Neobolşevik YAP rejimi onu yenidən qəlblərə endirib
Ulu öndərin adını küçələrdən, əsasını qoyduğu Bakı Dövlət Universitetindən götürdülər, şəklini milli pulun üzərindən yığışdırmaq üçün pulu dəyişməyədək getdilər. Heykəlini qoymağa “pul tapmadılar”, abidəsi ucaldılacaq yerdə fəvvarə tikdilər. Ürəkləri yenə soyumadı, hətta büstünü ali məktəb binasının içinə, şəklini isə dərsliklərə çox gördülər. İstiqlal bayramlarında adını məqsədli şəkildə unutdular. Və bu rəzalətə onun ucaltdığı bayrağın altında oturu-otura, həmin bayrağı öpə-öpə getdilər. Tarixdə öz xalqının tarixini bu səviyyədə qılınclamağın, xalqın parlaq simalarının ruhunu bu dərəcədə incitməyin nümunəsi olmayıb. Erməni, gürcü də belə şeyə getməyib. İnanmırsızsa, maraqlanın.
Qərəz, sovet totalitar rejimi Azərbaycanda yeni qiyafədə zühur etdi. Xalq olaraq yağışdan çıxıb yağmura düşdük. Cəmi 1 illik AXC hakimiyyətinin yaratdığı qısa fasilədən sonra hakimiyyət müstəqilliyimizin tarixi düşmənlərinin məkrli əli ilə yenidən kommunist-bolşeviklərin ideoloji nəvə-nəticələrinə keçdi. Bu mənada Əliyev rejiminin Rəsulzadəyə münasibəti tam təbiidirr. İndikindən fərqli münasibət təəccüblü olardı! Zira demokratiya, müsavatçılıq, özgürlük, insan hüquq və azadlıqları anlayışı ilə avtoritarizm, totalitar idarəçilik təfəkkürü və şəxsiyyətə sitayiş mərəzi bir araya sığmaz! Sığmadı və sığmır da.
Təsadüfi deyil ki, neobolşevik YAP iqtidarı qiyam yolu ilə ölkənin sükanını ələ keçirən kimi bir yandan demokratiyanın cücərtilərini yandırmağa girişdisə, digər yandan Rəsulzadə sevgisinə savaş açdı, öndərin olan-qalan büstlərini hər yerdən yığışdırdı, adını, heykəlini küçələrdən, binalardan, sovet dönəmindəki kimi, xalqın qəlbinə endirdi. Öz aləmlərində guya bununla öndərə ümumxalq sevgisini unutdurdular. Ancaq anlamadılar, tarixdən ibrət dərsi götürmədilər ki, tarixi şəxsiyyətlərdən ötrü, gerçək MİLLƏT ADAMLARI üçün ən etibarlı, ən qiymətli yer elə xalqın köksüdür. Məgər Rəsulzadə adını və irsini sovetin repressiyalarından xalq sevgisi qorumadı?
Şübhəsiz, bu, ideoloji məsələ ilə yanaşı, həm də bir əxlaq mövzusudur. Siyasi əxlaq mövzusu. Azərbaycanın demokratik qüvvələri ilə mövcud iqtidar arasında neçə ildir sivil təmasa, anlaşmaya mane olan ən böyük maneə də budur. Biz, demokratik düşərgə təmsilçiləri Əliyev hakimiyyətinə həm də anti-Rəsulzadə isteriyasına görə müxalifətdəyik, ideoloji müxalifətdəyik. Yəni bu, sıradan iqtidar-müxalifət mübarizəsi deyil, ən əvvəl ideoloji mübarizədir, ideyaların çarpışmasıdır, istəyirsiniz lap Xeyirlə Şər savaşıdır.
Əlbəttə, mənbəyini xalqdan almayan bütün əcaib, antimilli rejimlər kimi Əliyev üsul-idarəsi də çökəcək. Buna kimsə şəkk eləməsin. Hər addımda gözümüzə girən yeni heykəllərin kranlarla sökülməsi səhnələrini də İnşallah daha bir dəfə, hamılıqla yaşayacağıq. Və o zaman böyük öndərin yeri təkcə xalqın qəlbi yox, həm də haqq etdiyi Vətənin hər guşəsi olacaq.
Hələliksə adama ən çox yer eləyən “yuxarıdakıların” bu sadə həqiqəti bilə-bilə, ölkənin qızıl kimi vaxtını, imkanlarını boşuna xərcləmələridir. Allah müdriklik versin.Z.SƏFƏROĞLU
---------------
qaynaq - musavat.com
Azərbaycandakı hakim üsul-idarənin antimilli xarakterinə əmin olmaq üçün dağa-daşa çıxmağa ehtiyac yoxdur. Mövcud rejimi quranların və yaşadanların istiqlalımızın memarı böyük Məmməd Əmin Rəsulzadəyə münasibətinə nəzər salmaq yetər. Şübhəsiz, insanın böyüklüyü həm də böyük şəxsiyyətlərin böyüklüyünü etiraf etməkdən keçir, danmaqdan yox. Əks halda, cığallıqdan, siyasi əllaməlikdən və qısqanclıqdan danışmaq lazım gəlir.
