2014-01-27

YAP Rəsulzadə ilə bağlı tədbir keçirməyəcək

Yeni Azərbaycan Partiyası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı xüsusi tədbir keçirməyəcək.

Bu barədə AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib: “Rəsulzadənin 130 illik yubileyi ilə bağlı dövlət proqramı var. O proqrama uyğun prezidentin sərəncamında hansı istiqamətlər göstərilibsə, aidiyyatı qurumlar tədbir hazırlayıb keçirəcək. Burada söhbət ayrı-ayrı partiyalardan, ya da ictimai təşkilatlardan getmir. Dövlət bu işi sərəncamla həyata keçirir. Bu sərəncam da hansı strukturlara aiddirsə, onlar da həyata keçirəcək”.

-----------------------
qaynaq - muzavat.org

Hiç yorum yok:

Yorum Gönder