2011-03-07

“Azərbaycan qurtuluş davasının bayrağı”


«Davamız üç kişinin aparacağı qısır bir dava deyildir. O, nəsildən-nəslə dövr edən bir davadır» (M.Ə.Rəsulzadə)

Martın 6-da Azərbaycanın milli lideri Məhəmməd Əmin Rəsulzadənin vəfatının 56-cı ildönümüdür. Bu münasibətlə hazırladığımız səhifədə öndərin həyatının son anları və ölümü ilə bağlı bəzi qeydlər yer alır. Eləcə də oxuculara M.Ə.Rəsulzadənin vəfatı ilə əlaqədar o zamankı mətbuatda dərc edilən xəbərlər, müxtəlif ünvanlardan daxil olmuş məktub və teleqramlardan nümunələr də (cüzi redaktə və ixtisarla) təqdim olunur. Səhifə tarix elmləri namizədi Nəsiman Yaqublunun “Məmməd Əmin Rəsulzadə” adlı kitabının (Bakı, 1991) materialları əsasında hazırlanıb.

M.Ə.Rəsulzadənin vəfatından 56 il ötür

Bu gün şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və lideri olan Məhəmməd Əmin Rəsulzadənin vəfatından 56 il ötür. 

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 
1918-ci il mayın 28-də Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edir və M.Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-1920-ci illərdə dövlət quruculuğu , parlament seçkiləri və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olur.

Amma 1920-ci il bolşevik inqilabından sonra, Demokratik Cümhuriyyət süquta yetirilir və digər cümhuriyyətçilər kimi Məhəmməd Əmin Rəsulzadə də uzun illər Türkiyə, 
Rumıniya, Almaniya və Polşada mühacirətdə yaşamalı olur.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Ankaranın «Əsri» qəbristanlığında dəfn edilib.
------------------------------
qaynaq - azadliq.org