2014-02-15

Moskva M.Ə.Rəsulzadəni təntənə ilə andı

Anomal Moskva soyuğu bir cənub çəhərində doğulub, millətinin imzasını imzalara qatan cümhuriyyət yaradıcısının bu gün qoyduğu dövlətçilik rəmzi olanlar-himninin sədası, üçrəngli bayrağının altında toplaşanların hərarətiylə isindi. Azərbaycan Demokratik Cümhiyiyyətinin banisi M.Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş bu ovqatlı yubiley Moskvanın “Prezident oteli”ndə keçirildi.


Təntənəli yubiley gecəsi Azərbaycan himninin sədaları altinda Demokratik Cümhuriyyətimizin yaradıcısının “bir kərə qaldırdığı” üçrəngli bayrağımızın səhnəyə gətirilməsini ilə başaldı. “Dərviş” teatrının aktyoru milli geyimli Şirzad Əsəd başı üzərində qaldırdığı bayrağı “Azərbaycan oğluyam” şeirini şöyləyərək səhnədə daığalandıraraq məclisin baş köşəsinə sancdı. Tamaşaçıları duyğulandıran, qürurlandıran açılışla başlanan yubileydə sonra ekrana M.Ə.Rəsulzadə haqqında sənədli kadrlar verildi.

Gecənin aparıcıları prezident İlham Əliyevin Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 22 noyabr 2013-cü il tarixli sərəncamı oxudular. Həmin sərəncama uygun olaraq Moskvadakı Azərbaycan ictimaiyyəti də bu çağırışa qoşulub bu gün birlikdə M.Ə.Rəsulzadəni yad etmək üçün burdayıq-deyib təntənəli bayram gecənimə başlayırıq-dedilər.


Çıxış üşün ilk söz M.Ə. Rəsulzadə irsinin araşdırcısı, “M.Ə. Rəsulzadə ensiklopdiyası” kitabının müəllifi, Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqubluya verildi. O, Azərbaycan dövlətinin əsasını qoyan M.Ə.Rəsulzadənin yubileyinin Moskvada keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

“M.Ə. Rəsulzadənin bir müddət Moskvada yaşamış, 1917-ci ildə burada keçirilən qurultayda iştirak etmişdi. Elə o zaman Zaqafqaziyada Azərbaycanın müxtariyyəti məsələsini bu qurultayda qaldırmışdı”-deyə xatırlatdı N. Yaqublu.



“O zaman üçün hələ ki, müxtariyyət almaqdan başlanan bu məsələ Şərqdə ilk cümhuriyyətin yaranmasına gedən yolun başlanğıcından xəbər verirdi və Azərbaycanın dahi oğlu sonradan buna nail oldu”.

Azərbaycan dövlətçilyinin yaradılması yolunda M.Ə.Rəsulzadənin keçdiyi tarixi kəşməkeşli həyatından geniş məruzə edən yazıcı-publisist N. Yaqublu onun haqqında yazdığı ensiklopedik kitabın bir neçə dildə nəşr olunmasından danışdı. M.Ə. Rəsulzadənin beynəlxalq statuslu bir siaysi lider olduğunu, onun haqqında bir çox dahi şəxsiyyətlərin yüksək fikir söylədiklərinə rast gəldiyini bildirdi.

N. Yaqublu nitqini yekunlaşdıraraq:- M.Ə. Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərinin sonunda “Gəncliyə xitabən” yazdığı bu sözləri mən də bu gecə təkrar edərək çıxışını onunla bitirmək istəyirəm”- dedi. “Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!”

Ümumrusiya Azərbaycan konqresinin nünmayəndəsi Vladislav Şvedkov- “Mən Azərbaycanda doğulan rusam və azərbaycan dilini də təmiz bilirəm “deyə nitqinə doğma dilimizdə başladı. Bu yubiley münasibətilə hər kəsi təbrik edən natiq çıxışına rusca davam edərək, Azərbaycan Demokratik Cümhuriyyət tarixindən və M.Ə.Rəsulzadənin rolundan geniş söz açdı: “Onun haqqında “xalqının vətənpərvər oğludur” demək sönük qalır, o, supervətənpərvər idi”-dedi.

