M.Ə.Rəsulzadənin İranla bağlı ilk nəşr edilən məqaləsi “İranda hürriyyət” adlanır. Məqalə 1906-cı ilin 20 fevralında “İrşad” qəzetinin 51-ci sayında nəşr edilib.
M.Ə.Rəsulzadə bu yazısında İran və burada yaşayanlar haqqında “Bu millət öldü, dəxi dirilməz” deyənlərə etiraz edərək, bu fikrin yanlış olduğunu göstərir. Qeyd edir ki, İranda “Ədalətxana” Məclisinin yaradılması bu fikirləri inkar edir və insanlarda böyük ümidlər yaradır.
M.Ə.Rəsulzadənin İranla bağlı 1906-cı ilin 21 iyununda nəşr edilən ikinci məqaləsi isə belə adlanır: “İranda inqilab”. Bu məqalədə İran inqilabına, xüsusən Tehranda baş verən hadisələrə müsbət münasibət bildirərək o yazırdı: “Bu vaxta kimi İran hürriyyətpərəstləri İran hökuməti ilə fəqət şifahən müqavilə ediyordular. İndi müsadiməyə də çıxmışlar. Eybi yox, heç bir yerdə hürriyyət, azadlıq qansız ələ gəlməmişdir. Həyat müsadimədə, mücadilədə, ittihad və ittifaqdadır. Haydı İranlı qardaşlar, yeriyiniz, yeriyiniz də heç bir şeydən vahimə etməyiniz”.
M.Ə.Rəsulzadə İranda gedən proseslərlə, İran ictimai-siyasi mühiti ilə daima maraqlanmışdı. M.Ə.Rəsulzadənın İranla əlaqəli nəşr edilən aşağıdakı məqalələrini göstərmək olar: 1) “İranda hürriyyət”; 2) “İranda inqilab”; 3) “İranda yanvarın doqquzu”; 4) “İran işləri”; 5) “İrana dair”; 6) “Şahın vəfatına dair”; 7) “Təbriz vəkillərinin Bakıda təbəqqübləri (dayanmaları)”; 8) “Bakı, 17 mart”.
M.Ə.Rəsulzadənin yazdığı digər məqalələrdən aydın olur ki, o, İranla bağlı olmuş yalnız bir ziyalı, qəzet əməkdaşı yox, həm də bir siyasətçi, peşəkar inqilabçı kimi hadisələri izləmişdir.
“Tərəqqi” qəzetinin 1908-ci ilin 10 avqust “M.Ə.” imzası ilə onun “İrana dair. Təbriz əhvalatı. Xüsusi müxbirimizdən” başlıqlı yazısı çap edilir.
O, Bakıda olduğu müddətdə İranla əlaqəni kəsməmiş, 1908-ci ilin noyabr ayının 24-də “Tərəqqi” qəzetində çap edilən ictimai-siyasi yazısında və yenə həmin qəzetin 1909-cu ilin 15 yanvarında nəşr edilən “İran işlərinə dair” digər yazısında İrandakı prosesləri təhlil etmişdir.
M.Ə.Rəsulzadənin İrana getdikdən sonra “Tərəqqi”də çap olunan yazısı 1909-cu il martın 18-nə təsadüf edir. “İran məktubları” başlıqlı yazılarını ilkin olaraq İranın Rəşt şəhərindən göndərir və bununla da onun İranda fasiləsiz iki ilə yaxın fəaliyyəti başlayır.
M.Ə.Rəsulzadə İrana həm də partiya xətti ilə getmiş, sonradan Bakı Sosial Demokrat Komitəsinin tapşırığı ilə Gilan inqilabına nəzarət üçün Rəşt şəhərində olur. Sonradan o, mücahidlərlə birlikdə Tehrana gedərək Məşrutə hərəkatının fəalına çevrilir. Eyni zamanda o, “İran Demokrat Firqəsi”nin qurulmasında və proqramının yazılmasında iştirak edir. M.Ə.Rəsulzadə bu dövrdə yaxın dostu olan Seyid Həsən Tağızadə başda olmaqla, Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birlikdə (Hüseynqulu Xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) 1910-cu ilin sentyabrında “İran Demokrat Partiyası”nı yaradır.
