2010-12-06

Öncə böyüklər, sonra balacalar!!!

1918-ci ilin 28 mayında Vətənimizdə Demokratik Respublika yarandı. Bunu ilk dəfə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə elan elədi. Həmin vaxt müstəqillik əldə etmiş Azərbaycan xalqının seçdiyi adamlar tərəfindən idarə olunmağa başladı. Bunlardan biri də Məhəmməd Əmin Rəsulzadə idi. 1884-cü ildə Bakının Novxanı kəndində doğulmuş Məhəmməd Əmin həyatını xalqının azadlığına həsr etdi. Təqib olunduğuna görə çox vaxt xarici ölkələrdə yaşasa da, işğalçı rus ordusuna qarşı mübarizəni bir an belə dayandırmadı. Xalqımız hazırkı müstəqilliyində Məhəmməd Əmin Rəsulzadənin əməyini yüksək qiymətləndirir.


----------------------
qaynaq - elli.az

Hiç yorum yok:

Yorum Gönder