2014-01-28

AFU | Cemil Həsənli: "Rəsulzadə və Azərbaycan Cümhuriyyəti"

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü tarixində Azad Fikir Universitetinin dinləyiciləri professor Cəmil Həsənli "Rəsulzadə və Azərbaycan Cümhuriyyəti" mövzusunda mühazirə dinləmək imkanı əldə etdilər. Mühazirə zamanı professor aşağıdakı məqamlara toxundu.

 - Rəsulzadə irsi göstərdi ki, müstəqil ölkə hələ azad ölkə demək deyil. 1918-20 ci il hadisələri isə həm müstəqillik həm də azadlıq mübarizəsi idi.

 - Tarix göstərdi ki, dağılmış bir imperiyanın qalıqları üzərində demokratik dəyərlərə söykənən bir dövlət qurmaq asan olmadı