2010-12-02

Fikirlər, Düşüncələr


 Cəmaət Istiqlala o qədər munis olmuş ,hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki,indi artıq istiqlal bir firqənin,bir kütlənin arzusu deyil, butun cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor...
Türkəm bu cəhətdən  özümü  xoşbəxt  hiss edirəm !

İnsanlara Hürriyyət, Millətlərə İstiqlal !

Vaxtdan uca Rəsulzadə

"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar."
    Bəli  Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə  etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə qovuşacaq.Şükürlər olsun ki, Azərbaycan günümüzdə müstəqil bir cümhuriyyətdir.Ruhun şad olsun əfəndim.Sənin qurduğun Cümhuriyyət yaşayır və yaşayacaq...

 

"AMERİKANIN SƏSİ" RADİOSU İLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTLƏR
1953-CÜ İLİN 28 MAYINDA AZƏRBAYCANA XİTAB

Əziz Vətəndaşlarım!
     Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.
     

resulzade.azeriblog.com'dakı bütün postlar buraya keçirilir

Hörmətli istifadəçilər,

resulzade.azeriblog.com'dakı bütün postlarımızı ardıcıllığa uyğun olaraq
meresulzade.blogspot.com ünvanına keçiririk.
Sadəcə olaraq resulzade.azeriblog.com"dakı postları yazılmış şərhləri  keçirmək imkanımız olmadığı üçün şərh yazmış bütün isitfadəçilərdən üzr istəyirik.

Hörmətlə,
resulzade.org

2010-11-13

resulzade.azeriblog.com - bağlandı

Əziz dostlar,

Azeribog.com -  blog saytı bağlandığına görə, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin bloq səhifəsi bu ünvana  keçirilmişdir.

Hörmətlə,
resulzade.org