CƏMİL HƏSƏNLİ
professor
professor
Mənbə: "Məşvərət", N5-7, 1997
Zəmanəmizin tanınmış siyasi və dövlət xadimi, nüfuzlu hüquqşünası olmaqla bərabər, Ə.Topçubaşov Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olmuş, bütün Rusiya müsəlman türklərinin tarixində və taleyində misilsiz rol oynamışdır.
M.Rəsulzadənin sözləri ilə desək Ə.Topçubaşov əzünün dünyagörüşü və siyasi konsepsiyasında Azərbaycan xalqının, Rusiyanın bütün türk və əzilən xalqlarının müstəqillik uğrunda mübarizəsi, islam siyasi fəlsəfəsinin ölməz ideyaları kimi müxtəlif yənəlmiş düşüncələri və dünya demokratiyasının bütün dəyərli təcrübələrini sintez etməyi bacarmışdır.
Onun həyat şüarı məşhur gürcü şairi A.Seretelinin dəfnində səylədiyi bu aforizmdə ifadə olunub: "Yaşa və başqalarını da yaşamağa qoy".Bu prinsipə - cəmiyyətdə barışıq, millətçilik və demokratiyaın təntənəsi naminə bütün qabaqcıl qüvvələrin birləşdirilməsi prinsipinə çarizmlə çarpışma illərində də, gənc milli dövlətin quruculuğunun xoşbəxt aylarında da, mühacirətin ağır illərində də sadiq qalmışdır.
Mayın 4-də Topçubaşovun doğumunun 130 illiyi tamam oldu, 28-ində isə onun yetirməsinin ildönümünü bayram edirik.Ancaq biz bu kərkəmli yurddaşımıza yalnız yubileylərdən-yubileyə, hadisədən-hadisəyə üz tutmuruq. Onun həyatı özünü millətin qulluqçusu adlandırmaq iddiasında olanların hamısı üçün bir dərsdir.
O, 1862-ci il mayın 4-də Tiflisdə doğulmuş, ilk təhsili orada almış və 1880-cı illərin sonunda isə Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. 1894-cü ildə Bakıya gəlmiş və "Kaspi"qəzetinə rəhbərlik etmişdir. Əlimərdan bəy 1905-ci ildə mətbuat tariximizdə xüsusi yeri olan "Həyat" qəzetinin nəşrinə icazə almış, imtiyaz sahibi kimi bu qəzetin idarəçiliyini milli fikir tariximizin inkişafına təkan verən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna tapşırmışdır.
O, 1905-1906-cı illərdə Peterburqda, Moskvada, Nijni Novqorodda keçirilən ilk müsəlman qurultayının təşkilatçısı və rəhbəri olmuşdur. Əlimərdan bəy bütün Rusiya müsəlmanlarının lideri olaraq 1906-cı ildə yaranmış "Rusiya Müsəlmanları İttifaqı Partiyası"nın sədri seçilmişdir. O, Azərbaycanın ilk "millət vəkili" idi. Birinci Dövlət Dumasının deputatı kimi bütün Qafqaz müsəlmanlarının, Rusiya türklərinin hüquqlarını müdafiə edirdi. Siyasi və ictimai xadim olaraq Rusiyanın Birinci Dövlət Dumasında müsəlman fraksiyasının lideri idi. Dövlət Dumasının qeyri-rus vəkillərinin yaratdığı Muxtariyyətçilər Birliyinin əsas təşəbbüsçüsü kimi Ə.Topçubaşov bu birliyin iki sədrdaşından biri idi.
Birinci Dövlət Duması buraxıldıqdan sonra rus hökumətinə müxalif olaraq Vıborq Bəyannaməsini imzaladığına görə o, üç ay həbsə alınmış və siyasi hüquqlarından məhrum edilmişdi. 1917-ci ildə Qafqaz və Rusiya müsəlmanlarının qurultayı Ə.Topçubaşovun sədrliyi altında keçmişdir. O, 1917-1918-ci illərdə Milli Azərbaycan Komitəsinə başçılıq etmiş, Gəncə dairəsindən Rusiya Məclisi müəssisanına nümayəndə seçilmişdir.
