Tanınmış tədqiqatçı-alim hər addımda 20 mərtəbəli binalar tikilməsinə baxmayaraq, Məhəmməd Əmin Rəsulzadəyə heykəl, Cümhuriyyətə abidə ucaldılmamasını İstiqlal tariximizə böyük hörmətsizlik kimi qiymətləndirir
Bazar ertəsinin tətil elan edildiyi Azərbaycanda 28 Mayın İstiqlal məfkurəsinin dərkində ciddi problemlərin olduğu dəfələrlə vurğulanıb. İllər uzunu vurğulanan bu məqam hələ də yetərincə diqqət mərkəzində deyil. Halbuki, Azərbaycanın yaşadığı indiki ağrılı dövrdə ötən əsrin əvvəllərindəki İstiqlal mübarizəmizin tarixi təcrübəsinin ciddi şəkildə araşdırılmasına və daha dərindən dərk edilməsinə böyük ehtiyac var. Bu ağrılı problemlərlə bağlı fikrini öyrənmək üçün İstiqlal irsimizin tanınmış araşdırmaçılarından biri olan Nəsiman Yaqubluya müraciət etmək qərarına gəldik.
- İstiqlal mübarizəmizin tarixi keçmişi ilə bağlı araşdırmaların səviyyəsi sizi qane edirmi?
- Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Azərbaycanda kifayət qədər araşdırmalar aparılıb. Həmçinin xarici tədqiqatçılar araşdırmalar aparıblar. Amma bütün bu araşdırmaları son nəticə hesab edə bilmərik. Problem ondan ibarətdir ki, biz Cümhuriyyətlə bağlı araşdırmaları Azərbaycan Dövlət Arxivindəki materiallara əsaslanıb həyata keçiririk. Bu isə faktların təhrifinə, birtərəfli şəkildə təqdiminə gətirib çıxarır. Bu mövzunu hərtərəfli öyrənmək üçün ayrı-ayrı ölkələrdə arxiv materiallarının ciddi şəkildə araşdırılmasına ehtiyac var. Məsələn, Avropa, Türkiyə, Rusiya arxivlərini ciddi araşdırıb Cümhuriyyətin mövcudluğu, onun süqut etməsi səbəbləri haqqında daha geniş faktlar və məlumatlar əldə etmək mümkündür.
Ötən il Polşa Respublikasının arxivlərində oldum. Polşanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə bu arxivlərdə araşdırma apardım, orada çox maraqlı sənədlər tapdım. Bir daha əmin oldum ki, Cümhuriyyətimiz, XX əsr milli mücadilə tarixi ilə bağlı Avropa arxivlərində faktların, materialların araşdırılmasına ciddi ehtiyac var.
- Bu işi görməyə nə mane olur?
- Birincisi, bu sahəyə ciddi maliyyə vəsaiti ayrılmayıb. Yəni dövlət bu araşdırmaların aparılmasını maliyyələşdirməlidir. İkincisi, bu sahəni bilən insanların bacarığından istifadə olunmalıdır. Üçüncüsü, xarici dil bilən mütəxəssislər yetişməlidir. Yəni təkcə Cümhuriyyətdən yazmaq məsələni dolğun araşdırmağa bəs etmir, araşdırmalara həm də bu ölkələrin dilini bilən, arxivlərdə işləməyi bacaran insanlar cəlb olunmalıdır.
- Siz göstərdiyiniz problemlərin həlli istiqamətində konkret addım atmısınızmı?
- Əlbəttə, mümkün idi ki, öz Vətənin, onun tarixi barədə bir kitab yazasan, sonra da bütün enerjini onun çapını maliyyələşdirməyə sərf edəsən. Halbuki, belə olmamalıdır, bu cür kitabların işıq üzü görməsini maliyyələşdirən ciddi strukturlar olmalıdır.
- Gənc nəslin ADR dövrü ilə bağlı bilgisi sizi qane edirmi?
- Cümhuriyyət, onun ideologiyası, baniləri barədə bu gün gənc nəslə kifayət qədər məlumat verilmir. Televiziyada, radioda bu məsələlər kifayət qədər işıqlandırılmır.
- Azərbaycanın SSRİ tərkibində ayrıca respublika kimi mövcud olması ADR-in xidməti deyildimi?
- 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun əhəmiyyəti ondan ibarətdir ki, Cümhuriyyət Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya tanıtdı. 1920-ci il yanvar ayının 11-də Azərbaycanın 23-ə yaxın dövlət tərəfindən tanınmasının həm böyük siyasi, həm də beynəlxalq əhəmiyyəti var idi. Çünki artıq mövcud faktla barışmaq məcburiyyətinə qalırdılar. Cümhuriyyət süqut edəndən sonra SSRİ dövləti yaradılanda həmin fakt özünü göstərdi. Cümhuriyyətimizin mövcud olmasının böyük əhəmiyyətindən biri bundan ibarətdir. Müstəqil dövlətimizin olduğunu 23 ay bütün dünyaya tanıtdı və sonradan bolşeviklər də bununla razılaşmalı oldular.
