“Exo” qəzeti dövlətimizin rəmzlərini, müqəddəs dinimizi və istiqlalımızın memarı Məmməd Əmin Rəsulzadəni aşağılamaqda davam edir. Qəzetin dünənki sayında Oqtay Ataxanın bu mövzuda növbəti sicilləməsi yer alıb. Görünür, biriləri mətbuatın gündəmində qalmağın ayrı yolunu bulmayıblar. Odur ki, xalqın min ildən çox tarixə malik dəyərlərini, “yoxdan bayraq var edən” işıqlı simalarını hədəfə almaq, onları təhqir etmək variantını seçiblər. Bu yolda hətta milli mücadilə tariximizi təftiş etməkdən belə çəkinmirlər.
Neçə illərdi M.Ə.Rəsulzadəyə qarşı savaş aparan və onu xalqın gözündən salmağa çalışan, hətta adını canı qədər sevdiyi millətinə çox görən, son zamanlar isə üstəlik, İslam üzərinə açıq hücumlardan çəkinməyən mövcud iqtidarın dəst-xəttidir ki var. Şübhəsiz, ataxanları ürəkləndirən də “yuxarılardakı” anti-Rəsulzadə ovqatı və artıq konkret siyasət şəklini alan anti-İslam isteriyasıdır.
Neçə illərdi M.Ə.Rəsulzadəyə qarşı savaş aparan və onu xalqın gözündən salmağa çalışan, hətta adını canı qədər sevdiyi millətinə çox görən, son zamanlar isə üstəlik, İslam üzərinə açıq hücumlardan çəkinməyən mövcud iqtidarın dəst-xəttidir ki var. Şübhəsiz, ataxanları ürəkləndirən də “yuxarılardakı” anti-Rəsulzadə ovqatı və artıq konkret siyasət şəklini alan anti-İslam isteriyasıdır.
Və həm də sifarişdir. Çünki aydın görünür ki, yazı ictimai diqqəti kökü rejimin mahiyyətinə bağlı olan irili-xırdalı bəlalardan, korrupsiya və rüşvət eybəcərliyindən, məmur “bespredeli” və əxlaqsızlıqdan, zülm və sitəmdən, şəxsiyyətin qoşalaşması və mədhiyyəbazlıqdan, xalqı köləyə çevirmək siyasətindən yayındırmağa çalışan hakimiyyətin maraqlarına uyğundur. Guya toplum İslama tapındığı üçün zillətdədir, Azərbaycan dövlətinə ən böyük təhlükə isə sən demə, “ərəbin dini”ndən, inanc adamlarından gəlirmiş. Bu əcaib yalanı əsaslandırmaq üçün müəllif haralara gedib çıxmır, hansı “əziyyətlərə” qatlaşmır. SSRİ çoxdan dağılsa da dinsizlik-imansızlıq yuxusundan ayılmayan müəllif eyni zamanda Rafiq Tağısayağı ideoloji “analizlərə”, fəlsəfi terminlərə də baş vurur.
Vurğulandığı kimi, məqalə müəllifi dəridən-qabıqdan çıxaraq Azərbaycan üçün ən böyük təhlükənin İslamdan gəldiyini isbatlamaq istəyir. Guya Azərbaycan dövləti O.Ataxanın iqtidardakı mənəvi məsləkdaşları hesabına o dərəcədə çiçəklənən, rifahda bulunan ölkəyə çevrilib ki, İslam bizdə oturuşsa hər şey əldən çıxacaq. Səmavi dinləri qılınclayan bu xəstə təxəyyülün yiyəsindən soruşmaq gərəkdir: Azərbaycan kimi varlı diyarı toplumun müəyyən hissəsinin dinə-imana tapınması bərbad günə qoyub, yoxsa tayfa hakimiyyəti? Ölkəni harama əl uzatmağı, xalqa zülm etməyi, yalan danışmağı yasaqlayan İslam dini bu günə salıb, yoxsa onun sərvətlərini talayan ateist zümrə?
Azərbaycan üçün ən böyük təhlükə şəksiz ki, nə İslam dünyagörüşüdür, nə də Rəsulzadə irsi. Ən böyük təhlükə oqtayataxanların sovet dövründəkindən də ciddi cəhdlə yeni nəsli dinsizlik virusu ilə zəhərləmək istəyindən və bir də milli maraqları tayfa maraqlarına qurban verən, 14 ildir ölkənin ərazi bütövlüyünü, rifahını təmin edə bilməyən, Qarabağı siyasi hakimiyyətin alver predmetinə çevirmiş mövcud iqtidardan qaynaqlanır. Bunu bilməyən var ki?!
O ki qaldı “ərəbin bizə zorla sırıdığı dinə”, təbii ki, səmavi kitablar hansısa bir dildə (ərəb, yəhudi) nazil olmalı idi. Bunun mətləbə nə dəxli? O da faktdır ki, qoca Avropa məhz çox vaxt demokratik dəyərlərlə eyniləşdirilən xristianlıq dövründə intibah tapıb. O ayrı məsələdir ki, ən cavan din olan İslamın fəlsəfəsi əfsus ki, hələ çoxuna çatmayıb. Yəni təhlükə dinimizdən yox, gerçək müsəlman ola bilməməkdən qaynaqlanır...
Yazıqlar olsun ki, sovet-bolşevik rejimi çöksə də, onun ideoloji rüdimentləri - sovetəbənzər idarəçilik formaları hələ yaşayır. Öz oqtayataxanları ilə birgə. Amma şükür ki, belələrinin ateist səpkili demaqogiyalarını faş eləmək artıq elə çətin iş deyil. Çünki cəmiyyət üçün iman pəncərəsi açıqdır.
Hiç yorum yok:
Yorum Gönder