2011-08-22

Rəsulzadəyə növbəti ağlasığmaz qadağa

Azərbaycanın banisi haqqında film çəkmək, tədbir keçirmək dövlətin ideologiyası ilə ziddiyət təşkil edirmiş
Mehriban Vəzir: «Bu cür münasibət nankorluğun ən son həddidir»
Mədəniyyət və Turzim Nazirliyi Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı film çəkməyi və tədbirlər təşkil etəyi qadağan edib.
Bu barədə “Bizim Yol” qəzetində dərc olunan məlumatda bildirilir ki, qadağa ilə bağlı ölkədə fəaliyyət göstərən bütün kinostudiyalara, nazirliyin idarələrinə təlimat göndərilib. Nazir Əbülfəz Qarayevin imzası ilə göndərilən təlimatda Rəsulzadə ilə bağlı tədbirlərin dövlətin hazırkı ideologiyası ilə ziddiyyət təşkil etdiyi qeyd olunub.

2011-08-05

M.Ə.Rəsulzadənin Lahıcda qaldığı ev



Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin gizli yollarla Lahıca gəlib sığındığı evin indiki sahibi elə həmin ildəcə doğulmuşdu.

92 yaşlı Ənvər Balayev Lahıcda orta məktəbdə riyaziyyat müəllimidir. Lahıcın ən yaşlı sakininin evində 1920-ci ildə Məmməd Əmin Rəsulzadə 3 gün yaşayıb.

Sovet hakimiyyəti qurulanda, Rəsulzadə təzyiqlərdən dolayı gizlənmək məcburiyyətində idi. Dəqiq rəqəm olmasa da, Ənvər Balayev də gəzən söhbətlərə istinad edib deyir ki, o, Lahıcda 2 ay 17 gün yaşayıb.

«RƏSULZADƏ BU EVDƏ 3 GÜN QALIB»

Ənvər Balayev danışır ki, o, indiki evini Rəsulzadəni burda gizlədən çarvadar Kərim kişidən alıb:

«Bir kişi vardı, Kərim kişi. Mənə dedi ki, sənin aldığın bu evdə bilirsən kim olub? Pıçıldadı ki, Məmməd Əmin Rəsulzadə bu evdə 3 gün qalıb. Yavaş-yavaş Sovet dövründən danışırdı mənə, Deyirdi ki, bu evin yiyəsi Kəblə Qulamla Şamaxıda çarvadarlıq ediblər. Kəblə Qulam ona gəlib deyib ki, «yetim, iki abırlı adam gəlib Bakıdan. Lahıca getmək istəyir. Yükləri qoyaq burda, aparıb onları Lahıca yerləşdirək». Həmin şəxsləri Basqal tərəfdən götürüblər. Lahıca atla gəlib çıxıblar. İki yoldaş olublar. Biri Məmməd Əmin Rəsulzadə, ikincisi isə onun yaxın sirdaşıAbbasqulu Kazımzadə».