MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HEYKƏLİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ YERDƏ FƏVVARƏ QURULUR
Səbail rayonu ərazisində, Dövlət Kukla Teatrı ilə üzbəüz parkda aparılan yenidənqurma işləri sürətləndirilib. «Media forum»un əməkdaşı bu gün bir zamanlar Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə abidə qoyulması nəzərdə tutulan həmin parkda olub.
Xatırladaq ki, Kukla Teatrı ilə üzbəüz parkda təmir işləri bu ilin iyununda başlayıb, ətraf dəmir hasara alınıb. Əvvəllər parkda üzərində «Burada Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır» sözləri yazılmış daş lövhə olub. «Media forum»un o zaman xəbər verdiyi kimi, həmin lövhə götürülüb. Saytın əməkdaşları təmir gedən parka getmiş, lövhənin əvvəllər olduğu yerin şəklini çəkmişdilər. Həmin lövhənin hansı səbəbdən götürülməsi, ümumiyyətlə, parkda M.Ə.Rəsulzadənin heykəlinin qoyulub-qoyulmayacağı barədə məlumatı «Media forum» saytının əməkdaşı heç bir yerdən öyrənə bilməmişdi.

M.Ə.Rəsulzadəyə abidə ucaldılacağı haqda yazı olan lövhənin Kukla Teatrı ilə üzbəüz parkdan götürüldüyünü ilk dəfə «Bizim yol» qəzeti 22 iyun sayında xəbər vermişdi. Qəzetin yazdığına görə, iyunun 20-də günorta saat saatlarında bir mülki geyimli şəxs 15-dək polis əməkdaşının və 4-5 fəhlənin müşayiəti ilə parka gəlib. Polislər daş lövhənin yerləşdiyi sahəni mühasirəyə alaraq ətrafdakı adamları yaxına buraxmayıblar. Sonra fəhlələr daş lövhəni yük maşınına qoyublar və polisin iştirakı ilə aparıblar.
Qəzetin yazdığına görə, sonradan polis əməkdaşları ilə söhbətdən bəlli olub ki, lövhəni şəhərdən kənara aparıb xırda-xırda sındırıb tullayıblar.

«Media forum»un əməkdaşı «Burada Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır» sozləri yazılmış daş lövhənin ərazidən çıxarıldığını bu gün də müşahidə edib. İndi həmin lövhənin yerində fəvvarə üçün hovuz qurulur.
Tikinti işlərinə nəzarət edən şəxs «Media forum»un əməkdaşına lövhənin harada olduğunu bilmədiyini, onun yerində çox möhtəşəm bir fəvvarənin quraşdırılacağını deyib. Onun sözlərinə görə parkda görülən işlərə Bakə Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən rəhbərlik edir, fəvvarə quraşdırmaq göstərişini də o verib.
«Media forum» əməkdaşının ərazidə gördüklərindən sonra gəldiyi qənaətə görə, M.Ə.Rəzulzadəyə abidə ucaldılacağını bildirən lövhənin yerli-dibli yoxa çıxması və parkın quruluşunun tamamilə dəyişdirilməsi burda Azərbacan Demokrtik Cümhuriyyətinin banisinə hər hansı yer qalmadığından xəbər verir.
------------------------------
qaynaq - mediaforum.az 2007-10-29 - 17:04:00

Hiç yorum yok:
Yorum Gönder