2011-01-31

MÜXALİFƏTİN RƏSULZADƏ GÜNÜ

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi, ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ad günüdür. Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
İctimai Palata bu gün münasibətilə M.Ə.Rəslzadənin Novxanıdakı məzarını ziyarət edəcək. Bu haqda məlumatı “Yeni Müsavata Müsavat başqanının müavini Tofiq Yaqublu verdi. O bildirdi ki, bu il Müsavat Partiyasının yaranmasının 100 ili tamam olduğuna görə  M.Ə.Rəsuzladənin abidəsinin ziyarəti xüsusi əhəmiyyət kəsb edəcək: ”Hər il olduğu kimi, bu il də saat 12:00-da  Rəsuzladənin Novxanıdakı abidəsini, eyni zamanda yaxınlarının məzarlarını ziyarət edəcəyik.
Bu il Müsavat Partiyasının 100 illiyidir. Bu səbəbdən də ziyarət xüsusi əhəmiyyətli olacaq. Siyasi partiyalar və vətəndaş  cəmiyyəti nümayəndələri bu tədbirə qatılacaq. Həmin gün saat 14:00-da  Müsavat Partiyasının qərargahında anım mərasimi, tədbir, eyni zamanda tarix elmləri doktoru Aydın Balayevin Moskvada rus dilində nəşr olunmuş “Məhəmməd Əmin Rəsulzadə” kitabının  türk dilinə tərcümə  edilmiş  variantının təqdimat mərasimi keçiriləcək".

Leyla İLQAR
-------------------------------
qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder