2014-01-27

“Bir Bayraq əfsanəsi”

Yanvarın 31-də Azərbaycan Cümhuriyyətinin banisinin 130 yaşı tamam olur.

AzadlıqRadiosunun “İz” proqramı növbəti təqdimatında öz qızıl arxivindən “Bir Bayraq əfsanəsi”  radio dastanını səsləndirir. 

Məhəmməd Əmin Rəsulzadə elə rəmzlərdən sayılır ki, onun doğum günü mənliyini, ləyaqətini, onurğasını qorumaq istəyən, çağdaş dünya ilə bir olmağı uman, gericil təsəvvürlərdən qurtulmağa can atan hər kəs üçün əziz gündür.

Bu “İZ” onun izi olsun - dedik, onun işığına yığışaq, onu anaq - dedik və “Bir bayraq əfsanəsi” radio dastanını doğum günü ərəfəsində sizə təqdim etməyə qərar verdik”.

“Bir Bayraq əfsanəsi” radio dastanı bu sözlərlə başlayır.

30 dəqiqəlik proqramda bu böyük insanın həyat tarixçəsini vərəqləməyə çalışacaq, onun doğma səsini eşidəcək, yaratdığı Cümhuriyyətin özəlliklərini öz dilindən duyacağıq.

“İz”ə köklənin.

Bu məşhur misraları Əmin bəyin öz dilindən eşitməkdən duyğulu nə ola bilər ki:

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa-yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Bu “İz”i itirməyin! 

Dinlə

--------------------------------
qaynaq - azadliq.org

Hiç yorum yok:

Yorum Gönder