1909-cu il avqustun 23-də Tehranda M.Ə.Rəsulzadənin böyük fəallığı və təşkilatçılığı ilə “İrani-Nov” (“Yeni İran”) qəzeti nəşr edilir. Əslində bu qəzet İran Demokrat Partiyasının ideyalarını, fikirlərini yayırdı. Gündəlik milli, siyasi, ictimai, iqtisadi, ədəbi, bədii, əxlaqi və məzhəbi “İrani-Nov” qəzetinin naşiri Məhəmməd Əbülziya, baş redaktoru M.Ə.Rəsulzadə idi. Bu qəzet müxtəlif fasilələrlə 1911-ci ilin mayın sonuna qədər nəşr edilib.
M.Ə.Rəsulzadə qəzetdə aşağıdakı imzalarla yazılar çap etdirib: “M. Əmin”; “R-zadə”; “Rəsulzadə”; “M.Ə.Rəsulzadə”; “Niş”. Bu imzalarla onun 29, imzasız dərc edilmiş baş məqalələrinin, redaksiya şərhi və digər yazılarının sayı isə 200-dən artıqdır . M.Ə.Rəsulzadə İranda geniş fəaliyyət göstərirdi. 1910-cu ildə Tehranda onun farsca “Tənqidi-firqeyi etidaiyyun və ya eçtiniaiyyun-etidaliyyun” (Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi) əsəri, 1911-ci ildə isə Ərdəbildə “Səadəti bəşər” kitabı (yenə farsca) nəşr edilir.
M.Ə.Rəsulzadə İranda olarkən Məşrutə Hərəkatının rəhbəri Səttar xanla görüşür, onun qəhrəmanlığını təqdir edir. Sonradan Bakıya qayıdanda 1914-cü ilin noyabrında “İqbal” qəzetində (N786) onun ölümündə həsr etdiyi “Səttar xan” məqaləsini çap etdirir. XX əsrdə İranda gedən proseslərdə, xüsusən Məşrutə inqilabında onun böyük fədakarlığını qeyd edir. Yazır ki, bir zamanlar Avropa qəzetləri onun adını “Qaribaldi” ilə bərabər tuturdular: “İştə bu vaxtilə İran Qaribaldisi olan zat ölmüşdür”.
“İrani-Nov” qəzetində siyasi mövzularla bağlı kəskin yazılar nəşr edilirdi. Bu mətbu orqan İrandakı xaricilərin gizli fəaliyyətlərini açıb ifşa edirdi. Sədr Haşiminin qeyd etdiyinə görə, Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində qəzetdə dərc olunan yazılardan istifadə edirdilər. “İrani-Nov” qəzetində M.Ə.Rəsulzadənin və burada fəaliyyət göstərən vətənpərvərlərin nüfuzu İran mürtəce monarxist qüvvələrini narahat edirdi. Qəzetin bağlanması üçün və M.Ə.Rəsulzadənin buradan getməsi üçün müxtəlif səbəblər axtarılırdı. Bu işdə Rusiyanın İrandakı səfirliyi də xüsusi fəallıq göstərirdi. 1911-ci il mayın 25-də M.Ə.Rəsulzadə “İrani-Nov”un 51-ci sayında qəzetin naşiri Seyid Məhəmməd Şəbüstəriyə yazdığı məktubunu çap etdirdi. Həmin məktubdan: “Möhtərəm müdir! Qarşılaşdığım maneələr ucbatından bir müddət qəzetçilikdən uzaqlaşmağa və bu səbəbdən də İranı tərk edərək xaricə getməyə məcburam. Ona görə də kəmali-təəssüflə məqamımdan artıq bağlı olduğum əziz ”İrani-Nov" qəzetindən istefa verirəm. Xahişim budur ki, mənim bu çarəsiz ayrılıqdan hasil olan təəssüratımı və təəssüf hissimi qəbul edəsiniz. Və əgər bu səbəbdən Sizə, qələm yoldaşlarıma və “İrani-Nov”un möhtərəm oxucularına bir narahatlıq üz verirsə bu istefaya görə əfv edin, hərəkətlərimə göz yumun və məni məzur tutun. M.Ə.Rəsulzadə. “İrani-Nov”un redaktoru".
Sonralar isə M.Ə.Rəsulzadə İrandan getmək səbəbini belə xatırlayırdı: “O zaman orada ”İrani-Nov" qəzetinin baş redaktoru idim. Avropa üsulunda İranda ilk dəfə olaraq təsis olunan bu gündəlik demokratik qəzet getdikcə artan rus nüfuzunun intriqaları ilə bağlanırdı. O günlərdə Amerikanın İranın mahiyyətini islah məqsədi ilə gələn məşhur Morqan Şusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə Rusiya səfarəti məni İrandan xaricə atdırmaq üçün təşəbbüs etdi".