Dahilərin, millət üçün can qoymuş tarixi simaların kölgəsini qılınclamaqla indiyədək nə dahi zirvəsinə yüksəlmək mümkün olub, nə də özünü millətə sevdirmək. Bir müdrik kəlamda deyildiyi kimi, “Nə səndən qorxan adamı, nə sənin qorxduğun adamı sevə bilərsən”.

Əfsus, Azərbaycandakı rejimin baniləri hakimiyyətə gələn kimi özlərini xalqa məhz zorla sevdirmək yolu tutdular. Ancaq tezliklə bunun müstəmləkə boyunduruğundan təzəcə qurtulmuş ölkədə çətin olduğunu anlayıb, taktikaya düzəliş etdilər - erməni qaldı kənarda, başladılar bu xalqa “azadlıq dadızdırmış”, üçrəngli bayraq bəxş etmiş dühalara,
Rəsulzadə sevgisinə qarşı savaş açmağa.Ulu öndərin adını küçələrdən, əsasını qoyduğu Bakı Dövlət Universitetindən götürdülər, şəklini milli pulun üzərindən yığışdırmaq üçün pulu dəyişməyədək getdilər. Heykəlini qoymağa “pul tapmadılar”, abidəsi ucaldılacaq yerdə fəvvarə tikdilər. Ürəkləri yenə soyumadı, hətta büstünü ali məktəb binasının içinə, şəklini isə dərsliklərə çox gördülər. İstiqlal bayramlarında adını məqsədli şəkildə unutdular. Və bu rəzalətə onun ucaltdığı bayrağın altında oturu-otura, həmin bayrağı öpə-öpə getdilər. Tarixdə öz xalqının tarixini bu səviyyədə qılınclamağın, xalqın parlaq simalarının ruhunu bu dərəcədə incitməyin nümunəsi olmayıb. Erməni, gürcü də belə şeyə getməyib. İnanmırsızsa, maraqlanın.
Qərəz, sovet totalitar rejimi Azərbaycanda yeni qiyafədə zühur etdi. Xalq olaraq yağışdan çıxıb yağmura düşdük. Cəmi 1 illik AXC hakimiyyətinin yaratdığı qısa fasilədən sonra hakimiyyət müstəqilliyimizin tarixi düşmənlərinin məkrli əli ilə yenidən kommunist-bolşeviklərin ideoloji nəvə-nəticələrinə keçdi. Bu mənada Əliyev rejiminin Rəsulzadəyə münasibəti tam təbiidirr. İndikindən fərqli münasibət təəccüblü olardı! Zira demokratiya, müsavatçılıq, özgürlük, insan hüquq və azadlıqları anlayışı ilə avtoritarizm, totalitar idarəçilik təfəkkürü və şəxsiyyətə sitayiş mərəzi bir araya sığmaz! Sığmadı və sığmır da.
Təsadüfi deyil ki, neobolşevik YAP iqtidarı qiyam yolu ilə ölkənin sükanını ələ keçirən kimi bir yandan demokratiyanın cücərtilərini yandırmağa girişdisə, digər yandan Rəsulzadə sevgisinə savaş açdı, öndərin olan-qalan büstlərini hər yerdən yığışdırdı, adını, heykəlini küçələrdən, binalardan, sovet dönəmindəki kimi, xalqın qəlbinə endirdi. Öz aləmlərində guya bununla öndərə ümumxalq sevgisini unutdurdular. Ancaq anlamadılar, tarixdən ibrət dərsi götürmədilər ki, tarixi şəxsiyyətlərdən ötrü, gerçək MİLLƏT ADAMLARI üçün ən etibarlı, ən qiymətli yer elə xalqın köksüdür. Məgər Rəsulzadə adını və irsini sovetin repressiyalarından xalq sevgisi qorumadı?
Şübhəsiz, bu, ideoloji məsələ ilə yanaşı, həm də bir əxlaq mövzusudur. Siyasi əxlaq mövzusu. Azərbaycanın demokratik qüvvələri ilə mövcud iqtidar arasında neçə ildir sivil təmasa, anlaşmaya mane olan ən böyük maneə də budur. Biz, demokratik düşərgə təmsilçiləri Əliyev hakimiyyətinə həm də anti-Rəsulzadə isteriyasına görə müxalifətdəyik, ideoloji müxalifətdəyik. Yəni bu, sıradan iqtidar-müxalifət mübarizəsi deyil, ən əvvəl ideoloji mübarizədir, ideyaların çarpışmasıdır, istəyirsiniz lap Xeyirlə Şər savaşıdır.
Əlbəttə, mənbəyini xalqdan almayan bütün əcaib, antimilli rejimlər kimi Əliyev üsul-idarəsi də çökəcək. Buna kimsə şəkk eləməsin. Hər addımda gözümüzə girən yeni heykəllərin kranlarla sökülməsi səhnələrini də İnşallah daha bir dəfə, hamılıqla yaşayacağıq. Və o zaman böyük öndərin yeri təkcə xalqın qəlbi yox, həm də haqq etdiyi Vətənin hər guşəsi olacaq.
Hələliksə adama ən çox yer eləyən “yuxarıdakıların” bu sadə həqiqəti bilə-bilə, ölkənin qızıl kimi vaxtını, imkanlarını boşuna xərcləmələridir. Allah müdriklik versin.Z.SƏFƏROĞLU
---------------
qaynaq - musavat.com
Hiç yorum yok:
Yorum Gönder