2011-08-22

Rəsulzadəyə növbəti ağlasığmaz qadağa

Azərbaycanın banisi haqqında film çəkmək, tədbir keçirmək dövlətin ideologiyası ilə ziddiyət təşkil edirmiş
Mehriban Vəzir: «Bu cür münasibət nankorluğun ən son həddidir»
Mədəniyyət və Turzim Nazirliyi Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı film çəkməyi və tədbirlər təşkil etəyi qadağan edib.
Bu barədə “Bizim Yol” qəzetində dərc olunan məlumatda bildirilir ki, qadağa ilə bağlı ölkədə fəaliyyət göstərən bütün kinostudiyalara, nazirliyin idarələrinə təlimat göndərilib. Nazir Əbülfəz Qarayevin imzası ilə göndərilən təlimatda Rəsulzadə ilə bağlı tədbirlərin dövlətin hazırkı ideologiyası ilə ziddiyyət təşkil etdiyi qeyd olunub.

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, Rəsulzadəyə qarşı bu cür münasibət nankorluğun ən son həddidir: “Heyrətamiz bir şeydir. Başqa heç nə ilə qalmasalar da, bu çirkin hərəkətləri ilə tarixdə qalacaqlar. Indiyə qədər sevməməyin, yasaqların şahidi olmuşuq. Amma işə bu həddə möhür vurmaq, yasaq qoymaq ağlasığmazdır. Eynilə bolşevizm xətti ilə gedirlər. Bu yolun necə olduğa isə tarixdən hamıya bəllidir. Bu qədər nankorluğa, savadsızlığa, uzağı görməməyə ancaq təəssüf etmək olar”.
M.Vəzirin sözlərinə görə, Azərbaycan dövlətinin ideologiyasında Rəsulzadənin yer almaması mümkün deyil: “Azərbaycanın, dövlətçiliyin ideologiyası elə Rəsulzadə özü deməkdir”
---------------------------
qaynaq - azadliq.info

Hiç yorum yok:

Yorum Gönder