2014-01-22

Təhsil Nazirliyinin Rəsulzadə planları

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncamla Mədəniyyət və Turizm Nazirliyi Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Təhsil Nazirliyinin yubileyə həsr olunmuş yubiley planı nədən ibarətdir? Nazirlikdən “Media forum” saytına bildirilib ki, bu tədbirlər nəzərdə tutulur:
- Bakı Dövlət Universitetində “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu” mövzusunda respublika elmi konfransının keçirilməsi;
- Ali və orta ixtisas təhsili müəssisələri tələbələri üçün fəlsəfə, tarix, jurnalistika üzrə keçirilən seminarlardan birinin Məhəmməd Əmin Rəsulzadənin ictimai və siyasi fəaliyyətinə həsr edilməsi;
- Ali və orta ixtisas təhsili müəssisələri tələbələri tərəfindən Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin təşkili;
- Məhəmməd Əmin Rəsulzadənin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin KİV-də dərc olunması.
-----------------------------------
qaynaq - mediaforum.az