Srağagün “Gülüstan” sarayında ölkə başçısı İlham Əliyevin Respublika günü ilə bağlı rəsmi qəbul keçirdiyi barədə məlumat vermişdik. Qeyd edək ki,tədbirə dəvət alanlar sırasında hökumət və dövlət rəhbərləri, KİV nümayəndələri, ayrı-ayrı ziyalılar, hüquq-müdafiə təşkilatlarının bir sıra üzvlərilə yanaşı, Milli Məclisdəki Müsavat deputat qrupunun üzvləri də dəvət almışdı.
Hazırda müalicə olunan millət vəkili İltizam Əkbərlini çıxmaq şərtilə, Müsavat deputat qrupunun digər üzvləri tədbirdə iştirak edib. Millət vəkili Arzu Səmədbəyli qəzetimizə açıqlamasında ilk dəfə belə bir tədbirdə iştirak etdiyini dedi. Ancaq o, bu tədbirdə özünü çox əla hiss elədiyini bildirdi: “Özümü ev sahibi kimi hiss elədim. Çünki bu bayram bizim bayramımızdır. Demokratik Cümhuriyyət bizim babalarımızın qurduğu dövlətdir. Ona görə də çox ürəklə iştirak elədik, həzin musiqiyə qulaq asdıq, əqidədaşlarımızla söhbətləşdik və dağılışdıq”. Arzu bəyin sözlərinə görə, digər müxalifətçi həmkarları kimi, o da ölkə başçısı ilə hər hansı şəkildə ünsiyyətdə olmayıb: “Buna elə bir ehtiyac duymadıq. Heç o təmənna, yaxud arzu ilə ora getməmişdik”.
İlham Əliyevin çıxışlarına, xüsusilə də Qarabağla bağlı bəyanatına gəldikdə, A.Səmədbəyli dedi ki, burada fövqəladə nəsə bir məqamı müşahidə etməyib: “Deyilənlər sadəcə indiyədək səslənən bəyanatların bir məcmusu idi. Lakin bir az daha geniş formada səsləndirilirdi. Bu mənada hər hansı sensasion açıqlamaları, yenilikləri müşahidə etmədim”. Dövlət başçısı 28 May günü ilə bağlı danışarkən istiqlal memarlarının, xüsusilə də böyük öndər Məmməd Əmin Rəsulzadənin adını çəkməməsi müsavatçı deputatların da nəzərindən yayınmayıb. A.Səmədbəyli bildirdi ki, iqtidar bu məsələyə həmişə qısqanclıqla yanaşır: “Bu, normal deyil. Necə olur ki, sən İstiqlaliyyət bayramını qeyd edirsən, amma onun yaradıcısının, öndərinin, respublikanı quranın, istiqlal mücahidləri bir araya gətirənin adını çəkmirsən?”
Millət vəkilinə görə, nəhayət, bu cür anormal münasibətə son qoyulmalıdır: “Onsuz da tarix hər kəsin öz qiymətini verib və yaxud verəcək. Məhəmməd Əmin Rəsulzadə də Azərbaycan Demokratik Cümhuriyyətinin banisidir. Amma hakimiyyət nümayəndələri, o cümlədən dövlət başçısı bunu desə, onların özünə daha çox reytinq gətirər, daha yaxşı qarşılanar. Əksinə, onun adının belə qısqanclıqla qarşılanması söz-söhbətə səbəb olur ki, bu da iqtidara müsbət heç nə vəd etmir”.
ELŞAD PASASOY

---------------------------
qaynaq - musavat.com
qaynaq - musavat.com
Hiç yorum yok:
Yorum Gönder