2010-12-02

Azərbaycanda yaşamağa mənəvi haqqınız çatmır !

Hörmətli bəylər Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadəyə büst qoymamağınız bir yana qalsın bəs bu daş lövhəni hara aparmısınız?
Sizin Azərbaycanda yaşamağa mənəvi haqqınız çatmır.
Unutmayın oyun bitincə şah da, peşka da eyni qutuya qoyular...


"BURADA AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ BANİSİ MƏMMƏD ƏMİN RƏSULZADƏNİN ABİDƏSİ QOYULACAQDIR" LÖVHƏSİ HANI?



Səbail rayonu ərazisində, Dövlət Kukla Teatrı ilə üzbəüz parkda aparılan yenidənqurma işləri birbaşa Bakı Şəhər İcra Hakimiyyəti başçısının nəzarəti altındadır. Bunu «Media forum» saytının əməkdaşı ilə söhbətində Səbail Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə və siyasi təşkilatlarla iş şöbəsinin müdiri İsrafil Kərimov bildirib.



Onun sözlərinə görə də, bu səbəbdən həmin ərazidə aparılan yenidənqurma işləri barədə hər hansı məlumata malik deyillər: «Yalnız onu bilirik ki, ərazidə abadlıq işləri gedir. Daha ətraflı məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən ala bilərsiniz».


Sözügedən parkda üzərinə «Burda Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır» sözləri yazılmış daş lövhənin götürülüb-götürülməməsinə gəlincə, İ.Kərimov bu haqda da heç bir məlumatı olmadığını söyləyib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən də «Media forum»a bildiriblər ki, parkda hansı işlərin getməsindən, eləcə də daş lövhənin götürülüb-götürülməməsindən xəbərsizdirlər.
«Media forum» saytının əməkdaşları gün ərzində Memarlıq və Şəhərsalma İdarəsi vasitəsilə məsələyə aydınlıq gətirilməsinə çalışsalar da, buna nail ola bilməyiblər.
Qeyd edək ki, «Bizim yol» qəzetinin bugünkü sayında M.Ə.Rəsulzadəyə abidə ucaldılacağı haqda yazı olan lövhənin Kukla Teatrı ilə üzbəüz parkdan götürüldüyünü xəbər verib. Məlumat qəzetdə hadisənin şahidi olan şəxsə istinadən dərc olunub. Qəzetin yazdığına görə, iyunun 20-də günorta saat saatlarında bir mülki geyimli şəxs 15-dək polis əməkdaşının və 4-5 fəhlənin müşayiəti ilə parka gəlib. Polislər daş lövhənin yerləşdiyi sahəni mühasirəyə alaraq ətrafdakı adamları yaxına buraxmayıblar. Sonra fəhlələr daş lövhəni yük maşınına qoyublar və polisin iştirakı ilə aparıblar.
Qəzetin yazdığına görə, sonradan polis əməkdaşları ilə söhbətdən bəlli olub ki, lövhəni şəhərdən kənara aparıb xırda-xırda sındırıb tullayıblar.
Bu gün «Media forum» saytının əməkdaşları məlumatı yoxlamaq üçün parka da gediblər. Park elə bir formada hasara alınıb ki, içərini nə görmək, nə də şəklini çəkmək mümkündür. Parkadakı bütün ağaclar da hasardan içəridə qalıb. Bununla belə, «Media forum»un əməkdaşları hasarın üstünə qalxaraq parkın içərisinə baxa və şəkil çəkə biliblər. Şəkillərdən də göründüyü kimi, parkda belə bir lövhə yoxdur.


































-------------------------------
qaynaq - mediaforum.az

Hiç yorum yok:

Yorum Gönder