525-ci Qəzet etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
525-ci Qəzet etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2014-01-31

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür.
APA-nın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.


29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti  Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.


22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.


Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilir

------------------
qaynaq - 525.az

2014-01-27

Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi məsələsinə rəsmi münasibət


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, institutun direktoru Yaqub Mahmudov jurnalistlərə bildirib ki, bu, dövlət əhəmiyyətli məsələdir: "Xaricdə dəfn olunmuş Azərbaycanın əhəmiyyətli dövlət adamlarının məzarlarının ölkəmizə gətirilməsi məsələsi hər zaman qaldırılır. Vaxtilə Məhəmməd Füzilinin qəbrinin Azərbaycana gətirilməsi məsələsi də qaldırılmışdı. Amma bu, dövlətlərarası danışıq məsələsidir".

Y.Mahmudov deyib ki, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir: "Məhəmməd Əmin Rəsulzadənin də ömür yolunun çox hissəsi Türkiyədə keçib. Ona görə də biz bu məsələdə türk xalqının, Türkiyə Cümhuriyyətinin rəyi ilə hesablaşmalıyıq və türk xalqını incitməməliyik. Mən Məhəmməd Əmin Rəsulzadənin qəbrinin Türkiyədə və ya Azərbaycanda olmasını fərqləndirmək istəməzdim. Amma bir daha qeyd edirəm ki, bu, dövlətlərarası məsələdir və dövlətlər arasında bu məsələyə baxıla bilər. Bu gün Əlimərdan bəy Topçubaşovun qəbri Fransadadır. Bunlar gələcəkdə Azərbaycan xalqının dünya miqyasında tarixinin öyrənilməsində çox böyük abidələrdir. Bu abidələrin hamısını gətirib Azərbaycan ərazisində toplayıb dünya tarixindən özümüzü izolə etməmiz doğru olmazdı. Bu, mənim şəxsi mövqeyimdir". 

-----------------------------------------
qaynaq - 525-ci qezet

Məhəmməd Əmin Rəsulzadə haqqında yeni kitab

Bu yaxınlarda Moskvanın "Maska" nəşriyyatı tarix elmləridoktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcıelmi işçisi Aydın Balayevin "Məhəmməd Əmin Rəsulzadə.Yad ellərdə. 1922-1943" kitabını nəşr edib.

M.Rəsulzadənin130 illik yubileyinə ithaf olunmuş əsərin elmi redaktoru Paris İctimai Elmlər Araşdırmaları Ali Məktəbinin doktoru Georgi Mamulia, rəyçisi İzmir Ege Universitetinin professoru YavuzAkpınardır.264 səhifəlik bu sanballı kitab Moskvada yaşayandəyərli yurddaşımız, görkəmli diplomat Ramiz Abutalıbovunxeyir-duası ilə işıq üzü görüb. Son illərdə müxtəlif ölkələrin arxivlərində üzə çıxarılan və elmidövriyyəyə ilk dəfə buraxılan tarixi sənədlərə söykənmişmüəllif kitabda görkəmli siyasi xadim Məhəmməd ƏminRəsulzadənin 1922-1943-cü illərdə qürbətdə keçirdiyi ən ağırmühacirət dönəmindəki fəaliyyətini yeni meyarlarladəyərləndirir.

Tədqiqatda Rəsulzadənin Azərbaycan siyasimühacirətinin təşkilati qurumlarını yaratmaq uğrunda ilkaddımlarından tutmuş onun Prometey hərəkatında bütünQafqaz mühacirətinin liderlərindən biri kimi fəal iştirakınadək olan mühacirlik dövrünün müxtəlif mərhələləri əhatə olunub.

Kitabda Rəsulzadə ilə Azərbaycan və Qafqaz mühacirətinin müxtəlif nümayəndələri arasındakı qarşılıqlı münasibətlərdə müşahidəedilən gərginliklərə, Azərbaycan və Qafqaz mühacirətinin siyasi birliyinin yaradılması yolunda onun təşəbbüslərininişıqlandırılmasına, eləcə də bolşevik rejimi ilə çarpışmaqda olan Sovet imperiyasının hüquqsuz xalqlarının vahid cəbhədə çıxışetməsi uğrunda yorulmaz mübarizəsinə xüsusi diqqət yetirilib.

Əsər həm Məhəmməd Əmin Rəsulzadənin həyatını, həm də Azərbaycan siyasi mühacirətinin tarixini öyrənmək istəyənlər üçündəyərli örnəkdir.


 Firəngiz AĞALAR

-------------------------
qaynaq - 525-ci qezet

2011-01-12

Azərbaycanın böyük günlərindən biri


Şirməmməd HÜSEYNOV  
08.01.2011

Həqiqi məhəbbət və sevinc həyatın və ömrün əbədi mayası, yaşamağın mənasıdır. Milli məhəbbət və ümumxalq sevinci yetginliyin, cəsarət və fədakarlığın rəmzi, əlamətidir. Tarixi gerçəklikdir ki, Rusiyada olduğu kimi, bizdə də əsrlərcə siyasi bayramlarımız olmamışdır. Halbuki milli siyasi bayramları olmayan xalqları əbədi yaşamağa qadir, dünyanın qabaqcıl toplumlarının layiqli üzvü saymırlar. Bizdə hakimiyyətdə olanları mədh etmək, fəaliyyətini şişirtmək, pərəstişkarlıq hissi yaratmaq, iqtidardan gedəndən sonra isə hətta istedadlı, namus və qeyrətli siyasət və dövlət adamlarına belə qarayaxmaq adəti mövcuddur.

2010-12-07

Türkiyədə arxivlər

Nəsiman Yaqublu: "Türkiyə arxivlərində Məmməd Əmin Rəsulzadə ilə bağlı maraqlı sənədlər var
Tarixçi-jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Nəsiman Yaqublu bu yaxınlarda Türkiyənin bir sıra arxivlərində araşdırmalar aparıb. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə Türkiyədə olan N.Yaqublu maraqlı arxiv materialları əldə edib. N.Yaqublu "525"in müxbirilə söhbətində əldə etdiyi arxiv materialları barədə bunları bildirib. - Bu səfərimə göstərdiyi köməyə görə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinə, səfirliyin mədəniyyət və tanıtma müşavirliyinə, dostumuz Fəthi bəy Gədikliyə təşəkkürlərimi bildirirəm.

Güney Azərbaycanda mətbuat: Məşrutə inqilabının hərəkətverici qüvvəsi

1905-1011-ci illər İran Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan aparılması, ədalətin və müstəqilliyin bərpası devizi altında başlanmış xalq hərəkatı iştirakçılarının əsas tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunmasıydı.