Ostrey - Xişe Tades Saytunq” qəzetində, Türkiyədə çap edilən məşhur “Tan”, “İqdam”, “Axşam”, “Əməl” mətbu orqanlarında əsərə yüksək qiymət verilirdi.

M.Ə.Rəsulzadənin Türkiyədəki fəaliyyətini iki dövrə bölmək olar: birinci dövr 1922-1931-ci illəri əhatə edir, ikinci dövr isə 1948-ci ildən başlayır. Hər iki dövrdə o, böyük çətinliklərlə qarşılaşmışdı. Mühacirət həyatının ağır şərtləri daxilində mübarizə aparmaq, maddi imkansızlıq, yurdsuzluq kimi çətinliklər içərisində yaşamaq və nəhayət kənar ölkə daxilində (istər Türkiyə olsun, istərsə də digər Avropa ölkələri) siyasi mücadiləyə uyğunlaşmaq çox çətin idi. Digər tərəfdən buraya nəhəng bir imperiya maşını - Sovetlər Birliyi də təsir edir, M.Ə.Rəsulzadənin və başqa mühacirlərin fəaliyyətinə maneçilik göstərirdi.

M.Ə.Rəsulzadə yazırdı: “Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”.

2014-01-29

“Kaspi” qəzeti Rəsulzadəyə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“Kaspi” qəzeti sabahkı sayı üçün Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibət ilə xüsusi buraxılış hazırlayıb.
Redaksiya məqaləsində qeyd edilir ki, yeni tarixinin üçüncü onilliyinə qədəm qoyan müstəqil dövlətimizin gücünü şərtləndirən mühüm amillərdən biri onun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması və qısa zamanda bu şərəfli ada layiq olduğunu təsdiqləməsidir: “Şərqdə Azərbaycan adlı demokratik dövlətin yaradılması Axundovdan başlanan, böyük pleyada maarifçi-demokrat ziyalılar nəslinin inamla davam etdirdikləri alovlu mübarizənin təntənəsi, məntiqi nəticəsi idi. Bu ziyalılar sırasında Məhəmməd Əmin Rəsulzadənin adı xüsusi qeyd olunmalıdır. Lap gənc, hələ ömrünün yeniyetməlik çağından dövrün qızğın ictimai-siyasi mühitinə atılan Rəsulzadə bir firqə rəhbəri, Milli Şuranın ilk sədri olmaqdan öncə millətini işıqlı sabahlara çıxarmaq istəyən fikir adamı, əsarət buxovlarında qovurulan Rusiya müsəlmanlarının liderlərindən biri, türkçülüyün parlaq ideoloqu, ərazi muxtariyyətindən qəti istiqlala qədər uzun bir yol qət eləmiş düşüncə adamı, böyük şəxsiyyətdir”.
Daha sonra redaksiya məqaləsində deyilir ki, vaxtilə prezident Heydər Əliyev 1993-cü il dekabrın 29-da “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamaqla cümhuriyyət irsinə böyük önəm verdiyini göstərib. 2013-cü il noyabrın 22-də isə prezident İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bu varislik xəttinin davam etdirildiyini təsdiqləyib: “Cənab prezidentin sərəncamı göstərdi ki, Rəsulzadə adı bir firqənin yox, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir”. 
Xüsusi buraxılışda M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyət sferasını əhatə edən tədqiqat məqalələri yer alıb.

----------------------------------
qaynaq - mediaforum.az

Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual

AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bu günün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?

««AZƏRBAYCAN» KƏLMƏSİNİ TARİXƏ HƏKK ETMİŞ İNSAN»

Aydın Balayev - Azərbaycan

1.
 Öz kimliyini, haradan gəlib hara getdiyini belə dərk etməyən türk və qismən də İran mənşəli etnik qrupların Azərbaycan ərazisində məskunlaşmış dağınıq tör-töküntülərindən vahid millət formalaşdırmağa çalışmış, onlara milli dövlət bəxş etmiş və «Azərbaycan» kəlməsini tarixdə ilk dəfə olaraq dünyanın siyasi xəritəsinə həkk etmiş bir insan.

«ƏN MÖHTƏŞƏM ABİDƏNİ O ÖZÜ-ÖZÜNƏ UCALDIB!»

2.
 Heç şübhəsiz, M.Ə. Rəsulzadənin bu günün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş sözlər onunla bağlı olardı ki, taleyin amansız sınaqlarına baxmayaraq, onun və silahdaşlarının bütün həyatları boyu uğrunda mübarizə apardıqları və bu çətin mücadilədə həm uğurların sevincini, həm də uğursuzluqların acısını daddıqları başlıca amalları – Azərbaycanın müstəqilliyi hər halda reallaşmışdır. «Bacımın gəlinliyi, şəhidimin son örtüyü olan» o müqəddəs üçrəngli bayraq 70 illik məhrumiyyətlərdən sonra yenə də Vətən göylərini bəzəməkdədir. Və çətin ki, kimsə, nə vaxtsa M.Ə.Rəsulzadəyə müstəqil Azərbaycan dövləti və onun üçrəngli bayrağından daha möhtəşəm abidə ucaltmaq iqtidarında olsun.
Aydın BalayevAydın Balayev

«RƏSULZADƏ-ELÇİBƏY YOLU OLA BİLMƏZ!»

M.Ə.Rəsulzadənin ən acı sözlərinin ünvanı isə, ilk baxışdan nə qədər parodoksal görünsə də, onun bugünkü «davamçıları» və «varisləri» olardı. ​Çünki məhz sonuncular Rəsulzadənin adından və irsindən öz cılız siyasi intriqaları və bazarlıqlarında sipər kimi istifadə etməklə son 20 ildə onun nüfuzuna ən ağır zərbələri endirmişlər.
Düşünürəm ki, Məmməd Əmin bəy ən çox həmin «varislərin» gündəmə gətirdikləri və mənasını özlərinin də bu günədək izah edə bilmədikləri «Rəsulzadə-Elçibəy yolu» ifadəsindən üzülərdi. Belə ki, Əli-Ömər, Hüseyn-Yezid, İsa-İuda yolu olmadığı kimi,  Rəsulzadə-Elçibəy yolu da ola bilməz. Bu sadəcə nonsensdir.

«MÜSAVAT»I FAN-KLUBA ÇEVİRDİNİZ?!»

Sonda isə Rəsulzadə yəqin ki, ötən əsrin əvvəlində yaratdığı partiyanın bu gün adını daşıyan (təəssüf ki, yalnız adını daşıyan) təşkilatın rəhbərlərinə üzünü tutaraq deyərdi: «Mənim min bir əziyyətlə məhdud saylı gizli bir qrupdan ümummilli kütləvi partiyaya çevirdiyim «Müsavat»ı siz qısa bir zaman kəsiyində İsa Qəmbər pərəstişkarlarının fan-klubu səviyyəsinə endirməyi bacardınız. Əhsən sizlərə!».
Çingiz HüseynovÇingiz Hüseynov

«MİLLƏTİNİ TANIMADI…»

Çingiz Hüseynov - Rusiya

1.
 Məhəmməd Əmin müasir Azərbaycanın rəmzidir, simvoludur, xalqımızın birincilər sırasında olan uzaqgörən şəxslərdəndir.

2. Məhəmməd Əmin ən xoş sözünü uzun illər boyu görmədiyi xalqına tutub: Bizim yolumuzu davam etmək sizlərə qismət olmuşdur! – deyərdi.
Ən acı sözü isə... – kimə desin? Xalqını duysa da, onu daima qəlbində yaşatsa da, düzü, millətini  tanımadı, amma hakimiyyətin keşiyində duran birisı onu tanıdı, dili əsə-əsə, qorxu içində dərhal Dəniz kənarına xəbər verdi ki, ay aman, Məmməd Əmin dirçəlib, başını yeyin – rədd olsun, ittihamlarından yaxamızı qurtaraq!...

Vilayət QuliyevVilayət Quliyev
SƏHVLƏRİMİZƏ ÜZÜLƏRDİ...

Vilayət Quliyev - (Azərbaycanın Macarıstandakı səfiri)


1. Milli dövlətçilik ideologiyasının banilərindən və Azərbaycan Cümhuriyyətinin qurucularından biri, həqiqi Azərbaycan vətənpərvəri.

