Dekabrın 22-də Estoniyada AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkelin “Azərbaycan məktubları” adlı kitabının təqdimat mərasimi keçirilib.
Andres Herkel AzadlıqRadiosuna deyib ki, artıq kitabın Azərbaycan dilinə tərcüməsi barədə düşünürlər. Estoniyada iki nəfər kitabı tərcümə eləyə biləcəyini deyib.
“Azərbaycan məktubları”nda Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş ayrıca bölmə var. Herkel deyir ki, Rəsulzadəni eston oxucusuna tanıtmaq üçün onun haqqındakı kitablardan, onun tərcümeyi-halı barədə yazılanlardan istifadə edib. Herkel Bakıda hələ də Rəsulzadənin abidəsinin olmamasına da münasibət bildirir:
“O, çox güclü və maraqlı şəxsiyyət olub. Mən onun Ankaradakı abidəsini ziyarət eləmişəm. May ayında, Azərbaycanın Respublika bayramından bir gün əvvəl. Bakıda niyə Rəsulzadənin abidəsi yoxdur? - bu, Azərbaycan hakimiyyəti üçün açıq sual olaraq qalır. Mən xatırlayıram ki, Bakının mərkəzində heykəl üçün yer də ayrılmışdı, sonra necə oldusa, bu məsələni unutdular...”
Andres Herkel kitabında Rəsulzadəni eston liderləri ilə müqayisə edir. Onun sözlərinə görə, Estoniya Respublikasının bəzi yaradıcıları Sovet dövründə repressiyaya məruz qalıblar, ölüblər:
“Ancaq onlar haqqında kitablar yazılır, xatirələri yad olunur. Bir millətin öz qəhrəmanları barədə tarixi kitabları varsa, onun gələcəyi də daha təhlükəsiz olacaq. Çünki siz öz milli kimliyinizi, tarixinizi bilməlisiniz”.
-----------------------------
qaynaq - azadliq.org

HERKEL RƏSULZADƏ BARƏDƏ

Hiç yorum yok:
Yorum Gönder