Azərbaycan istiqlalının elanından sonra ilk təşkil edilən hökumətin üzvü olmuş, 1918-ci ilin avqustunda fövqəladə və səlahiyyətli səfir kimi İstanbul diplomatik missiyasına rəhbərlik etmişdir. 1918-ci il dekabr ayının 7-də açılan ilk Azərbaycan parlamentində əzünün iştirakı olmadan sədr seçilmiş, eyni zamanda Paris barış konfransına göndərilən Azərbaycan sülh heyətinin başçısı təyin edilmişdir. 1920-ci ilin yanvar ayında Azərbaycanın müstəpşliyinin Versal Ali Şurası tərəfindən tanınmasında müstəsna xidmətləri olmuşdur. San-Remo, London, Stremo, Spa konfranslarında iştirakçı kimi Azərbaycanın haqlarını müdafiə etmişdir. 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyəti qarşısında Azərbaycanın Rusiya təcavüzünə məruz qaldığını elan etmiş, 1922-ci ildə London və Genuya, 1923-cü ildə Lozanna konfranslarında iştirak etmiş və bolşeviklərin Azərbaycanda törətdiyi faciələr haqqında dünya ictimaiyyətinə məlumat vermişdir.
Mühacirətdə olduqu illərdə o, Azərbaycan istiqlal mücadiləsini dayandırmayıb, 1934-cü ildə Milli Azərbaycan Mərkəzinin üzvü kimi bu mərkəzin sədri M.Rəsulzadə ilə birlikdə Qafqaz Konfederasiyasının paktını imzalamışdır.
Milli azadlıq hərəkatında böyük mübarizə yolu keçmiş Ə.Topçubaşov 5 noyabr 1934-cü ildə Parisin Sen-Deni rayonunda vəfat etmiş və noyabrın 8-də St.Kloud məzarlığında dəfn olunmuşdur.
Aşağıdaxı sətirlər Əlimərdan bəyin 8 noyabr 1934-cü ildə qərib Fransa torpağındakı dəfni haqqında "Qurtuluş" jurnalının həmin ilin dekabrında dərc edilmiş hesabatdan götürülüb. O dövrün müxtəlif siyasi partiya xadimlərinin Topçubaşov şəxsiyyətinə verdiyi yüksək qiymətlər hər birimiz üçün dərs olmalıdır.
M.Rəsulzadə - Azərbaycan Milli Mərkəzinin (Azərbaycan siyasi mühacirətinin mərkəzi təşkilatının) sədri: "Şübhəsizdir ki, Əlimərdan bəy Topçubaşov inkişafı uğrunda Mirzə Fətəlinin, Həsən bəyin və İsmayıl Mirzənin milli-azadlıq mübarizəsi səviyyəsinədək mücadilə apardıqları milli-mədəni hərəkatın nəhənk mübarizidir. Vaxt gələr, vətən azad olar və onda azad millət ilk parlamentin sədrini anar, istədiyin vətənə səni və oğlunu götürər və sənin xatirəni əbədiləşdirər".
Akaki Çenkeli - Gürcüstanın Parisdəki keçmiş səfiri və mühacir gürcü təşkilatlarının təmsilçisi: "Bizi (gürcüləri və Azərbaycan türklərini -red.) birləşdirən qarşılıqlı dostluq Topçubaşovun Gürcüstana bəslədiyi böyük məhəbbətə əsaslanır".
Vyaçeslav Prokopoviç - mühacirətdəki Ukrayna parlamenti nümayəndə heyətinin təmsilçisi: "O ölüb, ancaq onun başlıca ideyası - Vətəninin müstəqilliyi və bütün qonşularla, o sıradan Ukrayna ilə də dostcasına birgəyaşayış ideyası yaşayacaq".
Tausultan Şahmən - mühacirətdəki Quzey Qafqaz Xalq Partiyasının təmsilçisi: "Əlimərdan bəyin butün həyatı öz millətinin tərəqqisi uqrunda mübarizəyə həsr olunub. Onun bütün Qafqaz xalqlarının sıx birləşməsi yolunda fəaliyyəti Qafqaz tarixində layiqli yerini tutacaq".
Mustafa Çokay oğlu - Türküstan Milli İttifaqının təmsilçisi:"Əlimərdan bəyin adı rus əsarəti altındakı türk xalqlarının siyasi və ictimai hərəkatı ilə qırılmaz şəkildə bağlıdır. Biz -Türküstan türkləri Əlimərdan bəyi azman türk xadimi kimi sevəcəyik".
Şamba Balinov - qazax və kalmık milli mühacirətinin təmsilçisi: "Öz vətəninin işğalından sonra mühacirətdə yaşayaraq o, ilgin idealları uğrunda çarpışmaya ara vermədi - öz vətəninin və başqa millətlərin azadlığı uğrunda sonadək mübarizə apardı".
Hiç yorum yok:
Yorum Gönder