2. Bir dəfə yüksələn üçrəngli bayrağımızın enmədiyinə, dövlətimizin yaşadığına görə sevinərdi.

Qarabağı düşmənə təslim etdiyimizə, Azərbaycanın torpaq bütünlüyünü qoruya bilmədiyimizə görə və digər səhvlərimizə üzülərdi.



--------------------------
qaynaq - azadlıq.org 

Rəsulzadənin 130 illik yubileyinə 2 gün qalıb

Məmmədəmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə düz iki gün qalıb.

ANS olaraq Rəsulzadə ilə bağlı silsilə reportajlarımızı davam etdirməkdə məqsəd həm də bu irsin görünməyən tərəflərini göstərməkdir. Xüsusi müxbirimiz Ləman Ələşrəfqızının Novxanıdan Rəsulzadənin doğulduğu torpaqdan başladığı araşdırmanı onun dəfn edildiyi Ankarada bitirmək niyyətindədir.

Məmmədəmin Rəsulzadə irsini araşdıran xüsusi müxbirimiz Ləman Ələşrəfqızının əldə etdiyi məlumatlar əslində tək bunlarla bitmir. Maraqlı məqamları çoxdur. Sabahkı reportajımızı gözləyin.

Azərbaycan Kültür Dərnəyinin təmsilçisi, Səlcuk Ünal: “Azərbaycanın məzarı götürməzdən əvvəl o qədər görəcəyi işlər var ki. Rəsulzadə hamımızın ortaq dəyəridir. Rəsulzadəni mən cox sevirəm, başqası sevə bilməz, deyə bilməz. Azərbaycanın Rəsulzadəyə qarşı olan sevgisini, biz görürük”.

M.Ə.Rəsulzadənin ailə dostu Sabiha Kəngərli: “Bizim nişanda üzüklərimizi Rəsulzadə taxmışdı. Allah rəhmət etsin. Rəsulzadə xanımı ilə birgə Məhmət bəyə zəng etdi. Gəl bizi götür, biz sizin ziyarətə gəlmişik, dedi. Ondan sonra gəldilər bizə, çox möhtərəm bir insan idi”.

-----------------------
qaynaq - anspress.com

Mənim Rəsulzadəm

Məhəmməd Əmin Rəsulzadədən danışacağam. Onu hər zaman Azərbaycanın bütün mənalarda tamlığını daşıyan insan olaraq görürəm. Tam şəkildə bir Azərbaycanı onun ömür yolunda bütün cizgiləri ilə görə bilərsən. Siyasi mübarizə yolunda, partiya quruculuğunda, mühacirətində, şəxsi həyatının faciəsində Azərbaycanın mövcudluq tarixini sanki yaşaya bilirsən. Bəlkə də buna görə onun heykəlinin qoyulmasını istəmirəm.

Heykəl siyasi liderləri, tarixi simaları insan təsəvvürlərində donuqlaşdıran, gözlərində daşa çevirən bir subyektiv əsərdir. Təsəvvür edin ki, bir insan eyni hərəkətsizlik obrazında yaddaşlara köçürülür, yaddaşlarda dondurulur. Məhəmməd Əmin bəy dondurulan insan tipi deyil, açılan, ruhlara, qəlblərə yayılan bir insan obrazıdır. Kim nə söylərsə-söyləsin, haşiyə çıxım ki, mərhum Əbülfəz Elçibəyin heykəli onun yaddaşlarımızdakı canlı, dinamik obrazını xeyli daşlaşdırdı. Avropada mifik qəhrəmanlara heykəlləri də çox zaman standart üslubdan uzaq şəkildə hazırlayırlar ki, insanların təsəvvürləri dar qəlibin içində donub qalmasın.

Bir az da mistik tərəfdən, bu heykələ necə birləşdirəcəksiniz onun daşıdığı Azərbaycanı? Bəlkə də buna görə onun qəbrinin Ankaradan Bakıya köçürülməsini lüzumsuz bir addım sayıram. Məhəmməd Əmin bəy dosdoğmaca Vətən torpağımız olan Anadoludakı qəbrinə görə qürbətdə deyil ki?.. Dövlətin, cəmiyyətin, ayrıca Azərbaycan insanının ona münasibətinə görə qürbətdə sayıla bilər. İndi o münasibətin ortadan qalxması üçün qımıldanmalar var və doğumunun 130 illiyinin rəsmi qeyd olunması özlüyündə müsbət təmayül olsa da, əsas olan azərbaycanlıların Məhəmməd Əmin bəyin doğru düşüncə sistemini anlamasıdır. Bu vacib amili anlayıb-anlamamaq bəsit bir yanaşma məhsulu olan Rəsulzadə-Elçibəy yolunu gedib-getməmək üzərində siyasi cinahları müəyyən etməklə olmaz. Burada onun düşüncə kodunun doğru açılışından söhbət gedir.

