Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eyləki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eyləki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.
Meydan oxudu qan çiləyən dövrana qarşı,
Hər zalıma, hər nadana, hər hədyana qarşı.
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat.
İlhamını almış o, Vətən adlı gözəldən,
İman suyunu çünki o içmişdi düz əldən.
Xalq naminə, haqq naminə vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat.
Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,
İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bu xalqı inandırdı Müsavat.
Amalı təmiz, məqsədi aydın, üzü ağdır,
Ən ali məqamlarda qərəzlərdən uzaqdır.
Tarix şüuru-xalqımı millət yapacaqdır,
Haqqa dönəni haqqa tapındırdı Müsavat.
Düzlük şüarı daima çarpışdı yalanla,
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.
Bəxtiyar Vahabzadə
Fevral, 1977
Fevral, 1977
Hiç yorum yok:
Yorum Gönder