- Bu gün orta məktəbdə tədris olunan tarix dərsliklərində Cümhuriyyət, onun tarixi barədə yetərincə məlumat verilirmi?
- Biri var ki, fakt haqqında ötəri məlumat verəsən, bir də var ki, sistemli şəkildə. Sistemli şəkildə Cümhuriyyətin mənası, məzmunu, ideoloji, nəzəri-konseptual əsasları açılıb izah edilmir. Elə bircə fakt deyilir ki, 1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
- Hansı məqamlar daha ətraflı, sistemli şəkildə bugünkü nəslə çatdırılmalıdır?
- İstiqlalın bəyan olunmasına qədər çox böyük yol keçilib. İstiqlal məfkurəsi üçün başda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digərləri olmaqla Azərbaycanın görkəmli xadimləri çox böyük işlər görüblər, çalışıblar, vuruşublar. Bunlar sistemli şəkildə açılmır. Hər şey elə təqdim olunur ki, 1918-ci ildə mayın 28-də Tiflisdə bir qrup Azərbaycan ziyalısı və siyasi xadimi yığışıb istiqlalı elan etdilər. Amma heç kim demir ki, XIX əsrin sonları - XX əsrin əvvəllərindən etibarən Azərbaycanda cəmiyyətin yeniləşməsi üçün böyük bir hərəkat gedirdi. Azərbaycanda mədəni muxtariyyət, milli-məhəlli muxtariyyət uğrunda böyük mücadilə edilib. Azərbaycan cəmiyyəti elmləşib, mədəniləşib, bundan sonra istiqlalın elan edilməsi mümkün olub.
Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Topçubaşovun, Məhəmməd Ağa Şahtaxtlının bu sahədə çox böyük xidmətləri olub. İki nəsil var idi. Ziyalıların bir nəsli əsasən maariflənmə ilə məşğul olub. İkinci nəsil isə daha çox siyasi fəaliyyətlə məşğul olub, partiyalar qurub, siyasi təşkilatlar yaradıb, Azərbaycanın istiqlalını elan edib. Bu siyasi nəsil daha çox Azərbaycanın istiqlalının elan edilməsində böyük rol oynadı. Onların - Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəyli kimi insanların - qətiyyət və iradəsi nəticəsində Cümhuriyyət elan olundu. İstiqlal məfkurəsi reallaşdı.
O zaman Cümhuriyyət elan olunanda tərəddüdlər vardı. Bəziləri deyirdilər ki, Azərbaycan müstəqil dövlət ola bilməz. Çünki o vaxt, doğrudan da, Bakı ermənilərin, Daşnaksütyun Partiyasının, Sentrokaspi deyilən xəyanətkar qüvvələrin əsarətində idi. Biz istiqlalımızı Bakıda elan edə bilmədik, Cümhuriyyətin yaradılması Tiflisdə Yelisey sarayında elan olundu. O zaman tərəddüdlər var idi: "Biz istiqlalımızı Bakıda elan edə bilmirik, müstəqil dövlət qura biləcəyikmi?". Buna görə də, "ilhaqçılar" deyilən bir qrup meydana gəldi. Onlar deyirdilər ki, Azərbaycanı federasiya şəklində Türkiyəyə birləşdirək. Bəyan edirdilər ki, Türkiyə qoşunları gəlsin, buranı azad etsin, Türkiyənin tərkibinə qalaq. Bəs nə üçün biz Rəsulzadəni, Topçubaşovu, Xoyskini belə yüksək dəyərləndiririk? Çünki onlar millətin iradəsini ortaya qoydular, bu məsələlərdə sonadək getdilər. Bəyan etdilər ki, biz müstəqil dövlət olaraq yaşaya bilərik, buna bizim gücümüz də, haqqımız da çatır. Bu məsələni, iradəni ortaya qoymağı bacardılar.
Digər tərəfdən, bu insanlar çox mədəniyyətli, yüksək əxlaqa malik, yüksək təhsil almış insanlar idilər. O zaman Cümhuriyyət elan olunanda, Azərbaycanın 1 milyon 900 mindən çox əhalisi olduğu halda, cəmi 85 nəfər ziyalısı var idi. Bu 85 nəfərin 34-ü Cümhuriyyəti qurdu. Xatırladım ki, Milli Şuranın 24 üzvü var idi. Milli Şuranı yaratdılar və quruma Rəsulzadəni sədr seçdilər. Parlament yaratdılar və Topçubaşovu sədr seçdilər. Çünki Rəsulzadə siyasətçi, millətçi, türkçü idi, Türkiyə ilə güclü əlaqələri var idi, bu isə o dövr üçün çox vacib idi. Parlament yarananda isə bütün Rusiyada böyük hüquqşünas kimi tanınmış Topçubaşovu sədr seçdilər ki, bu da çox vacib idi. Bu, insanların yüksək əxlaqından, siyasi uzaqgörənliyindən xəbər verir.
