2012-01-31

Rəsulzadə Novxanıda anıldı (Rəsulzadənin səsi)


«İki il sonra Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi qeyd olunacaq. Biz  Rəsulzadənin 120, 125 illiklərini də yalnız bura gəlməklə və şəhərdə kiçik otaqlarda qeyd etmişik. Ancaq Rəsulzadənin ad günü bu cür yox, daha möhtəşəm keçirilməlidir».
Bunu M.Ə. Rəsulzadə İrsini Araşdırma Fondunun sədri Nəsiman Yaqublu Rəsulzadənin doğum günü ilə bağlı yanvarın 31-də Novxanı kəndindəki abidəsi önündə keçirilən tədbirdə deyib.
Tədbirdə İctimai Palatanın üzvləri, NİDA Vətəndaş Hərəkatı, Azad Gənclik təşkilatı, Vətəndaş Həmrəyliyi partiyalarının üzvləri iştirak ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Rəsulzadə cümhuriyyətin Milli Şurasının ilk sədri olub.
---------------------------
qaynaq - azadliq.org

Rəsulzadənin məxfi məktublarının toplandığı kitab çıxdı

Moskvanın “Mısl” nəşriyyatında “Ə.Topçubaşı və M.Rəsulzadə. Yazışmalar. 1923-1926-cı illər” adlı kitab çapdan çıxıb.
Kitabın tərtibçisi, ön sözün və qeydlərin müəllifi Azərbaycan mühacirət irsinin araşdırıcısı, professor Salavat İshakovdur.
Topluda ötən il gurcu alimi Georgi Mamulianın Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid Parisdən tapdığı 35 məktub yer alıb.
Parisdə yaşayan Azərbaycan parlamentinin sabiq sədri Əlimərdan bəy Topçubaşıyla Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yazışması 1923-26 cı illəri əhatə edir.
Məktublar Rəsulzadə və Toçubaşının mühacirətdə müstəqil Azərbaycan uğrunda savaşı davam etdirməsi, Qafqaz Konfederasiyası yaratmaq uğrunda cəhdləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirir.
Məktublar bu yaxınlarda Ə.M.Topçubaşının Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Ali Sosial Araşdırmalar Məktəbinin Tədqiqatlar Mərkəzinin şəxsi fondundan tapılıb.

RAİS RƏSULZADƏ: “İMTİYAZLAR QAYTARILMALIDIR”

Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının yeni prezidenti Rais Rəsulzadə “Media forum” saytının əməkdaşı ilə söhbətində bildirib ki, assosiasiyanın həyata keçməyən layihələrinə bir daha qayıdacaq, həmin layihələri reallaşdırmağa çalışacaqlar. R.Rəsulzadə repressiya qurbanlarının ləğv edilmiş imtiyazlarının qaytarılması istiqamətində də işləyəcəklərini deyib: “Bizim assosiasiya sovet dövründə, 1991-ci il aprelin 20-də ümumittifaq assosiasiyasının tərkib hissəsi kimi yaradılıb. Həmin vaxtdan rəsmi səviyyədə repressiya qurbanlarına müxtəlif yardımlar ediblər, yəni onların problemlərinin həlli ilə məşğul olublar. Amma son illər repressiya qurbanları yaddan çıxıb. Onları, onların problemlərini yada salmaq, həmin problemlərinin həlli məsələlərini yenidən qaldırmaq lazımdır. Repressiya qurbanlarının əlindən alınmış imtiyazlar qaytarılmalıdır”.

“Bir gün həqiqət parlayacaq...”

128 illik işığın ziyası
“...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”(M.Ə.Rəsulzadə)
Bu gün Onun doğum günüdür. Onun işıq dolu həyatından bu günümüzə qədər gələn yol 128 illik bir tarixdir. Onun adı Azərbaycanın var olduğu tarix boyunca əbədi yaşayacaq. Onun adı bir millətin istiqlaliyyəti, azadlıq mübarizəsi və müstəqillik savaşında qürurla xatırlana biləcək ən böyük addır. Şərqdə ilk demokratik müstəqil dövlətin yaradıcılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məmməd Əmin Rəsulzadə. Yaşadığı ömür yolu bir millət üçün  şərəf nümunəsi olan böyük şəxsiyyət. Qanıyla, canıyla, bütün varlığıyla Azərbaycan olan bir millət fədaisi. Həyatı mübarizələrdə, keşməkeşlərdə, alovlarda, mühacir yollarında yana-yana, Azərbaycan eşqinə əriyə-əriyə tamamlanan bir insan.

Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.ÿ Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.

Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi.ÿ Bu, onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gəncÿ çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli, Azərbaycanÿ əsgəri” deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binasıÿ üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə ÿenmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünüÿ görüncə onun tərəfinə keçəcək, ya qazi, ya da şəhid olacaqsan!.


Lahıc, iyul 1920
Məhəmməd Əmin  Rəsulzadə

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür (VİDEO)

Bu gün şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 128 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məhəmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib.