2013-07-03

Rəsulzadənin nəvəsi həkim nəzarətindədir

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu yaxınlarda cərrahi əməliyyat keçirib. Hazırda R. Rəsulzadə evdə həkim nəzarəti ilə müalicəsini davam etdirir.
Bu barədə Modern.az-a məlumat verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının sözlərinə görə, həkimlər Rəis Rəsulzadənin həyatı təhlükəsinin olmadığını bildiriblər.
“Hazırda Rəis Rəsulzadə evdə müalicəsini davam etdirir. Həkimlər dediyinə görə, həyatı təhlükəsi yoxdur. Müalicə də normal gedir. Həkim nəzarətindədir. Narahat olanlara da təşəkkürünü bildirib”, - deyə G. Aslanlı məlumat verib.

qaynaq - musavat.com

Hiç yorum yok:

Yorum Gönder