2014-01-24

Milli Şuraya Rəsulzadə ilə bağlı tədbir üçün yer verilmədi

Demokratik Qüvvələrin Milli Şurası Beynəlxalq Mətbuat Mərkəzinə (BMM) müraciət edərək, 28 yanvar 2014-cü ildə ADR-in qurucusu M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı tədbir keçirilməsi üçün yer istəyib. Yanvarın 22-də edilən müraciət zamanı keçiriləcək tədbirin məzmunu və bunu təşkil edən qurum barədə maraqlanılıb, bir gün sonra isə bildirilib ki, tədbirin nəzərdə tutulduğu vaxt BMM-in konfrans zalları sərbəst deyil. Vaxtın uyğunlaşdırılması təklif edildikdə isə cavab verilib ki, yanvarın 28-i və 29-da bütün günü zalların hamısı kirayələnib. BMM-in siyasi hakimiyyətin nəzarətində olduğunu nəzərə alaraq, Milli Şura verilmiş cavabı siyasi xarakterli imtina kimi dəyərləndirir.

Milli Şuranın Mətbuat Katibliyi

----------------------------------
qaynaq - azadliq.info

Hiç yorum yok:

Yorum Gönder