2011-06-14

Məhəmməd Əmin Rəsulzadə irsinə səyahət

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi, təbliğində misilsiz xidməti olan Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın araşdırıcısı Şirməmməd Hüseynov bizimlə 93 il əvvəlki dövrə səyahət edir.

Ensiklopediyada 299 adamın şəkli var. Amma o vaxt azərbaycanlılar 2 milyon olub. Deməli, 2 milyondan neçə adam tarixə düşüb ? 299. Onların içərisindən bu millətin tanıdığı barmaqla hesablasaq 17-18 adam var. 


Cümhuriyyət dövründə yaşamasa da, bu dövrün araşdırıcısı Şirməmməd Hüseynov uşaq olanda Cümhuriyyətin çörəyini yeməsi, Cümhuriyyətin müəllimlərindən dərs öyrənməsi ilə fəxr edir. O, ailələrində həmişə Cümhuriyyətin ruhunu özündə hiss edib. 5-6 yaşlarında oxuduğu musiqi isə bu olub: “Soğan kimi soydular bizi bu bolşeviklər, qara günə qoydular bizi bu bolşeviklər”.

Müstəqil Azərbaycan dövlətinin yaranması daim Şirməmməd Hüseynovun yaddaşında həkk olunub. Sovet dövründə, müstəmləkə şəraitində yaşasa da, Şirməmməd Hüseynov daim Cümhuriyyətin ruhunu özündə hiss edib. Elə bu ruh daim onun fəaliyyətində hiss olunub. Sovet dövründə Cümhuriyyətin tarxini araşdırmaqdan belə çəkinməyib.

Məmməd Əmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Üzeyir Hacıbəylini əzbər bilib. Həmin dövrlərdə hətta Sovet dövrünün əleyhinə çıxışlar etməkdən belə çəkinməyib.

“Fransada müsəlmanlar yaşayır, amma 300 məscidləri var. Azərbaycanda isə nə qədər əhalinin yaşadığını bilirsiniz də, lakin 17 məscid var”,- deyə Ş. Hüseynov bildirib.

Şirməmməd Hüseynov Cümhuriyyəti yaradanlar haqqında oxuduqca, onların fəaliyyətini araşdırdıqca düşünür. Bular millətin, ən namuslu, qeyrətli, fədakar, istedadlı adamları olub. Düşünür ki, onlara necə aşiq olmayasan? Amma bunun üçün gərək sənin canında, qanında da o ruh olsun. Yəni vətənpərvərlik ruhu olmalıdır. Ona görə də Respublika gününü həm də Şirməmmədə Hüseynovun bayramı hesab etmək olar. Çünki o Sovet dövründə də daim müstəqilliyi bərpa etmək uğrunda mübarizə aparmaqdan çəkinməyib.


--------------------------------

qaynaq - anspress.com

Hiç yorum yok:

Yorum Gönder