“Atası kərbəlayi-dindar olsa da, oğlunun “Rus-müsəlman məktəbi”nə verilməsi Rəsulzadənin hansı bir ailədən-yəni demokratik baxışlı bir ailədən çıxıdığından xəbər verir”. Rəsulzadınin rus duşməni deyil, çar üsuli-idarəsi, quruluş düşməni və savaşçısı olduğuna diqqət çəkən V. Şvedkov onun Azərbaycana tarixi xidmətləri üzərində dayandı.

“Latin qrafikalı əlifbaya keçmək- azərbaycan dilinin dövlət dili olmasını istəmək və elan etmək-bu əsl milli təəssübkeşlik, vətənpərvərlikdir. Mən də istərəm ki, doğma Azərbaycanımda hər kəs azərbaycan dilində danışsın. O bununla bəzi bədxahların dediyi kimi millətləri ayırmırdı. Sadəcə dövlətinə,onun dilinə hörmət tələb edirdi. Belə vətənpərvər idi,o”.


Bu gün Ermənistanın Qarabağ iddiasından danışan natiq, bu problemə toxunaraq M.Ə.Rəsulzadənin belə bir problemi olmayan bir dövlət qoyduğunu vurğuladı. Ritorik bir sualla- “Zaqafqaziya seymi tərəfindən ilk respublika elan ediləndə yazılan razılaşma-dövlətçilik aktında Qarabağ Azərbaycanın tərkibində göstərilir. Və bu razılaşma belə qəbul edilib. Nədən o zaman buna etiraz edən olmayıb?!”-deyə əlavə etdi.

Musiqinin və Moskva “Dərviş” teatrının aktyorlarının ifasında M.Ə.Rəsulzadənın həyatından, keçdyi tarixi-siyasi döngələrdən, dirəndiyi dalanlardan, sıxışdırıldığı mühitdən, məngənəyə düşüb qətlinə fərman verilən ailə üzvlərindən bəhs edən sənhələşdirilmiş hissələrin nümayişi ilə davam edən gecədə bütün bunlar anıldı.

Aparıcılar yubeliy tədbirinin təşkilatçılarına, bu əzəmətli gecənin ərsəyə gəlməsində zəhməti keçənlərə adbabad təşəkkür edərək onları səhnəyə dəvət etdi.

Tədbirin təşkilatçısı Moskva “M.Ə.Rəsulzadə məclisi”nin başçısı, texnika elmləri doktoruFüzuli Fərəcov, Ümumrusiya Azərbaycanlıları konqsinin icraçı direktoru İlqar Hacıyevrəhbərlik etdikləri diaspor adından bir sıra ictimai-siaysi xadimləri, diaspor fəallarını medal və fəxri fərmanla təltif etdilər.

Bakıdan yubileyə dəvət olunmuş Nəsliman Yaqublu, “Fransanın legioneri” ordeninin sahibi, diplomat, tarixi araşdırmaçı Ramiz Abutalıbov, gecənin quruluşçu rejissoru “Əməkdar rejissor” Mərdan Feyzullayev, “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin sədri Vasif Nəmmədov, Rusiyadakı Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondunun rəhbəri Şamil Tağıyev də təltif edilənlər sırasında idilər.


Gecədə Əməkdar artist Qorxmaz Axundovun rəhbərliyi ilə (tar), leyla Məmmədova(fortopiano), Nigar Zakirova (skripka), Nəriman Məmmədov (balaban) kvartetinin ifasında “Qara Qarayevin simfoniyası”, İranə İbarhimova, Nazim Hüseynovun ifasında Azərbaycana aid manılar, Şirzad Əsədin ifasında Əşrəf Hüseyninin “Elə Ən gözəl yer, Azərbaycandır!” –şeiri səsləndi.

Tünzalə Vəliqızı, Moskva

------------------------
 qaynaq - Yenises.ru