2011-05-31

Novxanıda Respublika Günü qeyd edildi


Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.

AzadlıqRadiosunun müxbiri xəbər verib ki, tədbirdə 1000-dən çox adam iştirak edib. Cümhuriyyət banilərini anmaqla yanaşı, bu günə yönəlik  «Azadlıq!», «İstefa!» şüarları səsləndirilib. Tədbir polisin nəzarəti altında keçirilib, heç bir qarşıdurma yaranmayıb.

Azərbaycan Rəsulzadəni yetərincə anlaya bilirmi?


Səbahəddin Şimşir Balıkəsir Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölümündə çalışır. Türkiyədə Azərbaycan mühacirətinin araşdırıcılarındandır. Onunla ilk müsahibəmiz bu ilin yanvarında—Məhəmməd Əmin Rəsulzadənin 127-ci doğum günü ərəfəsində baş tutdu.  Söhbətin sonunda mayın sonlarında Bakıya gələcəyini bildirən Səbahəddin bəylə təkrar görüşmək barədə razılaşdıq və mayın 26-da Səbahəddin Şimşir AzadlıqRadiosunun «İz» proqramının qonağı oldu.

-- Səbahəddin bəy, xoş gördük! Sizi həm Bakıda, həm də AzadlıqRadiosunun Bakı Bürosunda görmək çox xoşdur. Təşəkkür edirəm gəldiyiniz üçün. Necəsiniz, Bakıda günləriniz necə keçir?

2011-05-26

Böyük Azərbaycan aşiqi Məhəmməd Əmin Rəsulzadə


Nə yaxşı ki, bu qədər itkinin, faciənin, bəlanın içində bizə belə böyük qürur yaşadan bir cümhuriyyət tariximiz var. Nə yaxşı ki, 93 il öncə bu millət üçün yoxdan bir bayraq var edən və Azərbaycan səmasını onun üç rənginə boyayan bayraq insanlarımız olub.
Nə yaxşı ki, bu xalqın tarixində vətən və millət sevgisini özündən sonrakı nəsillərə örnək kimi, böyük bir eşq mərtəbəsində yaşamış Məhəmməd Əmin Rəsulzadələr olub.
Bir xalq üçün milli və bəşəri dəyərlərin önəmini, müasirliyin və inkişafın yolunu bundan gözəl formulə edən bir dövlət modeli təsvir etmək çətindir.Bir millət üçün vətənpərvərliyin, milli təəssübkeşliyin, əqidə bütövlüyünün M.Ə.Rəsulzadədən parlaq örnəyini tapmaq mümkün deyil.

Mühacirətin nəyi araşdırıcılara iztirab verir?


AzadlıqRadiosunun “Can Bakı” proqramının “İstiqlal mübarizlərini  nə dərəcədə tanıyırıq?” mövzusunda açdığı müzakirəyə qatılan Cümhuriyyət tarixinin araşdırıcısı filologiya doktoru, professor Vilayət Quliyev Polşada “Adam Marszalek” nəşriyyatında rusca çıxan“Azərbaycan mühacirətinin Polşadakı siyasi irsindən” kitabından danışdı və bir sıra mətləblərə aydınlıq gətirdi.

- Vilayət bəy, 3 gündən sonra Cümhuriyyətin 93 yaşını qeyd edəcəyik.  Böyük xoşbəxtlikdir, deyilmi? Mən bizim nəslimizi—Sovetlər zamanında böyümüş, formalaşmış insanları nəzərdə tuturam. Hətta Cümhuriyyətimizin 100 illiyini görmək şansımız da var...

- Şübhəsiz, çox böyük xoşbəxtlikdir. Mən həmişə fikirləşirəm ki, dünyada 5 mindən çox millət mövcuddur. Ancaq onlardan ancaq 200-ü dövlət qurmağa nail olub. Azərbaycan türkləri bu millətlərin arasında olduğu üçün həm qürur, həm xoşbəxtlik, həm də məsuliyyət duymalıdır.

2011-05-20

RƏSULZADƏYƏ ÖGEY MÜNASİBƏT DAVAM EDİR

Qarşıdan 28 May Respublika Günü gəlir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycanda demokratik respublika Xalq Cümhuriyyəti elan edilib. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edib. Amma indiyədək cumhuriyyət banimizin Azərbaycanda və paytaxt Bakıda heykəli və büstü yoxdur. Bu mövzu zaman-zaman gündəmə gəlsə də hələ də Ulu Öndərə layiqli heykəl ucaldılmayıb.
Azərbaycan hakimiyyəti çox böyük qürur hissi ilə vurğulayır ki, “Eurovision-2011"dəki qələbədən sonra Azərbaycan bayrağı Avropada dalğalandı. Fəqət o bayrağı bayraq yapıb dalğalandıran kişinin öz ölkəsində bir büstü belə yoxdur.