Azərbaycanın etnik və dini strukturunun, siyasi gələcəyinin dəqiq təyinatını vermiş Məhəmməd Əmin bəylə bağlı bircə istəyim var: onun Azərbaycan sevgisinin və Azərbaycanı tam anlamıyla tarixdən bu günə dəqiq tanıyan təfəkkürünün, düşüncə tərzinin Azərbaycan insanına, konkret Azərbaycan siyasətçilərinə köçürülməsini istərdim. Bu köçürülmənin maddiləşmiş izahı necə ola bilər? Onun hər bir hadisəyə, tarixə, etnik sistemimizə, dini düşüncəmizə, xarakterimizə baxışını sadə dillə açaraq məktəblimizə, tələbəmizə, aydınımıza, düşünmək, öyrənmək istəyən hər kəsimizə çatdırmaq vacib bir çağırışdır. Çünki o, haçansa müasirliyini itirməyəcək, onun siyasət əxlaqı hər zaman örnək olacaq, onun ən ağır şərtlərdə belə çalışqanlığına heyran qalınacaq.

Azərbaycan çağdaş siyasi düşüncə sisteminin yaradıcısı və qoruyucusu Məhəmməd Əmin bəy, Azərbaycan xalqının, buradakı Türk etnosunun varlığının qoruyucusu isə Nuru Paşadır. Nə yazıq ki, bur xalq olaraq hər ikisinə verdiyimiz dəyər, halallıq qazanmaq əmsalına uyğun gələcək səviyyədə deyil. Bu iki nəhəng simanı bizlər qoşa qanad kimi həmişə yüksək məqamlarda, qəlbimizin baş köşəsində tutmağa yalnız borclu deyilik, həm də məhkumuq.

Məhəmməd Əmin bəy Azərbaycan tarixinə ən realist və cəsarətli qiymət verən bir düşünürdür. Azərbaycanın bir coğrafi məkan olaraq türkləşməsi hadisəsini XI-XII əsrlərdə Oğuz-Türk kütlələrinin axını faktının üzərində təhlil edərək, tarixə xəyalçı baxışı realist məcraya qaytarmışdır.

Rəsulzadə rus işğalının yaratdığı faciəli məqamların üzərindən başını qaldırıb onun Azərbaycan türklərinin müasir xarakterinin formalaşmasında müsbət rolunu oxuya bilmişdir. O, Türkmənçaya sadəcə mexaniki ayrılma hadisəsi olaraq deyil, xalqın bir hissəsinin çağdaşlığa açılan şansı kimi qiymət verən ilk siyasətçidir.

Rəsulzadə fərqli adlarla adlandırılan, hətta bəzən dini kimliyi ilə tanıdılan xalqımıza siyasi və etnik adını qaytara bilmişdir.

Rəsulzadə qan, vicdan və əməl anlayışlarının sintezini bayrağa köçürə bildi. Bu dövlətin əsas məsuliyyətinin aparıcı etnos olan türklərin üzərində olduğunu, türklərin də digər xalqların hüquq və azadlıqlarının demokratik və unitar dövlət çatısı altında qorunmasında məsuliyyət daşıdığını vurğuladı. Müasirliyə birləşdirici çalar gətirərək, milli obrazda, İslam inanc dəyərləri ilə çağdaş əməllə yaşamağın qaçılmaz olduğunu söylədi. İmansız bir cəmiyyətin sağlam dövlət düşüncəsini bünyəsində daşıya bilməyəcəyini üçüncü rəngdə əks etdirdi. Elə bir real sintez yaratdı ki, bununla Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının ideal kimi götürüləcək xarakterinin qalıcı forması müəyyənləşmiş oldu. Bu üç mənanı içində birləşdirməyən kimsənin Azərbaycan təsəvvürlərində bir natamamlıq olacağının işarəsini verdi.