M.Ə.Rəsulzadənin İrandakı fəaliyyəti haqda çox sonralar, Məşrutə İnqilabı dövründə birgə çalışdığı, İran Məclisinin bir zamanlar başçısı olmuş Seyid Həsən Tağızadə böyük səmimiyyətlə aşağıdakı sözləri yazacaqdı:
"...Rəsulzadə İran inqilabının başlanğıc dövründə Bakıdakı iranlı hürriyyətsevərlərlə işbirliyi yaradaraq kiçik istibdad dövründə Rəşt şəhərinə hərəkət etmişdi. Eyni ilin ortalarında Tehran zəbt ediləndə İranın başkəndinə gəlmişdi. Burada onun fövqəladə mühərrirlik qabiliyyəti meydana çıxdı və o, İran Məşrutə və ikinci Məclisi dövrünün ən yaxşı, ən tanınmış qəzetləri olan “Yeni İran”ın baş redaktoru oldu. Modern Avropa qəzetçilik məsləkini İrana gətirən və gəlişdirən Rəsulzadədir".
M.Ə.Rəsulzadənin yaxın silahdaşı olmuş Mirzə Bala Məmmədzadə 1955-ci ildə Ankarada nəşr edilən “Azərbaycan” jurnalının 12-ci sayında yazırdı: “Hələ bu inqilab hərəkatını, eyni zamanda İranı müstəmləkə halına salmaq və Türkiyəni mühasirəyə salmaq istəyən Rusiyaya qarşı da bir qiyam mahiyyətində olduğu düşünülür və bu hərəkatda qafqazlı hürriyyətsevərlərin də mühüm rol oynadıqları göz önündə tutulursa, Rəsulzadəni sövq və təşviq edən qüvvət daha aşkar anlaşılmış olur”.
Qeyd edək ki, İranda Məşrutə Hərəkatı yatırılandan sonra Millət Məclisi dağıdıldı, inqilabçı və hürriyyətsevərlər isə cəzalandırıldı. Bu vəziyyətdə M.Ə.Rəsulzadə yaxın dostu Seyid Həsən Tağızadə ilə birlikdə İranı tərk etdi.
Qeyd edək ki, M.Ə.Rəsulzadə sonradan Türkiyədə və digər Avropa ölkələrində mühacirətdə yaşadığı illərdə də İranda gedən prosesləri diqqətlə izləmiş və dəyərli məqalələr yazıb çap etdirmişdi. Xüsusən 1920-ci illərdə “Yeni Qafqasiya” jurnalında M.Ə.Rəsulzadənin bu mövzuda daha çox yazılarına rast gəlmək mümkündür. Belə ki, 1923-cü ildən onun İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalında İran mövzusuna həsr edilmiş aşağıdakı yazıları çap olunmuşdu:
“Rusiya-İran münasibətlərindən”. “Yeni Qafqasiya”, il-1, say 4, 1924.
“İran qəzetlərinin bir münaqişəsi münasibəti ilə”. “Yeni Qafqasiya”, il-1, say-12, 1924.
“İranda Cümhuriyyət”. “Yeni Qafqasiya”, il-1, say 13, 1924.
“Müasir İranın həqiqi çöhrəsi”. “Yeni Qafqasiya”, il-2, say 5, 1925.
“Yeni İranın böyük bir müvəffəqiyyəti”. “Yeni Qafqasiya”, il-2, say 7, 1925-ci il.
“İrandakı Türkmən üsyanının mənası”. “Yeni Qafqasiya”, il-2, say18, 1925.
“İran savcıları və bolşeviklər”. “Yeni Qafqasiya”, il-3, say 1, 1925.
“İran hadisəsinin seyri”. “Yeni Qafqasiya”, il-3, say 10, 1926.
1955-ci ildə ömrünün sonlarında isə İrandakı Məşrutə Hərəkatına münasibətini bildirən yazısını “Azərbaycan” jurnalında nəşr etdirdi: “Ricai-Azərbaycan Der Asri Məşrutiyyət” (“Azərbaycan” jurnalı, 1955-ci il, sayı 10-11, yanvar-fevral.)
Bu yazılar M.Ə.Rəsulzadənin İrandakı hadisələrə və proseslərə daim diqqətli olduğunu göstərir.
Nəsiman Yaqublu
-----------------------
qaynaq - musavat.com

Hiç yorum yok:
Yorum Gönder