Məhz bu səbəbdən qısa bir zaman ərzində çox güclü bir dövlət qura bildilər. Erməniləri Qarabağdan təmizlədilər, üçrəngli bayrağımızı qaldırdılar, Zəngəzurun böyük bir hissəsindən erməniləri qovdular, hələ də ora mübahisəli ərazi kimi qalıb. Lənkəranda uğurlu bir əməliyyat aparıldı, rusların oyuncaq hökumət yaratmaq planının qarşısı alındı. 114 min kvadrat kilometr ərazidə Azərbaycan Cümhuriyyəti quruldu və ərazi bütövlüyü bərpa edildi. O dövrdə milli ruh indikindən güclü idi, çünki Azərbaycan vətəndaşları hara baxırdılarsa, bütöv Azərbaycanı görürdülər. İndi isə Qarabağsız Azərbaycanı görürük. Odur ki, Rəsulzadə deyirdi ki, Bu bayrağı min bir müşkülatla qaldıraraq dedik ki, bir kərə yüksələn bayraq bir daha enməz!.
- Cümhuriyyəti quranlara ümumi münasibətlə bağlı nə deyərdiniz?
- Birinci problem ondan ibarətdir ki, biz Cümhuriyyəti quranların qəbrini Azərbaycana gətirməliyik. Bu gün, diqqət edin, Rəsulzadənin qəbri Ankarada, Topçubaşovun qəbri Parisdə, Həsən bəy Ağayevin, Xoyskinin qəbri Gürcüstanda, Tiflis şəhərindədir. Əhməd Ağaoğlunun məzarı Ankarada, Əli bəy Hüseynzadənin qəbri isə İstanbuldadır. Cümhuriyyət qurucularının birinin də qəbri Azərbaycanda deyil. Biz gül dəstəsi qoymaq üçün Cümhuriyyət banilərinin birinin qəbrini belə Azərbaycanda tapa bilmirik. Bu çox ciddi məsələdir. Bu Cümhuriyyətin ən azı bir rəmzi olmalıdır.
Digər tərəfdən, bu, xalqımız üçün təhqirdir ki, Bakı Dövlət Universitetinin girəcəyində "Rəsulzadənin heykəli qoyulacaq" yazılmış lövhə var. Amma hələ ki heykəl qoyulmur. Həmçinin keçmiş Zevin küçəsində, Abdulla Şaiq adına Kukla teatrının qarşısındakı bağda Cümhuriyyətə abidə ucaldılacağı barədə lövhə qoyulub. Amma hələ də Cümhuriyyətə abidə ucaldılmayıb. Hər addımda ucalan 20 mərtəbəli binalara baxanda Rəsulzadəyə heykəl, Cümhuriyyətə abidə ucaldılmamasına, Cümhuriyyət banilərinə bu cür hörmətsizliyə nə qiymət verəcəyimi bilmirəm.
Gürcü Qamsaxurdianın, rus Denikinin, erməni Andranikin qəbrini vətənlərinə gətirir. Sən heç birini gətirmirsənsə, gənc nəsil hansı tərbiyəni götürsün? Bu gənclik bizə nə dəyər verəcək? Biz dövlət qurmuşuq, amma yaxşı cəmiyyət qura bilmirik. Bu gün dünyada 198 dövlət var, onlardan neçəsi yaxşı cəmiyyət qurub? 20 ölkə yaxşı cəmiyyət qura bilib. Yaxşı cəmiyyət qurmaq üçün ilk növbədə milli-mənəvi dəyərlər sistemini araşdırıb ortaya qoymaq, milli bütövlük lazımdır. Keçmişini, tarixini, mədəniyyətini yaşatmaq lazımdır.
Ziya Göyalp yazırdı ki, millətlər, xalqlar milli kültür mərhələsini yaşamadan beynəlxalq mədəniyyət sisteminə daxil ola bilməz. Gərək öz evinin içində mədəniyyət qura biləsən ki, çölə çıxanda da mədəni bir cəmiyyətə daxil ola biləsən. Cümhuriyyət baniləri olmadan biz milli-mənəvi dəyərlərə söykənən Azərbaycan cəmiyyəti qura bilməyəcəyik. Həmin cəmiyyət Don Kixotun yel dəyirmanına bənzəyən bir savaşa bənzəyəcək. Bu gün də o savaş gedir. Bugünkü Azərbaycan Don Kixotun yel dəyirmanı ilə savaşına bənzəyir. Çünki milli-mənəvi dəyərlər yetərincə dərk olunmayıb, biz bu gün şəxsiyyətə pərəstiş, stalinizm, sosializm dövrünün eybəcər görkəmini yaşayırıq.

Zaur İBRAHİMLİ
Ayna qəzeti
Ayna qəzeti
-------------------
qaynaq - ayna.az
qaynaq - ayna.az
Hiç yorum yok:
Yorum Gönder