Rəsulzadə bir siyasi lider olaraq on səkkiz ay yaşaması mümkün olan bir milli dövlətin gələcəkdə yenidən yaşaması üçün beynəlxalq sertifikat aldı, mülkiyyət kağızını təsdiqlətdi. Və bu hüdudları Kommunist Rusiyası nə qədər azaltmağa çalışsa da, ümumi sənədi silməyi bacarmadı.

Rəsulzadə hətta Hitler Almaniyasının işğalçılıq eyforiyası çağında belə Azərbaycanın müstəqillik haqqını masaya yatırmağı bacarmışdı.

Rəsulzadə milli dövlətlə sosial dövlətin vəhdətini Milli Təsanüd konsepsiyasında ortaya qoydu. Özünün ideoloji baxışlarında çevik dəyişiklik edə bilən, insanı hər cür ideologiyanın üzərində görən siyasət anlayışını təqdim etdi. Azərbaycanın müasir dövlət modelinin Milli Təsanüd təməlində qurulmasının istiqamətlərini nəzəri baxımdan əsaslandıra bildi.

Məhəmməd Əmin bəyin ədəbi-siyasi düşüncəsinin mühüm əsəri olan “Əsrimizin Siyavuşu” Turan-İran mədəniyyət dairəsinin bir sintezi kimi Azərbaycanın gələcəyinin dəqiq təyinatını izah etdi.

Azərbaycan legionunu təşkilatlandırdı, Türkiyədə Azərbaycan Kültür Dərnəyini qurdu, qəzetlər, jurnallar nəşr edərək Azərbaycan davasını, onun müstəqillik savaşını hər məqamda canlı tutdu.

Bir aydınla praktik siyasətçinin məsuliyyət fərqləri böyük. “Mən yazmışdım” demək, hələ bir fikrin real həyatda gerçəkləşdirilməsi mənasına gəlməz. Praktik siyasətdə yazılanların gerçəkləşdirilməsi yüzlərlə əngəllərlə qarşılaşa bilər. Aydın üçün kəlləni vermək riski siyasətçidən qat-qat azdır. Yazdığının məsuliyyəti vicdani sərhədlərin içində yekunlaşır. Siyasətçinin hansısa tarixi məqamda etdiyi və ya etmədiyi milyonlarla insanın, bir millətin, bəzən də bəşəriyyətin çöküşünə və ya qalxışına səbəb ola bilir. Ona görə də aydın obrazında təqdim olunan insanları siyasətçilərlə müqayisə edərkən bu məqamları diqqətdən qaçırmamalıyıq. Azərbaycanda son yüzilin ayrıca fikir istehsalçısı olan aydınları olub: Axundov, Seyyid Əzim, Zərdabi, Ağaoğlu, Hüseynzadə, Mirzə Cəlil və daha kimlər. Rəsulzadə ona görə keçmişin və indinin hər bir aydınının və siyasətçisinin fövqündə dayanır ki, həm tarix-indi-gələcək müstəvisində doğru mühakiməsi olan aydın, həm də realist düşünən siyasətçi kimliyini birləşdirən bəlkə də tək bir simadır.

Bu kiçik yazıda mən Məhəmməd Əmin bəyi necə sevməkdən danışmıram. İnsan duyğularının içinə girmək bizim həddimiz deyil. Onu necə anlamaqdan, anlatmaqdan danışıram. Azərbaycanı onun qədər sevmək, doğru düşünmək, düşündüklərini yılmadan, usanmadan yazmaq, hərəkət etmək və bütün bunların axarında da insan dürüstlüyünü itirməmək yetərlidir Rəsulzadəyə bənzəmək üçün.

Hər bir doğru düşünən azərbaycanlının öz Məhəmməd Əmin Rəsulzadəsi olmalıdır. Çünki doğru düşünən azərbaycanlı həm də Məhəmməd Əmin Rəsulzadəni öz obrazında yaşadan azərbaycanlıdır.

Bu anlatdığım da mənim Rəsulzadəm idi...

Yazar : Fazil MUSTAFA
-----------------------
qaynaq - musavat.com