İranda Məmməd Əmin Rəsulzadə təhqir olunub. Fars şovinizminin təbliğat ruporu olan qəzetlərin biri Şərqdə ilk demokratik cümhuriyyətin banisinə həqarət dolu material dərc edib. Bu xəbərin Azərbaycanın quzeyində yayılmasından az qala bir həftə keçir. Amma Müsavat Partiyasını və onun rəhbərliyini çıxmaq şərtilə, heç bir ciddi qüvvə bu təhqirin cavabını verməyib. Görünür, bu ölkədə Rəsulzadəni ancaq müsavatçı kimi tanıyan təkcə iqtidardakılar deyil. Molla rejiminin ideoloqları da bunu yaxşı bildikləri üçün tarixi şəxsiyyətə çamur atmağa başlayıblar. Yəqin anlayırlar ki, bu təhqirə görə rəsmi Bakıdan heç giley-güzar da eşitməyəcəklər. Azərbaycan hakimiyyətinin ulu öndərə münasibətini gördüyü üçün iranlı jurnalistlər cəsarətlənib, Müsavatın İran və güney məsələsi ilə bağlı prinsipial mövqeyinin acığını Rəsulzadədən çıxırlar.
İran səfirliyindən iddia edirlər ki, bu, jurnalistlərin şəxsi fikridir və dövlətin mövqeyini əks etdirmir? Məgər İranda jurnalistlər doğrudanmı belə azad və sərbəstdirlər ki, istədiklərini yaza bilirlər? Elə isə insan haqlarından yazan azərbaycanlı jurnalistlərin zindanlara atılmasının səbəbi nədir? Mətbuat azaddırsa, o zaman nə səbəbə İran rəhbərliyindən kimsə indiyədək təhqir bir yana, tənqidə tuş gəlməyib?

Digər tərəfdən, yada salmaq istəyirik ki, Dünya Azərbaycanlılarının Qurultayında DAK sədri Cavad Derəxtinin etdiyi çıxış da dövlət mənafeyini əks etdirmirdi. O zaman İranın Azərbaycandakı səfiri Əfşar Süleymani dərhal dövlətə nota verdi. Halbuki Derəxti kimsəni təhqir etməmiş, əksinə, 35 milyonluq türk toplumunu təhqir edən, onu bütün hüquqlarından məhrum etmiş İran hakimiyyətinə iradlarını bildirmişdi.
Heç şübhəsiz ki, Rəsulzadəyə qarşı təhqirlərin arxasında “qorxulu Tehran” dayanır. O Tehran ki, Azərbaycanın bir dövlət olaraq mövcudluğunu özünə təhlükə sayır. Ona görə də Azərbaycanı “Şimali İran” adlandırır. Hətta İranın ölkəmizdəki səfirliyinin binası önünə İranın Azərbaycandakı deyil, “Bakıdakı səfirliyi” (?!) yazıblar və kimsə onu dəyişməyə cəsarət etmir.
Əslində Azərbaycana ancaq müştəri gözüylə baxan rejimdən inciməyə də dəymir. Ancaq belə bir ərəfədə Azərbaycan hakimiyyətinin Bakıda fars şairi Firdovsiyə abidə qoymağa razılıq verməsinin səbəbi anlaşılan deyil. Əgər söhbət “dostluğun simvolizə olunmasından” gedirsə, məntiqlə Bakıda həm türk, həm də farsca yazıb-yaradan Şəhriyarın abidəsi qoyulmalıdır. Firdovsinin “Şahnamə”si başdan-ayağa türk millətinə və mədəniyyətinə həqarət ruhunda yazıldığı üçünmü ona abidə qoyulmalıdır? Böyük türk sərkərdəsi Əmir Teymurun şairin qəbri üstündə dediyi bu fikirlər hələ unudulmayıb axı: “Ey Firdovsi, qalx da, təhqir etdiyin türkün əzəmətini gör! Sən onun ayaqları altındasan”. Belə olduqda, Arazı adlayıb Bakıya gəlmək niskili ilə dünyadan köçən Şəhriyarın abidəsinin qoyulmalı olduğu yerdə, Firdovsiyə heykəl qoymaq hansı mənəvi ölçülərə sığır? Üstəlik Rəsulzadəyə bir büst də çox görüldüyü halda, farsın şairinə böyük etimadın səbəbi nədir? Məmməd Əminin əsərlərini nəşr etdirməyə, ona heykəl qoymağa “vəsait tapmayan” Azərbaycan hakimiyyəti təkcə keçən il Firdovsinin külliyyatını 25 min tirajla çap edib. Hələ bu külliyyatın təkrar nəşri planlaşdırılır. Səbəb nədir, görəsən?..
Günahı təkcə özgələrdə yox, həm də özümüzdə axtarmalıyıq. Görünür, xalq olaraq dəyərlərimizin qiymətini verə bilmədiyimiz üçündür ki, yadlar da üstümüzə ayaq açır. Gəlin düşünək, məgər özümüz Rəsulzadəyə yetərincə sayğı göstəririkmi? Onun nəvəsi deyildimi Naxçıvanda “qul bazarı”nda işləyən? Yoxsa 1000 manat “Məmmədəmin” adını qoyub böyük öndəri hər an təhqir etmirikmi? Azərbaycanı öz “ovcunun içi” kimi tanıyan İran rəhbərliyi bütün bunları yaxşı bilir. Bu mövzu ilə bağlı söhbət etdiyim çox hörmətli ziyalılarımızdan biri bilirsinizmi mənə nə dedi? “Vaxtınızı hansısa bir jurnalistin qələt qarışdırmasına sərf etməkdənsə, 70 minlik əhalisi olan Şəkidə cəmi iki hamamın olmasından yazın”. Məəttəl qaldım. Məgər Rəsulzadə kimi dahi şəxsiyyətin təhqiri hamam probleminə tay tutulası məsələdir? Bax, bizim ziyalımız bu gün belə düşünür. Deməli, kiminsə bizləri təhqir etməsi gözlənilməz hadisə deyil. Nə qədər ki, özümüz özümüzə qiymət verməyəcəyik, özgələrdən də hörmət gözləməyə dəyməz.

--------------------
qaynaq - musavat.com
qaynaq - musavat.com
Hiç yorum yok:
Yorum Gönder