2010-12-02

"Azərbaycan" qəzetinin 1918 № 35

...Sevgili mühərrimiz, istəkli natiqimiz, millət yolunda canını nisar edən cəmaət xadimimiz Rəsulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qeyrətli həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri ücün işıqlı bir ulduz rolu oynayaraq istiqlali milli yolunu Nikolay və Protonov dövrünün zülm gecələrində belə böyük bir xidmət göstərmişdir. Hələ növcavan ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyyə atılaraq o vaxt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulilə rus qara güruhunun qəzəbinə giriftar olub İrana qaçmış və orada dəxi müsəlmanların mənafeini canından əziz tutaraq İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən «İrani-nou» qəzetəsi nəşrilə millətin fədailər zümrəsində Məhəmməd Əli şahın yakıcı, yıkıcı keyf maişası müqabilində mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin Əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmışdı və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto verdi. 20 yaşından bu günədək 31 il müddətində Türklük, İslamlıq, Hürriyyət və İstiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəlade fədakarlıq göstərmişdir...

Hiç yorum yok:

Yorum Gönder